Categories
Uncategorized

“Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” layihəsinin təlimləri uğurla yekunlaşmışdır

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.

3 iyun tarixində Qəbələ rayonunda hər 2 peşə təhsil məktəblərinin – Qəbələ və İsmayıllı DPTM iştirakçıları “Layihə ideyalarının təqdimatı” adlı sonuncu təlim üçün bir araya gəliblər. Təlimçi Gülnara İsmailova iştirakçılara növbəti 3 ay ərzində qruplar şəklində öz icmalarında həyata keçirəcəkləri təşəbbüsləri daha da formalaşdırmaq üçün yardımçı olub. İştirakçılar təşəbbüs ideylarını plana əsasən hazırlayaraq təqdim ediblər.

Qeyd edək ki, iştirakçılar qruplar şəklində növbəti 3 ay ərzində öz təşəbbüslərini həyata keçirəcəklər. Bu təşəbbüslərin icrasında onlara mentor dəstəyi də göstəriləcək. Həmçinin sonda təşəbbüslərin nəticələrinin paylaşılması məqsədi daşıyan festival həyata keçiriləcək.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompleks mülki müdafiə” təlimi keçirilmişdir

Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki Müdafiə tədbirləri planı çərçivəsində 31 may – 2 iyun 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəhbərliyi ilə Qəbələ rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda “Kompleks mülki müdafiə” təlimi keçirilib.

Təlimin bir hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib.

Təlimdə FHN-nin və Qəbələ rayon İcra Hakimiyyətinin eləcə də aidiyyatı təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvələcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi General-mayor Niyazi Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, təşkili və bu kimi tədbirlərin icra vəziyyətindən danışaraq bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib.

Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təlimin vacibliyindən danışaraq mükli müdafiə sahəsində birgə fəliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğuluyub.

Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Risqli Xilasetmə Xidməti, Böhran Vəziyətlərində İdarəetmə Mərkəzi və Şimal-qərb Regional Mərkəzinin rayonun hərbiləşdirilməmiş mülki –müdafiə dəstlərinin ümumilikdə 354 nəfər şəxsi heyəti və 53 ədəd texnikası cəlb edilib.

Qeyd edək ki, təlimlər FHN-liyi tərəfindən mütəmadi olaraq təşkil olunacaqdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq Qapı və Karyera” günündən hazırlanmış video-çarxı təqdim edirik

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı və Karyera” günü keçirilmişdir

Tədbirdə Qəbələ və ətraf rayonların ümumtəhsil məktəblərinin şagirdləri (IX – XI siniflər), müəllimlər, valideyinlər, uğurlu məzunlar, KİV nümayəndələri, eyni zamanda əməkdaşlıq etdiyimiz müəssisələrdən Gabla Hospitality Group, Qəbələ Regional “Asan xidmət” Mərkəzi, Qəbələ Yeddi Gözəl Hotel, Qəbələ Rayon Təhsil Sektoru, “AFB Bank” ASC, “Savalan-ASPİ Vayneri” MMC və Qəbələ Garden Hotelin, Qəbələ şəhər Vəndam qəsəbəsi, 1 nömrəli məktəbin Peşə Təmayüllü Sinifi, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və bir çox digər müəssisələrin nümayəndələri iştirak ediblər.

Həmçinin tədbirdə Qəbələ rayonu üzrə (15 müəssisə tərəfindən) 150-dən artıq vakansiya çıxarılıb.

Qonaqlar tədbirdə iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.

Tədbirdə vurğulanıb ki, Mərkəzdə əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir və Mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.

“Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

Tədbir iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini veriblər və uğur hekayələrini danışıblar.

Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Mühəndis-pedoqoji heyət tərəfindən həyata keçirilən master-klasslarda iştirak ediblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Türkiyə Respublikası Milli Təhsil Nazirliyini təmsil edən nümayəndə heyətinin peşə təhsili sahəsində əməkdaşlıq haqqında Protokol çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək təhsil müəssiəsinin rəhbərliyi ilə görüşüblər.

Görüşdə qonaqlar müəssisənin maddi-texniki bazası ilə tanış olub, Protokol çərçivəsində tikilməsi nəzərdə tutulan emalatxana və təlim oteli yerinə baxış keçiriblər. Emalatxananın yerləşmə planları müzakirə olunub.

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) təhsil alan tələbələrə diplomlar təqdim edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) təhsil alan tələbələrə təhsil proqramlarını tam yerinə yetirərək, 2023-cü il mart ayında Dövlət Buraxılış İmtahanını müvəffəqiyyətlə verdiklərinə görə, diplomların təqdim edilməsi tədbiri keçirilib.

Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Mərkəzin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə söhbət açmış, məzunları tədris ilini uğurla başa vurmaqları münasibətilə təbrik etmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri ADAU-da olmuşdurlar

Ətraflı: bit.ly/43ociGM

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Regional İnkişaf – RİİB – də könüllü fəaliyyət göstərən tələbələrimiz üçün təlim təşkil edilmişdir

“Turizm destinasiya marketinqi. Rəqəmsal alətlərin tətbiqi” mövzusunda keçirilən təlimdə Şəki Regional KOB İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Elçin Poyliyev tərəfindən könüllülərə sahibkarlıq fəaliyyətinə necə başlamaq olar, turizm sahəsində sahibkarlıq fəaliyyəti zamanı nələrə diqqət etmək lazımdır, gənc sahibkarlara dövlətin dəstək mexanizmləri, bu sahadə tətbiq edilən güzəştlər barədə ətraflı məlumat verilib.

Könüllülər, həmçinin mövzu ilə bağlı suallar əsasında müzakirələr aparıblar.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir təşkil olunmuşdur

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsi tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar olaraq “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Regional idarənin məsul əməkdaşları, QDPTM-nin pedaqoji heyəti və tələbələri iştirak ediblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə çıxış edənlər ilk öncə ulu Öndər Heydər Əliyevin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında ətraflı danışmış və əcnəbi və vətəndaşlığı olmayan şəxslərin AR ərazisində qeydiyyat qaydaları barəsində məlumatlar vermişdirlər. Daha sonra DMX-nin yaranması, fəaliyyətləri, qanunvericiliyi, könüllülük fəaliyyəti barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

İnteraktiv keçən tədbirdə tələbələrin sualları cavablandırılmışdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilmişdir

25 may 2023-cü il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Vətən Müharibəsində şəhid olmuş, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, döyüş yoldaşları, təhsil aldığı və adını daşıdığı məktəbin müəllim kollektivinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canından keçən şəhidlərin xatirəsini daim yaşatmaq və əbədiləşdirməkdir. Tədbirdə çıxış edənlər Əfqan Abdurrahmanovun qəhrəmanlıqlarından bəhs etmiş, onunla bağlı xatirələrini danışmış, kitab haqqında öz təəsüratlarını söyləmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sonda Əfqan Abdurrahmanovun həyat yolunu əks etdirən film təqdim edilmiş və şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilmişdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471