Mərkəzin “Üzümçülük və şərab ustası” ixtisasının istehsalat təlim ustası Mustafayev Taryel tərəfindən üzüm bitkisinin tarixi, cins və növləri, artırılma qaydaları və.s haqqında tələbələrə əyani şəkildə məlumat verilmişdir.
Novruz – Bahar bayramına sayılı günlər qalıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində artıq bayram əhval-ruhiyyəsi hiss olunur. Bahar qızı, Kosa, Keçəl Təhsil Mərkəzinə qonaq gəlmiş, müəllim və tələbə heyəti ilə bayram sevincini bölüşmüşlər.
Onlar tələbələrin tədris prosesində iştirak etmiş və əl işləri ilə tanış olmuşlar.
Mərkəzimiz tərəfindən hazırlanmış video-çarxı təqdim edirik.
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə kömək məqsədilə biz də hər kəsi kampaniyada aktiv iştiraka dəvət edirik.
Aşağıda qeyd olunan zəruri məhsulları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təhvil verməklə, Siz də öz dəstəyinizi göstərə bilərsiz.
Məhsullar toplanaraq, aidiyyatı üzrə “Qardaş Köməyi ” platformasına təhvil veriləcəkdir.
Zəruri məhsullar
Çadır
Yorğan, ədyal, yastıq
Hazır qida (konservləşdirilmiş məhsullar)
Yuxu tulumu
Qış geyimləri (gödəkçə, bot, palto, papaq, şərf, əlcək, yağışlıq)
Gigiyenik məhsullar (uşaq bezi, nəm salfet, qadın pedi, sabun)
Generator, əl fənəri
Power Bank və s;
Ünvan: 28 may küç, 34, Qəbələ, Azərbaycan





“Dərzi” ixtisas fənnlərini tədris edən Süsən Seyidova və tələbələri geyimlərin tikilməsi prosesini izah edir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin, İntellektual İnkişaf Naminə İctimai Birliyin tərəfdaşlığı ilə həyata keçirilən, “ 44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin açılış tədbiri keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, idarə, müəssisə və təşkilatların, rayon ictimayyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər.
Daha sonra Qəbələ Rayon Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Ziyarətlər bitdikdən sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində parlaq vətən müharibəsi zəfərindən sonra yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə Polkovnik Zavir Zərbəliyev və Psixoloq Tahirə Əsgərovanın təqdimatında gənclərə Ordu quruculuğu və hərbiyə psixoloji hazırlıq haqqında təlimlər keçirilib.
Tədbirə başlamazdan əvvəl torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib daha sonra dövlət himnimiz səsləndirilib. Çıxış zamanı layihə rəhbəri Xəyal Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident Cənab İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının və «Dəmir yumruq» siyasətinin nəticəsidir.










Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Elektrik-qaz qaynaqçısı ixtisası üzrə peşə hazırlığı kursuna start verilmişdir.
Elektrik-qaz qaynaqçısı ixtisası üzrə seçilən müdavimlərə peşə hazırlığı kursu 12 həftə müddətində, 320 saat tədris olunacaqdır.
Peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət ediblər.
Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı məbləğində təqaüd ödəniləcəkdir.
Kursun başlanması münasibətilə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qeydiyyatdan keçmiş şəxslərlə görüş keçirilmiş, layihənin əhəmiyyəti, tədris proqramı haqqında məlumat verilmişdir.













Tədbirdə gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqadar silsilə tədbirlərin təşkil edilməsi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat verib.
Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verib.
A.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Layihənin eksperti Ümüdvar Həsənov Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu ilə bağlı məlumat verdikdən sonra gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyun həyata keçirilib.
Dörd mərhələdən və hər mərhələ 4 istiqamət üzrə (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla intellektual oyunda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrindən ibarət 9 komanda iştirak ediblər.
“Veb dizayn və proqram təminatı” və “Komputer Sistemlərində Proqramlaşdırma” ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət komanda intellektual oyunun qalibi elan olunublar.
Sonda bütün iştirakçılara sertifikatlar, qalib komandaya hədiyyələr təqdim edilib.









Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən intellektual yarışda 9 komanda üzrə 54 gənc iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Polad” komandası , “Araz” komandası
, “Təbriz” komandası
yerə layiq olub. Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.















