Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Zəfər Günü” münasibətilə şəhid Tapdıq Ağayevin atası Çingiz Ağayev və 44 günlük Vətən müharibəsi veteranı Əvəz Qazıyevin ailələri ziyarət edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “dərzi, “qənnadçı, şirniyyatçı”, “bitkiçilik mütəxəssisi”, “dayə” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdirlər.

Səfər zamanı yaşlı, tənha şəhid atasının ev və təsərrüfat işlərində köməklik göstərilib.Tələbələr hazırladıqları şirniyyatlarla çay süfrəsi açmışdırlar.

Daha sonra 44 günlük Vətən müharibəsi veteranı Əvəz Qazıyevin ailəsini ziyarət ediblər. Vətən müharibəsi veteranı keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb, dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.

Ailələrə Zəfər Günü münasibətilə xatirə hədiyyələri təqdim edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır.

Sonra Azərbaycan Respublikasının Ulu Öndəri, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, xalqımızın qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Cari il, sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən Qalib Nəbiyev bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırmışdır.

Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunmuşdur.

Təhsil Mərkəzinin tələbələrinin ifasında Qarabağa, “Zəfər günü”nə həsr olunmuş şeirlər səslənib, səhnəciklər və rəqslər nümayiş etdirilib. Tədbir boyu 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar izlənilib, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərilmişdir.

30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd ediblər.
Tədbirdən öncə Təhsil Mərkəzinin bir qrup tələbələrinin Zəfər gününə həsr edilmiş rəsmlərindən ibarət əl işlərinin sərgisi və inşaları nümayiş olunmuşdur.

Hamının dilində bir şüar vardır.
“Qarabağ Azərbaycandır!”
“Zəfər Azərbaycanındır!”

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə tələbələr arasında Zəfər Gününə həsr edilmiş Nə? Harada? Nə zaman? formatında intellektual yarış keçirilmişdir

Hər komandada 6 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak edib. Yarışda 24 sual səsləndirilmişdir.

1-ci yerə “Zəfər” komandası 2-ci yerə “Suqovuşan” 3-cü yerə “Polad Həşimov” komandası çıxmışdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin turizm və aqrar sahələr üzrə təhsil alan tələbələrinin istehsalat təlimi davam edir

Categories
Uncategorized

Məktəbdə tələbələrə qiymət yazan müəllimlərimiz həm də #TarixYazanPeşəkarlardır

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir

Pedoqoji şuranın sədri tərəfindən gündəlikdə duaran məsələlər təqdim edilmiş, direktor müavinləri və aidiyyəti məsul şəxslər tərəfindən bu il qəbul olunmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vaziyyəti, tədris-planlaşdırıcı və uçot sənədləri, tədris jurnallarının aparılması vəziyyəti, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi vəziyyəti, tələbələrin dərsə davamiyyəti, təlim nəticəsinin qiymətləndirilməsi və kiçik summativ qiymətləndirmələrin aparılması, mərkəzin inventar avadanlıqlarının qorunub saxlanması vəziyyəti, dual peşə təhsili və təlimi və s. barəsində məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir.

İclasda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Təhsil Mərkəzinin İlk Həmkarlar Taşkilatı Komitəsinin təqdimatı əsasında, inzibati, mühəndis- pedoqoji heyət üzvlərinə maddi dəstəyin göstərilməsi, cari məsələlər haqqında müzakirələr aparmış, tövsiyyə və tapşırılarını vermişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim təsərrüfatı sahəsində mövsümü əkin posesinə start verilmişdir

Qəbələ Dövlət Peşə Təhsiı Mərkəzinin

36.9 ha təlim təsərrüfatı sahəsində mövsümü əkin prosesinə başlanılması üçün Mərkəzin “Aqroservis mütəxəssisi” və “Geniş profilli traktorçu-maşinist” ixtisasının tələbələri tərəfindən kənd təsərrüfatı texnikaları saz vəziyyətə gətirilmiş, tələbələr əkin prosesində iştirak etmiş, təcrübə sahəsində təlim dərsləri keçirilmişdir.

Qrupun istehsalat təlim ustaları tərəfindən tələbələrə traktor və aqriqatlardan düzgün istifadə qaydaları, şumlama, malalama prosesləri öyrədilmişdir.

Categories
Uncategorized

“Aşpaz”, “Veb texnologiyaları”, “Qaynaqçı” ixtisasları üzrə “Skills Azərbaycan 2023” Milli yarışında iştirak üçün qeydiyyatdan keçməyə tələsin!!

Yarışın qalibi “WorldSkills AbuDhabi 2023” yarışda Azərbaycanı təmsil etmək üçün fürsət qazanacaq.

✅ Həmçinin, bu yarış Səni 80-dən çox ölkənin qatılacağı beynəlxalq “WorldSkills Lyon 2024” yarışına da apara bilər.

🔗Müraciət üçün link: http://www.worldskills.az/

⏳ Son müraciət tarixi: 10 noyabr 2023-cü il

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Kimyəvi analiz laborantı” qrupunun tələbələrinin “Sağlam Həyat” Tibb Mərkəzinin (@saglamheyattibbmerkezi ) “Laboratoriya” və “Mikrobiologiya” şöbələrinə səfərləri baş tutmuşdur

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Almaniya Təcrübə Proqramında iştirak edən tələbələri ilə Mərkəz rəhbərliyinin növbəti onlayn görüşü baş tutmuşdur

Görüş zamanı tələbələr təcrübə müddəti ərzində gördükləri işlər, qazandıqları fəaliyyətlər barəsində hesabat vermişlər.

Mərkəzin rəhbərliyi tərəfindən tələbələrin proqram çərçivəsində həyata keçirdiyi fəaliyyətlər haqqında müzakirələr aparılmış, tövsiyyə verilmişdir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471