Sərgi Education HUB və Dəstəkçi platformasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və PAŞA Bank-ın dəstəyi ilə “Azərbaycanda sosial dəyər həftəsi” silsilə tədbirləri çərçivəsində həyata keçirilib.
Sərginin əsas məqsədi sosial sahibkarlar, kiçik və orta biznes subyektləri və korporativlər arasında əlaqələrin qurulmasıdır.







Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm Təşkilatçısı” ixtisasının məzunu Rəhimli Fatimə Samir qızı Gabala Garden Hoteldə (@gabalagardenhotel ) “Barista” vəzifəsində çalışır.
Məzunumuz Fatiməni təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Mərkəzin İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri Azərbaycanın qüdrətli ordusunun ermənilər üzərində qələbəsindən və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdırlar.
Hal-hazırda işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən sürətli bərpa və quruculuq işlərinin Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdirlər.
Torpaqlarımızın azad olunmasında payı olan tələbə heyətini qazanılmış qələbə münasibətilə bir daha ürəkdən təbrik edərək, onlara təhsil aldıqları 2023-2024-cü tədris ili üzrə uğurlar arzulamışdırlar.
Daha sonra Mərkəzdə təhsil alan müharibə iştirakçıları və qazi tələbələri tərəfindən çıxışlar edilmiş, müharibə zamanı yaşadıqları xatirələr Mərkəzin tələbələri tərəfindən böyük maraq və qürur hissi ilə dinlənilmişdir.
Bir daha Torpaqlarımızın azad olunmasında canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarına Allahdan rəhmət və onların ailələrinə səbr, qazilərimizə isə tezliklə öz sağlamlıqlarına qovuşmağı diləyirik.














Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Sonra Təhsil Mərkəzində bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir daha anılmışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Azərbaycanın müstəqiliyi uğrunda canından keçmiş, 44 günlük Vətən müharibəsində ömürlərini fəda etmiş, Antiterror əməliyyatında böyük şücaət göstərmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində iştirak etmiş qazi və müharibə iştirakçılarının, şəhid ailə və yaxınlarının daim diqqət mərkəzində saxlanılmasının vacib olduğunu vurğulamışdırlar. Onlar Müzəffər Ordumuzun zəfər çalaraq dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini bir daha göstərdiyini və gənclərin vətənpərvər yetişdirilməsində təhsil ocaqlarının böyük rolu olduğunu xüsusi qeyd etmişdirlər.
Çıxış edənlər həmçinin II Qarabağ müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycanın bugünü üçün əvəz ediməz hadisə olduğunu vurğulamış, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləklərini çatdırmışdırlar.
Tədbirin sonunda Mərkəz tələbələri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilmişdir.





İclas öz işinə başlamazdan öncə Anım günü ərəfəsində olduğumuz üçün Azərbaycanın müstəqiliyi uğrunda və Qarabağ döyüşlərində canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İclasda Təhsil Mərkəzinin direktoru 2022-2023-cü tədris ilinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr, Pedaqoji şuranın üzvlərinin, sədr və katibinin seçilməsi, Pedaqoji şuranın illik iş planın təsdiqi və cari məsələlər barədə mühəndis-pedaqoji heyətlə müzakirələr aparmış, tövsiyyə və tapşırıqlar vermişdir. Yeni tədris ilində Mərkəzimizdə işə qəbul olunmuş yeni əməkdaşlara karyera faəliyyətlərində uğurlar arzulanmışdır.
Direktor müavinləri tərəfindən müəllimlər arasında dərs bölgüsü, metodiki şuranın və metodiki komissiyaların iş planlarının təsdiqi, tərkibinin seçilməsi və təsdiqi, Təhsil Mərkəzinin yeni dərs ili üçün illik iş planın müzakirəsi və s. məsələlər barədə məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir.
İclas zamanı kollektivin üzvlərinin təklifləri dinlənilərək müzakirə olunmuş, növbəti tədris ili üzrə görüləcək işlər üzrə və gələcək fəaliyyət barədə ətraflı məlumat verilmişdir.













Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq, övladlarının fəaliyyəti barədə göstərdikləri yüksək həssaslığı xüsusi vurğulamışdır.
Həmçinin yeni dərs ilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alacaq tələbələrə də həyatlarının növbəti dövrlərində uğurlar arzulamış, tələbə adını qazandıqları üçün təbrik etmişdir.
Daha sonra Mərkəzin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, öz növbəsində tədbir iştirakçılarını, 2023-2024-cü tədris ili üzrə qəbul olmuş tələbələri salamlamış və onları yeni dərs ili münasibəti ilə təbrik etmişdir.
Həmçinin yeni dərs ilində Mərkəz tələbələri adından “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisas tələbəsi Dəmirova Elnarə, valideynlər adından Muxtar Aşralıyev çıxış edərək, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən onlar və övladları üçün yaradılmış şərait üçün xüsusi minnətdarlıqlarını bildirmişdirlər.
Tələbələrimizi, onların valideynlərini və ümumilikdə bütün təhsil ictimayətini yeni dərs ili “15 Sentyabr Bilik Günü” münasibətilə təbrik edirik.

















