Categories
Uncategorized

Tələbələrimiz Almaniyada 8 aylıq təcrübə proqramında iştirak hüququ qazanıblar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada 8 aylıq Təcrübə Proqramında iştirak hüququ qazanmışlar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı üzrə təhsil alan bir qrup tələbəsi Alman Əmanət Bankının Maliyyə Qrupunun nümayəndələri tərəfindən keçirilən onlayn müsahibəni mərhələsini uğurla keçmişlər.

Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqrar ixtisaslarda təhsil alan tələbələrin müsahibəsi baş tutmuşdur.

Müsahibə zamanı 7 tələbə mövzular üzrə ünvanlanmış sualları cavablandırmış və seçim meyarlarına uyğun gəldikləri üçün 8 ay müddətində Cənubi Almaniyada təcrübə keçmək hüququ əldə etmişlər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuş, Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almanyada Təcrübə keçəcək seçilmiş tələbələrə “Fermer biznes oyunu” və “Təsərrüfatın davamlı İdarəedilməsi” adlı təlimlər keçirilmişdir.

Həmin tələbələr alman – dilinin mənimsənilməsi üçün onlayn olaraq təlimlərdə də iştirak etmişdir.

Tələbələrimizi bu uğurları münasibətilə təbrik edirik!

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsi çərçivəsində tədbir keçirilib

Tədbirdə gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqadar silsilə tədbirlərin təşkil edilməsi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat verib.

Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verib.

A.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Layihənin eksperti Ümüdvar Həsənov Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu ilə bağlı məlumat verdikdən sonra gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyun həyata keçirilib.

Dörd mərhələdən və hər mərhələ 4 istiqamət üzrə (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla intellektual oyunda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrindən ibarət 9 komanda iştirak ediblər.

“Mühasibat uçotu” və “Komputer Sistemlərində Proqramlaşdırma” ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət komanda intellektual oyunun qalibi elan olunublar.

Sonda bütün iştirakçılara sertifikatlar, qalib komandaya hədiyyələr təqdim edilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən, “Nəğməli tariximiz” layihəsinin təlim sessiyaları uğurla başa çatıb

Layihənin məqsədi Azərbaycan xalq mahnıları və bir çox nəğmələrin sətirlərində dəyərli tarixi faktlar gizlədildiyini gənclərə çatdırmaq, gənclər arasında tarixi musiqimizə maraq artırmaqdır.

Layihə çərçivəsində təşkilatçılar tərəfindən gənclərə Azərbaycan xalq mahnıları haqqında maraqlı suallar verilib, maarifləndirici oyunlar keçirilib, videoçarxlar izlənilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı tərəfindən E. Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbinin peşə təmayüllü sinfinin şagirdlərinə peşə perspektivləri üzrə ərtaflı məlumat verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin (Qəbələ Gəncləri) birgə təşkilatçılığı ilə “Peşəni seç” layihəsi çərçivəsində E. Abdullayev adına #Oğuz şəhər 2 nömrəli tam orta məktəbinin peşə təmayüllü sinfinin şagirdlərinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı tərəfindən QDPTM-də yaradılmış yüksək şərait, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə perspektivləri üzrə ərtaflı məlumat verilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni layihə üzrə xarici ekspertlə görüş keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Avropa Qonşuluq Alətinin Azərbaycan üçün 2018-ci il üzrə Fəaliyyət Proqramı çərcivəsində “Azərbaycanda peşə təhsili və təlimi sahəsində keyfiyyət təminatı və kredit transferi üzrə bacarıqların artırılması” layihəsinə start verilib.

Layihə 09.01.2023-08.01.2025 tarixlərini əhatə edəcəkdir. Layihə “İBF İnternational Consulting” şirkəti tərəfindən icra ediləcəkdir.

Layihənin Keyfiyyət təminatı komponenti üzrə layihənin tətbiq ediləcəyi pilot məktəblərdən ilkin siyahı üzrə seçilən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sözügedən kompenent üzrə beynəlxalq ekspert Serban Losifescu və yerli ekspert Emil Əsgərovun iştirakı ilə görüş keçirilib. Ekspertlərə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında təqdimat edilmiş və müzakirələr aparılmışdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Nəğməli tariximiz” adlı maarifləndirici layihə həyata keçirilib

Layihənin məqsədi Azərbaycan xalq mahnıları və bir çox nəğmələrin sətirlərində dəyərli tarixi faktlar gizlədildiyini tədbir iştirakçılarına bildirmək, sovet dönəmində yazıçılar tərəfindən yazılmış şeirlər və bəstələnmiş mahnılar senzuradan keçsin deyə Azərbaycan xalq mahnılarının və digər nəğmələrin sadəcə mahnı yox, həm də nəğməli kitabə olmasını gənc nəsilə çatdırmaq, onlar arasında tarixi musiqimizə maraq artırmaqdır.

Tədbir təşkilatçıları tərəfindən iştirakçılara Azərbaycan xalq mahnıları haqqında maraqlı suallar verilib, maarifləndirici oyunlar keçirilib, video-çarxlar izlənilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü Siniflər – Mingəçevir şəhər 7 nömrəli tam orta məktəb üçün infotur həyata keçirilib

İnfotur iştitakçıları Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olublar, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, master-klasslarda iştirak ediblər.

Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb.

Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında məlumatlandırılmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 33-cü il dönümünə həsr olunmuş tədbir keçirilib

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər bildirmişlər ki, tarixin bu qara səhifəsi əbədi olaraq, hər bir azərbaycanlı üçün, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq ümumilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və soydaşlarını itirən hər bir kəs 20 Yanvar tarixini gözü yaşlı keçirir. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.

20 Yanvar xalqımızın “Qanlı” tarixi olduğu kimi, 44 günlük Vətən Müharibəsi isə Azərbaycan xalqının “Şanlı” tarixidir. Bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Mərkəzin İstehsalat Təlim Ustaları tərəfindən təşkil edilən tədbirdə “Qənnadçı, şirniyyatçı” ixtisasının tələbələri Nurtac Həsənzadə, Elnaz Həsənzadə “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasının tələbəsi Sadiq Yusifov və “Aşpaz” ixtisasının tələbəsi Polad İsmayılzadə “20 Yanvara” həsr olunmuş səhnəciklər nümayiş etmiş və “Şəhidlər Xiyabanı” adlı mahnı səsləndirmişlər.

Tədbirin gedişində video-çarxlar izlənilmiş, Mərkəzin nəzdində yerləşən “Günərzi Qayğı Mərkəzinin” azyaşlı körpələri tərəfindən şeirlər söylənilmişdir.

Tədbirin sonunda Mərkəzin Tədris İstehsalat İşləri üzrə direktor müavini çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverənliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir qan yaddaşımızdan danışmışdır.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Azərbaycan Respublikasının Prezidentinə öz təşəkkürlərini videoçarx vasitəsilə bildirmişlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar, ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir.

Peşə təhsil müəssisələrində təhsil alan gənclərimiz bu dəstək, stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli peşə sahibləri kimi yetişəcək, eyni zamanda peşə ixtisaslarının arxasınca gedənlərin sayı daha da artacaqdır.

Categories
Uncategorized

Azərbaycan Respublikasının mətbuat orqanı olan Respublika qəzetində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi haqqında məqalə dərc edilmişdir


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471