Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və aqrar sahələr üzrə təhsil alan tələbələrinin istehsalat təlimi davam edir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” qrupunun tələbələri istehsalat təlimlərini qrupun müəllimi, Səbuhi Nəbiyevin Zarağan kəndində yerləşən “Tofiqoğlu” arıçılıq təsərrüfatında həyata keçirilmişdir

Təlim zamanı arı şanlarının çeşidlənməsi, güləmin və bərəmumun yığılması və təkrar istifadəyə yaramayan yanların doğranması prosesi həyata keçirilmişdir.

Categories
Uncategorized

“Heydər Əliyev İli” çərçivəsində futzal üzrə xatirə turniri davam edir

Turnirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin heyətindən ibarət komanda da təmsil olunur.

Qəbələ Olimpiya idman Kompleksində keçirilən turnirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsi ilə qarşılaşmışdır.

Komandamıza uğurlar arzu edirik!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

Tərəflər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və “Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutu” tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Anlaşma Memorandumunu imzalamışdırlar.

Tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə təhsil məhsullarını (innovasiyalar, peşə təhsili üzrə fənn proqramları, tövsiyələr, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) birgə hazırlamaq, elmi-tədqiqat, təcrübə-konstruktor işlərini, sınaqları birgə aparmaq, elmi nəşrləri təsis etməklə tirajlamaq, tərəflərə məxsus infrastruktur, müvafiq sahələr üzrə ixtisaslı mütəxəssislərin və kadrların hazırlanmasını, təkmilləşdirilməsini təmin və təşkil etmək, müvafiq maarifləndirilmə işlərini aparmaq, təlim-təsərrüfat sahələrində ödənişli əlavə təhsil, məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi, birgə tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində büdcədənkənar gəlirləri stimullaşdırmaq və təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək nəzərdə tutulmuşdur.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutu”nun direktoru Mahir Hacıyev tərəfindən tərəflərin fəaliyyətlərinin əks olunduğu geniş təqdimat edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyə Respublikasının turizm, inşaat sektorlarında fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qardaş Türkiyə Respublikasının işəgötürən şirkəti olan ASA HRM Danışmanlık şirkətinin rəhbərləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilib. Qonaqlar Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub və birgə əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparıblar.

Bu əməkdaşlıq Mərkəzin mövcud ixtisaslarına uyğun istehsalat təcrübəsi, dual təhsil proqramı və ən başlıcası məzunların məşğulluq imkanlarının əldə olunmasına xidmət edir.

Qeyd edək ki, Mərkəzimiz qardaş Türkiyə Respublikasının tanınmış işəgötürən şirkətləri ilə 2021-ci ildən əməkdaşlıq edir. Bu kimi əməkdaşlıqların əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsi, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılması, məzunların işlə təminatına dəstəyin göstərilməsidir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim təsərrüfatı sahəsində mövsümü əkin prosesi başa çatmışdır

Qəbələ Dövlət Peşə Təhsiı Mərkəzinin 36.9 ha təlim təsərrüfatı sahəsində mövsümü əkin prosesinə başlanılması üçün Mərkəzin “Aqroservis mütəxəssisi” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarının tələbələri tərəfindən kənd təsərrüfatı texnikaları saz vəziyyətinə gətirilmiş, tələbələr əkin prosesində iştirak etmiş, təcrübə sahəsində təlim dərsləri keçirilmişdir.

Qrupun istehsalat təlim ustaları tərəfindən tələbələrə traktor və aqriqatlardan düzgün istifadə qaydaları, şumlama, malalama prosesləri öyrədilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi”qrupunun tələbələri “Qəbələ Konserv Zavodu” MMC-də təlim dərsləri keçmişdirlər

Müəssisə tərəfindən ayrılmış mentor tələbələri emal, istehsal prosesi, məhsulların düzgün saxlanma şəraiti ilə yaxından tanış edərək, tələbələrə geniş məlumat verilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay şəhərində keçirilən Nar Festivalında iştirak etmişdir

Festivaldan qeydə alınmış video-çarxı təqdim edirik.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Göyçay şəhərində keçirilən Nar Festivalında iştirak etmişdir

Festivalda qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir

Categories
Uncategorized

Qəbələdə Zəfər Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçirilmişdir

Tədbirdə qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471