Categories
Uncategorized

Tələbə qəbulu prosesinə hazırlıq məqsədilə peşəyönümü təbliğatı davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ rayon Mirzəbəyli, Qaradeyn, Kürd, Savalan, Həmzəlli, Tikanlı, Bayramkoxa, Mamaylı, Seyidqışlaq, Bunud, Məmmədağalı, Qəmərvan, Zarağan kəndlərində və Bum qəsəbəsində yerləşən məktəblərin şagirdlərinə peşəyönümü işlə bağlı maarifləndirici görüş keçirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində və tələbələrimizin “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edə bilməsi haqqında geniş məlumat verilib.

Daha sonra “Peşə seçimi və karyera” mövzusunda təlim təşkil edilib. Təlimdə Peşə təhsili, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, qəbul prosesi, ixtisaslar və gələcək iş imkanları və s. haqqında ətraflı məlumat verilib.

Sonda şagirdlərinin sualları cavablandırılıb.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Marsol Region ilə əməkdaşlıq çərçivəsində baş tutan görüş haqqında öz təəsüratlarını bölüşür.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə qısamüddətli təlimlər üzrə buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçmiş müdavimlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş sertifikatlar təqdim edilmişdir

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət AgentliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2023-cü ilin fevral ayından etibarən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 3 aylıq “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə qısamüddətli təlim başlanmışdır. Peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər müraciət etmişlər. Təlimlərə 15 nəfər müdavim cəlb edilmişdir. Təlim 320 saat olmaqla 12 həftə müddətində davam etmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Konserv Zavodu və Qəbələ İnşaat MMC-nin göndərişlərinə əsasən “Avtoyükləyici sürücüsü” ixtisası üzrə qısamüddətli yenidənhazırlanma kursları təşkil edilmişdir

Kursların təliminin nəzəri hissəsi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, praktik hissəsi isə Qəbələ Konserv Zavodunda real iş şəraitində keçirilib. Yenidənhazırlanma kursunun müdavimləri “Avtoyükləyici maşınlar”ın quruluşu və təhlükəsiz istismarı üzrə biliklərini artırmış və praktik bacarıqlarını təkmilləşdirmişlər.

Kursun sonunda nəzəri biliklərin və praktik bacarıqların yoxlanılması məqsədilə imtahanlar keçirilib.

Müdavimlərə kursu bitirmələri haqqında sertifikatlar təqdim olunub.

Kursu bitirən və sertifikat əldə edən hər bir müdavim Qəbələ Konserv Zavodu və Qəbələ İnşaat MMC-də işlə təmin olunublar.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Marsol Region ilə birgə əməkdaşlıq çərçivəsində Bakı, region və Qəbələ sahibkarlarının iştirakı ilə açıq qapı – infotur həyata keçirilmişdir

Açıq qapı – infotur zamanı qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, işəgötürənlərlə əməkdaşlıq istiqamətində geniş təqdimat edilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi”, “Dərzi”, “Xalçaçı” “Dülgər”, “Qaynaqçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.

Sahibkarlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olmuş, emalatxanalara, dəzgahlara, sinif otaqlarına, Mərkəzin üzümçülük ixtisası üzrə təcrübə sahəsinə, ümumilikdə Mərkəzin ərazisinə baxış keçirmişlər.

Qonaqlar açıq qapı – infotur iştiraklarından məmnunluqlarını bildirmiş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, biznes müəssisələrilə əməkdaşlığın stimullaşdırılması, uğurlu əməkdaşlıq mühitinin formalaşdırılması, ixtisaslı kadrların hazırlanması və iqtisadiyyatın inkişafına töhvə verilməsi, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyi ifadə etmişlər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün həyata keçirilən “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının təlimləri uğurla davam edir

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

↔️Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.

✔️13 may tarixində həyata keçirilən təlimdə Qəbələ və İsmayıllı DPTM tələbələri bir araya gələrək növbəti 3 ay ərzində həyata keçirəcəkləri layihə ideayalarının üzərində işləyərək təşəbbüs qruplarını formalaşdırıblar. Təlimçi Gülnara İsmailova onlarla müxtəlif bölgələrdə həyata keçirilən sosial layihə nümunələrini paylaşaraq layihə ideyalarının daha da təkmilləşdirilməsində dəstək göstərib. Bundan əlavə iştirakçılar qruplar şəklində icmalarında müxtəlif mövzularda onları narahat edən problemləri müəyyən ediblər. Təlim məkanın möhtəşəmliyi, həyata keçirilən fəaliyyətlərin rəngarəngliyi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

📌Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Azerbaijan Poultry Company, Mərcan broyler təsərrüfatına təcrübə səfəri etmişlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Baytarlıq və heyvandarlıq işi” ixtisasının tələbələri ixtisas fənn müəllimi Nigar Abbasovanın koordinasiyası ilə Azerbaijan Poultry Company, Mərcan broyler-ə səfər etmişlər.

Səfərin proqramı şirkətlə razılaşdırılmış, müəssisə ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı memorandumun imzalanması həyata keçirilmişdir.

Tələbələr təsərrüfatda toyuqların yetişdirilməsi, ət emalı müəssisəsi, laboratoriyalar və digər infrastrukturla ətraflı tanış olmuşlar.

Categories
Uncategorized

Tələbə qəbulu prosesinə hazırlıq məqsədilə peşəyönümü təbliğatı davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ rayon Çarxana, Hacıalılı, Daşlıca, Kiçik Əmili, Zalam, Yenikənd, Əmirvan, Cığatelli, Xırxatala, Yemişanlı, Mıxlıqovaq, Kötüklü, Uludaş və Nohurqışlaq kəndlərində yerləşən məktəblərin şagirdlərinə peşəyönümü işlə bağlı maarifləndirici görüş keçirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində və tələbələrimizin “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edə bilməsi haqqında geniş məlumat verilib.

Daha sonra “Peşə seçimi və karyera” mövzusunda təlim təşkil edilib. Təlimdə Peşə təhsili, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, qəbul prosesi, ixtisaslar və gələcək iş imkanları və s. haqqında ətraflı məlumat verilib.

Sonda şagirdlərinin sualları cavablandırılıb.

Categories
Xəbərlər

Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunmuşdur

Ümummilli liderin 100 illik yubileyi gününə təsadüf edən bu əlamətdar tədbirdə çıxış edənlər, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs etmiş və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Bakı Marafonu-2023”də iştirak ediblər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu-2023”də tələbələrimiz könüllü fəaliyyətləri zamanı fərqləndikləri üçün “Regional İnkişaf” İctimai Birliyi (Regional İnkişaf – RİİB) tərəfindən marafonda iştirak etmə hüququ əldə ediblər.

Həmçinin tələbələrimiz sertifikatla təltif ediliblər.

Builki marafon Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471