Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki – Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçirilmişdir

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki – Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçirilmişdir

Yarmarkada işəgötürənlər tərəfindən 17 müəssisədən 207 vakansiya təqdim edilmiş, 400-dən çox vətəndaş müraciət etmişdir.

➡️ İşəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

➡️ Yarmarkada həmçinin, vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib, aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılmışdır.

➡️ Eyni zamanda əmək yarmarkasının keçirildiyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi barədə də Mərkəzin mütəxəssisləri tərəfindən işaxtaran vətəndaşlara peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilmişdir.

➡️ İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada eyni zamanda, iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş açıq dərs keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq, bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayn və proqram təminatı” (VD-401) qrupunda “Ulu öndərin 100 illiyi”nə həsr edilmiş açıq dərsin təşkili oldu.

Açıq dərs Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra Mərkəzin Tarix müəllimi Məleykə Rəsulova tələbələrə Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında danışmışdır. O, bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yaddaşlara ömürlük həkk olmuşdur.

Həmçinin tələbələr Ulu Öndərin həyatı, apardığı islahatları, xarici siyasətinin istiqamətləri haqqında məlumatları təqdim etmişdirlər.

Heydər Əliyevin həyatını, fəaliyyətini və apardığı uğurlu siyasətini əks etdirən video-çarxlar izlənilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı” çərçivəsində Ulu Öndərə həsr olunmuş “Poeziya Günü” keçirilmişdir

Tədbirin giriş hissəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirə “Qəbələnin səsi” Ədəbi birliyinin üzvləri və digər Qəbələ yazarları dəvət olunmuşdurlar. Çıxış edənlər dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev haqqında dərin hörmət və məhəbbətlə danışmış, o

Onun öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq dövlətimizi müstəqilliyə qovuşdurmasından bəhs etmişdirlər.

Dəvət olunmuş yazarlar Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirmişlər.

Tələbələrin ifasında yerli şairlərin şeirlərindən ibarət ədəbi bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.

🖋️ Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Qismət Məsimovun Ulu Öndərə həsr olunmuş “Azadlıq Sərkərdəsi” şeirini Sizlərlə bölüşürük.

Azadlıq Sərkərdəsi..

Vətən nədir?

Tariximdir,yurdumdur!

Çörəyimdir, torpağımdır,ordumdur!

Bu vətənin özü boyda bir ad da var,

Heydər adı!

O ürəkdir!

O dayaqdır!

O boğulan bir ulusa

həyat dolu gələcəyi nişan verən bir mayakdır!

..

Hər şey keçər,

Hər şey bitər,

Hər sevginin sonu gələr!

Bu millətin ruhundakı

Heydər adı itə bilməz!

Bu qurtuluş sərkərinin,

Bu azadlıq rəhbərinin

Ürəklərdən keçən yolu bitə bilməz!

..

İndi ruhun şad olsun,şad,

Odlar yurdun çicək açıb,

Qışın azad,yazın azad!

Sən çəkdiyin yolla gedir Azərbaycan,

Yolun azad,izin azad!

Şuşa adlı o nazənin qızın azad!

Bir dühasan hikmətinlə gənclik həyat eşqi alır,

Bir müəllimsin verdiyin dərs gələcəyə körpü salır.

Var olduqca Azərbaycan,var olacaq sənin adın,

Sən özüncün yaşamadın,

Sən özünçün doğulmadın!

Ömür verdin,bu millətin ömrü üçün,

Ömür verdin həqiqətin ömrü üçün!

Yaşayacaq bu torpağın qayasında çiçəyində sənin adın,

Yaşayacaq damarında bu millətin qanı axan hər insanın ürəyində sənin adın!!

Categories
Uncategorized

“Tatun Travel” MMC turizm şirkətinin təsisçisi Ülvi Süleymani tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mehmanxana inzibatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Mehmanxana və restoran işin təşkili və idarə edilməsi” ixtisas qrupları üçün “Regionlarda sahibkarlıq fəaliyyətinin turizmdə rolu” ilə bağlı seminar keçirilmişdir

Seminarın əsas məqsədi gənc turizmçi tələbələrə ixtisaslarını daha geniş aspektlərə çəkə bilmələri, turzim sahəsində imkanlar haqqında məlumatlar ötürmək idi.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Veb-dizayn və proqram təminatı” və “Mühasibat uçotu” qruplarında “31 Mart Azərbaycanlıların Soyqırımı Gününə” həsr olunmuş xüsusi dərs keçirilmişdir.

Dərs 31 Mart Soyqırımında həlak olmuş və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Daha sonra 1918-ci ilin 30 Mart və 3 Aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından ətraflı danışılmış və video-çarxlar izlənilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Gənclərinin “Gəncdən gəncə” layihəsinin görüşü baş tutub!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev və GİKM-in Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov görüş zamanı gənclərə ictimai həyatdakı aktivliyinin onlara qazandırdığı bilik və bacarıqlar, uğurlarından danışıblar.

Daha sonra müxtəlif təlim, layihə, düşərgələr, festivallarda iştirakın yeni dostluqlar, təcrübə qazanmaq və şəbəkələşməkdəki roluna diqqət çəkiblər.

Qeyd edək ki, təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində keçirilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İkinci Nəfəs Psixologiya Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır

Tədbiri giriş nitqi ilə açan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev iştirakçıları salamlayaraq, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişdir.
Daha sonra söz İkinci Nəfəs Psixologiya Mərkəzinin rəhbəri Sadiq müəllimə verilmişdir. Sadiq Muradov əməkdaşlığın önəmini vurğulayaraq bildirmişdir ki, bu layihə öz unikallığı ilə seçiləcək və tələbələr üçün və ümumən region üçün faydası çox olacaqdır.
Ardınca mərkəzin baş psixoloqu Natiq Muradbəyli mərkəzin xidmətlərindən geniş məlumat verərək, təqdimatla çıxış etmişdir.
Layihə çərçivəsində Mərkəzimizin Dayə qrupunun tələbələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu təlimdən sonra tələbələr gələcəkdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kölgə müəllimliyi üzrə aktiv vakansiyalara müraciət edərək, işlə təmin olunacaqlar.

Categories
Uncategorized

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzlərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı çərçivəsində həyata keçirilir.

29 mart 2023 tarixində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsünün açılış tədbiri keçirilb. Açılış nitqizamanı Education HUB-ın Proqram Meneceri Gulnara İsmailova Education HUB-ın fəaliyyət istiqamətləri barədə məlumat verib. Təqaüd proqramının qalibi, layihə rəhbəri Orxan Məsimov təşəbbüs barədə ətraflı məlumat verərək növbəti aylardakı fəaliyyət istiqamətləri ilə tanış edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli bu cür təşəbbüslərin vacibliyini vurğulayaraq agentliyin belə təşəbbüslərdə həmişə maraqlı olduğunu qeyd edib.

Qəbələ Dövlət Peşə Təhsili mərkəzinin direktoru Qalib Nəbiyev və İsmayıllı Dövlət Peşə Təhsili mərkəzinin direktoru Cəlil Bağırov da çıxış edərək belə təşəbbüslərin tələbələrin sosial bacarıqlarının artırılmasına töhfə verdiyini və əmək bazarında rəqabətli olmalarına dəstək verəcəklərini qeyd ediblər.

Təşəbbüs zamanı hər 2 təhsil müəssisəsindən seçilmiş ümumilikdə 20 nəfər tələbəyə 2 ay müddətində layihələrin idarə edilməsi, yumşaq bacarıqlar, incəsənət alətləri mövzularında təlimlər təşkil olunacaq. Təlimləri uğurla başa çatdıran gənclər növbəti 5 ay müddətində öz təşəbbüslərini hazırlayaraq layihə icrasını həyata keçirəcəklər. Təşəbbüslər üçün mentorluq dəstəyi təşkil ediləcək.

2023-cü ilin sentyabr ayında proqramın sonunda İsmayıllıda İcma təşəbbüsləri Festivalı keçiriləcək və toxum təşəbbüslər yerli ictimaiyyətə təqdim olunacaq.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter operatoru” ixtisası üzrə (təhsil müddəti 6 ay olan) Yekun Attestasiya imtahanı keçirilmişdir

Mövcud tədris planına və peşə təhsili müəssisələrinin iş rejiminə uyğun olaraq təhsil müddəti 6 ay olan ixtisaslar üzrə tədris prosesi tam başa çatmışdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Peşə təhsili pilləsində təhsilalanların Attestasiyasının aparılması qaydası” əldə rəhbər tutularaq, verilən əmrə əsasən “Komputer operatoru” peşəsi üzrə Yekun Attestasiya imtahanı keçirilmişdir.

İmtahanların keçirilməsi üçün imtahana hazırlıq əmrinə əsasən cədvəl tərtib olunmuş və tələbələrin Yekun Attestasiya imtahanında iştirakı tam təmin olunmuşdur.

Yekun Attestasiya imtahanı “Peşə təhsili üzrə təhsilalanların Attestasiyası” qaydalarına uyğun keçirilmişdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471