Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Türkiyə Respublikasında təlim-təcrübə proqramında iştirak edən mühəndis-pedaqoji heyəti səfər hesabatı vermiş və təqdimat etmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının İstanbul, Bursa, Antalya və İzmir şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramı təşkil edilib.

Təcrübə proqramı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov, İstehsalat Təlim Ustası Ariz Məsimli və Mərkəzin müəllimi Şaiq Hacıyev Peşə Liseylərində, həmin Liseylərin əməkdaşlıq etdiyi müəssisələrdə olmuş və orada keçirilən təlimlərdə iştirak ediblər.

Təlimlər Ölçmə-dəyərləndirmə, eğitim proqramları, proqram gelişdirmə, Veb-2 açarları, İnteraktiv oyunlar və digər ixtisas sahələrini əhatə edib. Qeyd edək ki, Türkiyə Respublikasında təlim-təcrübə proqramı may-iyun aylarında keçirilib.

Eyni zamanda müəllimlərin dərs keçmə metodları və praktiki dərslərin təşkili prosesi ilə əyani tanış olmuş, emalatxanalarda keçirilən dərslər haqqında xüsusi qeydlər götürmüşdürlər.

Türkiyə səfəri zamanı əməkdaşlarımız gördükləri təcrübədən təkliflərini hazırlamış və rəhbər heyətə təqdim etmiş, mühəndis-pedoqoji heyətlə bölüşmüşdürlər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedaqoji heyətin növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir

İclası mərkəzin direktoru, pedoqoji şuranın sədri açaraq, gündəlikdə duran məsələlər barəsində məlumat vermişdir. İclasda Tİİ üzrə direktor müavini tərəfindən Dövlət buraxılış – ixtisas imtahanlarının təşkili vəziyyəti, Yüksək Texniki Peşə təhsili səviyyəsi üzrə istehsalat təcrübəsinin gedişi və Aralıq Attestasiya imtahanlarının hazırlığı vəziyyəti barədə məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir.

İclasın gedişində Tİ üzrə direktor müavini tərəfindən peşəyönümü təbliğat işlərinin təşkili barəsində hesabatlar dinlənilmişdir.

İstehsalat Təlim Ustaları tərəfindən buraxılış qruplarında istehsalat təcrübəsinin təşkili vəziyyəti haqqında hesabatlar dinlənilmişdir.

Daha sonra Təhsil Mərkəzinin direktoru həyata keçirilən layihələr, proqramlar, cari məsələlər barədə mühəndis-pedaqoji heyətlə müzakirələr aparmış, tövsiyyə və tapşırıqlar vermişdir.

Sonda müzakirələr aparılmış, gündəlikdə duran məsələlər istqamətində qərarlar qəbul edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Konserv Zavodunun göndərişinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kursları təşkil edilmişdir

Kursun nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib. Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər.

Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib.

Kursu bitirən və sertifikat əldə edən hər bir müdavim Qəbələ Konserv Zavodunda işlə təmin olunacaqlar.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin iştirakı ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Qəbələ Rayon Polis Şöbəsinin YYÇPİTQ-nun baş inspektoru, polis mayoru Zamiq Nadirov insan hüquqları haqqında ətraflı məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək, insan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyərin insan ləyaqəti və bərabərlik olmasını bildirib. O, qeyd edib ki, insan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər.

Daha sonra Mərkəz tələbələrinə -insan hüquqlarına necə tərif verərdiniz?, onların nə olduğunu necə izah edərdiniz? kimi suallar verilib və iştirakçılar tərəfindən maraqlı cavablar səsləndirilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri sahibkarlarla bağlanmış birgə istifadə müqaviləsinə əsasən fermer təsərrüfatlarında təcrübə keçmişdirlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər” və “Aqroservis mütəxəssisi” ixtisasları üzrə II kurs tələbələri praktik dərslərini sahibkarlarla bağlanmış birgə istifadə müqaviləsinə əsasən fermer təsərrüfatında keçirlər.

Dərslər zamanı tələbələr şirkətdaxili təlimçilərin nəzarəti ilə texnikanın idarə edilməsi, nizamlanması və kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyasını öyrənirlər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət buraxılış ixtisas imtahanları başlamışdır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 22.05.2020 – i il tarixli KQ 04 N°-li qərarı ilə təsdiq edilmiş ” Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”na və “Dövlət Buraxılış imtahanlarının təşkili üçün DAK sədrlərinin təyin edilməsi barədə” PTDA-nın 29.03.2023-cü il tarixli 3-29-63/3-2-091/2073 N°li əmri əsas tutularaq, Dövlət buraxılış ixtisas imtahanları başlayıb.

Ümumi orta təhsil bazasından “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Əməliyyatçı-mühasib”, “Dərzi”, “Aşpaz” və tam orta təhsil bazasından “Dayə” ixtisası üzrə imtahanlar keçirilib və başa çatıb.

Dövlət Attestasiya Komissiyasının sədrləri Babək Müzəffərov (Gabala Hospitality Group HR direktor), Feyruz Aslanov (FARCOM MMC – nin direktoru), Sadiq Qaragözov (Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC, direktor müavini) və komissiya üzvləri tələbələrin yekun qiymətlərini, istehsalat xasiyyətnamələrini, ixtisas (sınaq) işlərinin nəticələrini nəzərdən keçirərək və şifahi sorğu apararaq imtahan nəticələrini elan ediblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqımızın şanlı tarixi” mövzusunda tədbir keçirilmişdir

Tədbirdə Qəbələ UADM-ın əməkdaşları, Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, mərkəzin ekspert qrupunun üzvü iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş Günündən söz açılıb. Çıxış edənlər Ulu Öndərin Azərbaycan Respublikasının Dövlət müstəqiliyinin möhkəmlənməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında müstəsna xidmətləri olduğunu qeyd ediblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Bir Peşənin Sirri” festivalında təmsil olunmuşdur

Festivaldan qeydə alınmış video – çarxı təqdim edirik.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak etmişdirlər

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının bir sıra şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramı təşkil edilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin də bir qrup mühəndis-pedaqoji heyəti Türkiyə Respublikasının İstanbul, Bursa, Antalya və İzmir şəhərlərində yerləşən peşə təhsili müəssisələrində təlim-təcrübə proqramında iştirak edir.

May və iyun aylarında keçirilmiş təcrübə proqramı Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Bir Peşənin Sirri” festivalında təmsil olunmuşdur

Festivalda qonaqlara Mərkəzimizdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Qeyd edək ki, “Bir Peşənin Sirri” festivalına Avropa İttifaqı ( Delegation of the European Union to Azerbaijan ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı ( UNDP Azerbaijan ) tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verib. Tədbirin tərəfdaşı Dənizkənarı Bulvar İdarəsi, media tərəfdaşı isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471