






Kanala keçid: http://bitly.ws/yHyn
Onlar bu məqsədlə “yenidən istifadə”ni rəmzləşdirməyə çalışıblar.
Düşünürük ki, bu “eko yolka” təkrar emala və plastik tullantı kirliliyinin azaldılmasında önəmli rol oynayacaq.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Kənd Qadınlarına Qayğı” İctimai Birliyinin və Qəbələ Dövlət Peşə Təhsil Təhsil Mərkəzində yaradılmış “Günərzi Qayğı Mərkəzi”nin uşaqları üçün “Yeni il”ə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin layihə rəhbəri Habil Niftalı və Uşaq və Ailələrə dəstək Mərkəzinin işçiləri qonaq olmuşdur.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ” Dayə” ixtisasında təhsil alan tələbələri tədbirdə Yeni ilə aid aksesuarların hazırlanmasında və uşaqların əyləndirilməsində yaxından iştirak etmişdirlər.
Tədbirdə uşaqlar tərəfindən mahnılar, şeirlər söylənmiş, rəqs edilmiş və onların iştirakı ilə “Turp” nağılı səhnələşdirilmişdir.
Tədbir “Günərzi Qayğı Mərkəzi”nin uşaqları tərəfindən böyük sevinc və alqışlarla izlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb.
Layihə çərçivəsində həyata keçirilən bütün mərhələləri uğurla başa vuran Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin edilmişdir. Aktivlərin verilməsi növbəti təqvim ilinin ilk aylarında davam etdiriləcək.
Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.
2021-2023-cü illəri əhatə edən layihə hazırda Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf İnnovasiyalar üzrə 6-ci qrant müsabiqəsinin “Qur, et, sahib ol” layihəsi çərçivəsində Oğuz rayon Calud kənd tam orta məktəbi üçün infotur həyata keçirilib.
İnfotur iştitakçıları Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları , ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olublar, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, master-klasslarda iştirak ediblər. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb.
Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında məlumatlandırılmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf İnnovasiyalar üzrə 6-ci qrant müsabiqəsinin “Qur, et, sahib ol” layihəsi çərçivəsində Oğuz şəhər 2 №-li tam orta məktəb-liseyi və Oğuz rayon Bayan kənd tam orta məktəbi üçün infotur həyata keçirilib.
İnfotur iştitakçıları Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları , ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olublar, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, master-klasslarda iştirak ediblər. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb.
Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında məlumatlandırılmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.
Mərkəzin “Aşpaz” ixtisasının istehsalat təlim ustası Abduxalıqov Azər tərəfindən “İctimai iaşə müəssisələrində işlədilən alətlər, ləvazimatlar, elektrik avadanlıqları və onlarla işləyərkən təhlükəsizlik texnikası qaydaları” mövzusunda Açıq Dərs keçirilib.
Açıq dərs zamanı tələbələr Mərkəz yeməkxanasında və laboratoriyasında tətbiq olunan alət və avadanlıqlarla tanış olub, onların istismarı, təhlükəsizlik qaydaları izah olunub. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, ictimai iaşə müəssisələrindəki səyyar avadanlıqların iş prinsipləri, təhlükəsiz iş şəraitinin yaradılmasının vacibliyi qeyd olunub. Daha sonra plakatlardakı mövzularla tələbələr tanış edilib.
Sonda Mərkəzin tələbələri tərəfindən Türk iş adamı Sakip Sabancının sağlamlıq haqqında dediyi fikirləri səsləndirilib və tələbələr arasında qiymətləndirilmə aparılıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayonu Vəndam qəsəbəsinin 1 saylı tam orta məktəbinin “İnformasiya texnologiyaları” və “Qənnadçı köməkçisi” ixtisasını seçmiş peşə təmayüllü sinifləri üçün infotur həyata keçirilib.
Mərkəzin mühəndis-pedaqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, Mərkəzin “Qənnadçı, şirniyyatçı” ixtisasında təhsil alan tələbələrin hazırladıqları şirniyyatlara baxış keçiriblər.
Daha sonra Yüksək Texniki Peşə qruplarından olan “Veb dizayn və proqram təminatı” və “Kompüter sistemlərində proqramlaşdırma” dərslərində iştirak edilib, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.
Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə perspektivləri üzrə ərtaflı məlumat verilib.
Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqqında malumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.