Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinə istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsini uğurla keçmiş namizədlərlə görüş keçirilmişdir

Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və “Turizm Təşkilatçısı”, “Mehmanxana inzibatçısı”, “Qənnadçı, şirniyyatçı”, “Qrafik dizayner”, “Dərzi” ixtisasları üzrə müsabiqədən keçmiş namizədlər iştirak ediblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən işə qəbul olmuş namizədlərə Mərkəz haqında məlumatlar verilmiş, məsuliyyətlə çalışaraq peşə təhsilinin inkişafına dəstək vermələri tövsiyyə olunmuşdur.

Categories
Uncategorized

Almaniyada 8 aylıq təcrübə proqramında iştirak edən tələbələrimiz üçün növbəti ekskursiya təşkil edilmişdir

Ekskursiya zamanı tələbələr Almaniyanın ən böyük traktor şirkəti olan John Deere traktor şirkəti, məhşur muzeyləri, Almaniyanın ən böyük Gübrə Şirkəti olan BASF Gübrələr şirkəti ilə tanış ediliblər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni fəaliyyətə başlayacaq “Arıçılıq” ixtisasına vətəndaşların təşviqi məqsədilə Qəbələ rayon Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilmişdir

Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Qəbələ rayon Arıçılar Assosiasiyasının sədri və tanınmış üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər yeni iqtisadi şəraitdə Azərbaycanın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq həm daxili bazarda böyük tələbat duyulan, həm də ölkəmiz üçün yeni ixrac imkanları yaradan məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanan məhsulların birinin də təbii bal olmasından danışmışlar.

Görüşdə iştirak edən arıçılar bu sahədə savadlı mütəxəssislərin çatışmadığını vurğulamış, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində belə bir ixtisasın fəaliyyətə başlamasının təqdirəlayiq olmasını bildirərək, vətəndaşların bu ixtisasa təşviqi istiqamətində və maddi-texniki bazanın yaradılmasında dəstək olacaqlarını bildirmişlər.

Categories
Uncategorized

Məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək “Ofisiant”, “Aşpaz” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisasları üzrə peşə hazırlığı kurslarına müraciət qəbul edilir

🔗 Müraciət linki : https://shorturl.at/ahmsS

⏳ Son müraciət tarixi : 10 sentyabr

💵 Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

✅ Qeyd edək ki, peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST Mərkəzləri və ya Regional Məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.

Categories
Uncategorized

Müsabiqədə uğur qazanan namizədlərin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə sənəd qəbulu prosesi 30 avqust (saat 17:00) tarixinədək davam edir

Qeyd edək ki, namizədin göstərilən tarixədək sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri olaraq, könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların şəxsi inkişafına dəstək verilməsi məqsədilə Şəki rayonunda təşkil edilən “Yay tətili” layihəsi çərçivəsində birgünlük tədbirdə iştirak etmişdirlər

Həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Abdullayeva Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində xüsusi fərqləndiyinə görə Təşəkkürnamə ilə təltif edilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2023-2024-cü tədris ilində 4 ixtisas üzrə Dual Peşə Təhsili və Təlimi həyata keçirilməsi nəzərdə tutulmuşdur

Bu məqsədlə tərəfdaş müəssisələrlə razılaşmalar aparılmışdır. Tələbə qəbulu üzrə l mərhələdə “Üzümçülük və şərab ustası” və “Rabitə avadanlıqlarının quraşdırıcısı” ixtisaslarına müraciət etmiş şəxslərlə işəgötürən müəssisələrin mütəxəssislərinin görüşü keçirilmişdir və müsahibələr aprılmışdır.

Dəvət olunmuş mütəxəssislər seçilmiş ixtisaslar barədə geniş məlumatlar vermiş, seçdikləri ixtisasların karyera imkanları iştirakçıların nəzərinə çatdırmışdır.

Categories
Uncategorized

2023/2024-cü tədris ili üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə istehsalat təlimi ustalarının işə qəbuluna start verilir

Qәbul mərkəzləşmiş qaydada, imtahan və müsabiqә yolu ilə həyata keçirilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 10-21 avqust tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Vakansiyalar:

İstehsalat təlimi ustası:

● Mehmanxana inzibatçısı

● Avtomobil üzrə elektrik

● Qrafik dizayner

● İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis

● Arıçı

● Qənnadçı, şirniyyatçı

● Turizm təşkilatçısı

● İnşaat ustası

● Rabitə avadanlıqlarının quraşdırıcısı

● Dərzi

🕐 Son müraciət tarixi: 21 avqust

🔗 Qeydiyyat linki: http://portal.edu.az/

🔗 Müsabiqə proqramı: https://rb.gy/92jfs

🔗 Vakansiya siyahısı: https://rb.gy/m8zy3

🔗 Ətraflı: https://vet.edu.az/news/content/996/inner

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası rayon ərazisində təbliğat işi aparmışdır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarından ibarət könüllü komandası rayon ictimaiyyəti ilə görüşərək, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan tələbə qəbulu qaydaları, peşə ixtisasları, peşə təhsilinin zəruriliyi və düzgün peşə seçimi haqqında məlumat veriblər.

🕐 Tələbə qəbulu üçün son müraciət tarixi: 11 avqust

🔗Qeydiyyat linki: http://portal.edu.az/


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471