Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 2023/2024-cü tədris ilindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi ilə yanaşı, texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də təhsil tələbə kreditlərindən yararlana biləcəklər.
Görüş zamanı tələbələr təcrübə müddəti ərzində gördükləri işlər, qazandıqları fəaliyyətlər barəsində hesabat vermişlər.
Mərkəzin rəhbərliyi tərəfindən tələbələrin proqram çərçivəsində həyata keçirdiyi fəaliyyətlər haqqında müzakirələr aparılmış, tövsiyyə verilmişdir.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.
Tədbirdə Qəbələ şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird heyəti, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.
Layihənin eksperti, Qəbələ DPTM-nin direktor müavini Reyhan Məmmədova tərəfindən peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin prespektivləri, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. haqqında geniş məlumat verib.
Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktor müavini Nigar Yusifova tədbirin təşkilinə görə təşəkkür etdi, Peşə təhsili müəssisələrinə qəbulun yeni başladığı zamanda belə tədbirlərinin əhəmiyyətini vurğuladı, peşə təhsilinin təbliği üzrə tədbirlərin davamlı təşkilinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış oldular, master-klasslarda iştirak etdilər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.
Mərkəzdə həm turizim, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrların hazırlanması haqda ətraflı məlumat verildikdən sonra Qəbələ DPTM-nin uğurlu məzunları peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verdilər və uğur hekayələrini danışdılar.
Layihə çərçivəsində tədbirlər 10 avqust 2023-cü il tarixinədək davam edəcək, tədbirlərdə Qəbələ rayonunda fəaliyyət göstərən 8 ümumtəhsil məktəbindən 300-dən çox şagirdin iştirakı təmin ediləcəkdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2022/2023-cü tədris ilinin məzunlarına, İT və qənnadçı-şirniyyatçı ixtisasları üzrə imtahandan uğurla keçdikləri üçün sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə 2021-ci ildən fəaliyyətə başlayıb. Layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə təhsil, bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin peşə ixtisasları barədə təhsilalanları məlumatlandırmaqla onları əmək bazarına, eləcə də peşə təhsilinə hazırlamaqdır.
Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Təhsil Müəssisəsinin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaları və diplom almaları münasibətilə təbrik edib.
Qonaqlar arasında Qəbələ Rayon Təhsil Sektorunun müdiri, YAP Qəbələ Rayon Təşkilatı sədri, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru, “Qəbələ Konserv Zavodu” MMC-nin direktoru, Qəbələ Garden Hotel, “Gilan – Qəbələ Aqrotexservis “ASC, Qəbələ City Hotel, Qəbələ Dövlət Tarix – Bədii Qoruğu, “Şimal-Qərb RETSİ”-nin Qəbələ Elektrik Şəbəkəsi, İkinci Nəfəs Psixologiya Mərkəzi, Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC rəhbərləri, valideynlər iştirak ediblər.
Diplom təqdimetmə mərasimində çıxış edənlər məzunları təbrik edərək, onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyyələrini vermişlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inkişafına, peşə təhsili sahəsinə verdiyi dəstəyə görə əməkdaşlıq etdiyimiz işəgötürən təşkilatlara Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən təşəkkürnamə yazılmış plaketlər təqdim edilmişdir.
Təhsil Mərkəzinin Mühəndis-pedoqoji, inzibati heyətinin bir qrup nümayəndələrinə işlərində göstərdikləri peşəkarlığa və qazandıqları uğurlara görə fəxri fərmanlar təqdim edilib və bir neçə valideynə övladlarının nümunəvi fəaliyyətlərinə görə təşəkkürnamələr verilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində 21 ixtisas üzrə 31 qrupdan 403 tələbə məzun olmuşdur.
Məzunlarımızı bir daha təbrik edir, onlara Vətənə, dövlətçiliyimizə, millətimizə layiqli vətəndaş olmağı arzu edir, şəxsi həyatlarında müvəffəqiyyətlər diləyirik.
Tədbir iştirakçılarına təhsil tələbə kreditinin məqsədi və növləri, tələbə kreditinə kimlərin, hansı şərtlərlə müraciət edə biləcəyi, həssas kateqoriyadan olan ailələrin övladları üçün tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran suallar geniş şərh olunub.
Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.
Layihə çərçivəsində Qəbələ və İsmayıllı DPTM-dən olan təşəbbüs komandaları öz təşəbbüslərinin icrasını uğurla davam etdirirlər. İştirakçılar layihə çərçivəsində ekoloji, audio kitablar, milli dəyərlər, gənclərin asudə vaxtı, ekoloji marşrut xəttləri və s. mövzularda komandalar şəklində öz təşəbbüslərini həyata keçirirlər. Təşəbbüslər çərçivəsində komandalar Qəbələ və İsmayıllının müxtəlif məkanlarına səfərlər ediblər. Təşəbbüslərin icrası sentyabr ayının əvvəlinə kimi davam edəcək. Sonda təşəbbüslərin nəticələrinin daha çox auditoriyaya çatdırılması üçün icma festivalı keçiriləcək.
Layihə çərçivəsində iştirakçılar ilk öncə 2 ay müddətində yumşaq bacarıqlar, icma təşəbbüslərinin idarə edilməsi, layihə idarəetməsi zamanı yaranan problemlərin həll edilməsi və s. mövzularda təlimlərdə iştirak ediblər. Daha sonra öyrəndikləri bilikləri tətbiq etməklə qruplar formalaşdıraraq öz təşəbbüslərinin icrasına başlayıblar.
Sözü gedən layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilmiş 30 nəfər gənc üçün Marketinq bacarıqları, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlər keçirilmişdir. Layihənin son təlimi aqroturizm sahəsində maraqlı olan gənclər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmişdir.
Təlimdə ilk öncə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat verdi. Daha sonra təlimçi Coşqun İsmayılov tərəfindən gənclərə Aqroturizm, Marketinq, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində, eləcədə aqroturizm subyektlərinin qurulması haqqında ətraflı məlumatlar verildi və müxtəlif simulyasiya oyunlar oynanıldı. Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim edildi.
Qeyd edək ki, layihənin əsas məqsədi Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək və aqroturizm istiqamətində müxtəlif fəaliyyətlərə təşviq etmək idi. Layihə çərçivəsində həmçinin Göyçay rayonunda “Aqroturizm və sosial sahibkarlıq” festivalı təşkil edilmişdir.
Mərkəzin direktoru təqaüd yaşı çatan Mərkəzin baş ustası Səlim Mehdiyev, fiziki tərbiyə rəhbəri Mabit Əzimov, İstehsalat təlim ustası Məmmədşah Şahverdiyevin uğurlu fəaliyyətləri, peşə təhsilində təcrübələri, Mərkəzin bütün fəaliyyətlərində töhvə verdiklərini diqqətə çatdırıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təqaüdə çıxan əməkdaşları Mərkəzinin inkişafında göstərdiyi xidmətlərə, peşə təhsili sahəsinə verdiyi tövhəyə görə təşəkkürnamə ilə təltif edilib və hədiyyələr təqdim edilib.
Daha sonra Mərkəzin təltif olunan müəllimləri çıxış edərək, rəhbərlik tərəfindən göstərilən diqqət və qayğıya görə oz təşəkkürlərini bildiriblər.