Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə (subbakalavr) “Mühasibat uçotu” ixtisasının tələbələri və müəllim heyəti Bakı Konqres Mərkəzində “Gənc Mühasiblər” İB-nin təşkilatçılığı ilə Milli Mühasiblər Forumunun II Panel Görüşündə iştirak ediblər

II Panel Görüşündə Dövlət qurumlarının, universitet heyətlərinin, sahibkarların, mühasiblərin və İR mütəxəssislərinin iştirakı ilə mühasiblərin karyerasında mühasib peşəsinin hazırkı vəziyyəti və gələcək perspektivləri istiqamətində təqdimatlar olub və müzakirələr aparılmışdır. .

Paneldə ixtisas fənn müəllimi Rəhman Xasməmmədov “Mühasibat peşəsinin təhsildəki mövcud vəziyyəti” mövzusunda çıxış etmişdir.

Sonda tələbələrə xatirə hədiyyələri təqdim olunmuşdur.

Categories
Uncategorized

Mərkəzimizin növbəti uğuru!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Müşviq Qarayev Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəsissələrinin şagird və tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika İfa Müsabiqəsinin yekun konsertində II yerə layiq görülərək, təltif olunub.

ℹ️Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələri üzrə “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində 2800-ə yaxın tələbə iştirak edib.

Qeyd edək ki, müsabiqənin respublika mərhələsində qalibiyyət uğrunda mübarizəyə 42 peşə təhsili müəssisəsi olmaqla 147 tələbə, 42 orta ixtisas təhsili müəssisəsi olmaqla 172 tələbə qatılıb.

Müsabiqə qaliblərinin iştirakı ilə yekun konsert təqdim olunub.

Sonda müsabiqə qalibləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanları və hədiyyələri ilə təltif ediliblər.

Categories
Uncategorized

Tələbə qəbulu prosesinə hazırlıq məqsədilə peşəyönümü təbliğatına start verilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən Qəbələ şəhərində yerləşən tam orta məktəblərin şagirdlərinə və rayonun bir sıra kəndlərində yerləşən məktəblərin şagirdlərinə peşəyönümü işlə bağlı maarifləndirici görüşlər həyata keçirilir.

Görüşlə zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində və tələbələrimizin “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edə bilməsi haqqında geniş məlumatlar verilib.

Daha sonra “Peşə seçimi və karyera” mövzusunda təlim təşkil ediib. Təlimdə peşə təhsili, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilininj perspektivləri, qəbul prosesi, ixtisaslar və gələcək iş imkanları və s. haqqında ətraflı məlumat verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, peşəyönümü təbliğatı davam edir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının təlimləri uğurla davam edir

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.

29 aprel tarixində Qəbələ DPTM-nin tələbələri üçün “Layihə, Missiya, Sloqan və Loqo” adlı növbəti təlim baş tutub. Təlim beynəlxalq təlimçi Gülnara İsmailova tərəfindən keçirilib. Təlim müddətində iştirakçılar layihə, onun növləri, layihə komandasının qurulması kimi mövzularda yeni biliklər əldə ediblər. Həmçinin təşəbbüslər üçün missiya, sloqan(şüar) və loqo seçilməsinin metodları ilə tanış olub, qrup işləri vasitəsilə məhşur şirkətlərə məxsus olana loqoların mənaları, onların sloqanları ilə tanış olublar.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.

Categories
Uncategorized

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəyərli fikirləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinin dilindən səsləndirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimidir.

Ölkəmizi dünyada layiq olduğu mərtəbəyə öz uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmiş dahi şəxsiyyətin dəyərli fikirləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərinin dilindən səsləndirilib.

Categories
Uncategorized

“Heydər Əliyev İli” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər-inzibati, mühəndis-pedoqoji heyəti və bir qrup tələbələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişdirlər

Daha sonra kollektiv Qəbələ Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən təqdimatlarla tanış olmuşlar.

Heydər Əliyev Mərkəzinin əməkdaşları Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətləri haqqında məlumat vermişdir. Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarix olduğunu ziyarətçilərə bir daha xatırlatmışdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin vacibliyini bildirmişdir. Q. Nəbiyev qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmışdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fləşmob keçirilmişdir

Fləşmob Qəbələ TV tərəfindən işıqlandırılıb.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Almaniya Təcrübə Proqramında iştirak edən tələbələri ilə Mərkəz rəhbərliyinin onlayn görüşü baş tutmuşdur

Görüş zamanı tələbələr öz xoş təəssüratlarını bölüşərək, gördükləri işlər haqqında ümumi məlumat vermişlər.

Mərkəzin rəhbərliyi tərəfindən tələbələrin istehsalat təcrübə proqramı, proqram çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında müzakirələr aparılmış, tövsiyyə və təlimatlar verilmişdir.

📌Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada beynəlxalq təcrübə proqramında iştirak hüququ qazanaraq, artlq təcrübəyə başlamışlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyinin bir qrup tələbəsi “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edirlər.

Təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsi dərsləri Təhsil Proqramlarına (Kurikuluma) əsasən həyata keçirilir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri nəzəri və istehsalat təlimini başa vurmuş və istehsalat təcrübəsinə başlamışlar.

Tələbələrimiz təcrübələrini rayonumuzda fəaliyyət göstərən və Mərkəzin tərəfdaşı olan müəssisələrdə həyata keçirirlər.

Categories
Uncategorized

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən Almaniyada 8 aylıq təcrübə proqramında iştirak hüququ qazanmış 6 nəfər tələbə təltif olunmuşlar

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən Almaniya təcrübə proqramında iştirak üçün seçilmiş tələbələr “Almaniya Təcrübə Proqramı” layihəsi çərçivəsində Alman dili kursunu, proqram öncəsi təlimləri müvəffəqiyyətlə bitirdiklərinə və Almaniyada təcrübə keçmək hüququ qazandıqlarına görə “Fəxri Fərman” ilə təltif olunmuşlar.

Görüşdə tələbələrin valideynləri də, iştirak etmişdir. Mərkəzin rəhbərliyi tələbələrə səfər öncəsi təlimatlar vermiş, Vətənimizi layiqincə təmsil etmələrini tövsiyyə etmiş və onlara yüksək məsuliyyətlə təcrübə proqramını keçməyi arzulamışlar. Valideynlər də övladlarına göstərilən bu cür etimada görə öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuş, Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almanyada Təcrübə keçəcək seçilmiş tələbələrə “Fermer biznes oyunu” və “Təsərrüfatın davamlı İdarəedilməsi” adlı təlimlər keçirilmişdir.

Həmin tələbələr alman dilinin mənimsənilməsi üçün onlayn olaraq təlimlərdə də iştirak etmişdir.

Tələbələrimizi bu uğurları münasibətilə təbrik edirik!


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471