Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Etik davranış qaydaları” adlı sosial əhəmiyyətli maarifləndirici tədbir keçirilib

Tədbir Mərkəzin Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatimə Tağıyeva tərəfindən təşkil edilib. Tədbirin məqsədi cəmiyyət həyatında etik qaydalar olaraq nələrə diqqət etmək lazım olunması haqqında tədbir iştirakçılarını maarifləndirməkdir. Gənclərimiz üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var, çünki Azərbaycan gəncliyi milli-mənəvi dəyərlər ruhunda böyüməlidir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, insanın davranışı və danışığı onun mədəniyyətinin göstəricisidir. Davranış və nəzakət qaydalarına riayət etmək, digər insanlara hörmət etmək deməkdir. Bu, onların duyğularına qiymət verməyiniz mənasına gəlir.

Tədbirin gedişində tələbələr tərəfindən dahi Azərbaycan klassiklərinin etik normalar barəsində fikirləri dinlənilib, düzgün davranış qaydaları haqqında video-çarxlar izlənilib.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin təşkilatçılığı ilə “Öz layihəni yaz” layihəsi çərçivəsində “Layihələrin yazılması və idarə olunması” adlı təlim keçirilib

Təlim zamanı təlimçi Şahlar Mirzalıyev layihələrin yazılması, idarə olunması, layihə hesabatlarının hazırlanmasından bəhs edib.

Qeyd edək ki, təlim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində keçirilib.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları səfər hesabatı və təqdimat etmişlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Türkiyə Respublikasında təlim səfərində olmuşlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə Təhsili Müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunmuşdur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən İstehsalat Təlim Ustaları Rəhman Xasməmmədov, Cavidan Cabbarlı, Xəyal Mahmudov və Pənah Hüseynli Türkiyə Respublikasının Peşə Liseylərində, həmin Liseylərin əməkdaşlıq etdiyi otellərdə olmuş və orada keçirilən təlimlərdə iştirak etmişlər.

Azərbaycanın Türkiyə Respublikasında yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər İKT, nəqliyyat vasitələrinin təmiri, qaynaq, moda dizayn, mebel sənayesi, dizayn və digər ixtisas sahələrini əhatə etmişdir. Səfər çərçivəsində bir çox iş yerləri ilə tanış olmuş, sahibkarların kadr istəkləri barəsində ərtaflı məlumat almışlar.

Eyni zamanda müəllimlərin dərs keçmə metodları və praktiki dərslərin təşkili prosesi ilə əyani tanış olmuş, emalatxanalarda keçirilən dərslər haqqında xüsusi qeydlər götürmüşlər.

Qeyd edək ki, təlim iştirakçıları qardaş ölkədə peşə təhsil müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olmuşlar.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Restoran otağı” yeni və müasir standartlara uyğun qurulmuşdur

Mehmanxana ve Restoran işinin təşkili və idarə edilməsi” qrupunun istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən Mərkəzin yeni qurulmuş “Restoran otağında” açıq dərs keçirilmişdir.

Tələbələrin servis qaydalarını tam mənimsəyə bilməsi üçün restoran otağı bütün standartlara cavab verəcək şəkildə dizayn edilmişdir.

Restoran otağının təqdimatı ilə birlikdə tələbələr praktiki dərslərdə əldə etdiyi bilik və bacarıqları nəzəri və praktiki şəkildə nümayiş etdirmişlər.

Sonda tələbələrin praktiki bilikləri yoxlanılmış və qiymətləndirilmişdir.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin iştirakı ilə iş planına uyğun olaraq növbəti “Pedaqoji Şura İclası” keçirilmişdir

İclasda Təhsil Mərkəzinin direktoru bu il qəbul olmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti və cari məsələlər barədə mühəndis-pedoqoji heyətlə müzakirələr aparmış, tövsiyyələr və tapşırıqlar vermişdir.

Direktor müavinləri tərəfindən tədris-planlaşdırıcı və uçot sənədlərinin, tədris jurnallarının aparılması vəziyyəti, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə dair məlumatlar verilmiş, hesabatılar dinlənilmişdir.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanıb

Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur həyata keçirilib. İnfoturda iştirak edən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və mühəndis-pedoqoji heyəti həyata keçirilən master-klasslarda iştirak ediblər, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə həyata keçirilən tədris prosesilə bağlı ətraflı tanış olublar. İnfoturlarda emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib.

Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq haqqında tərəflərin geniş tədris və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsini, tədrisin məzmununun təkmilləşdirilməsinin zəruriliyini və müasir peşə təhsili mərkəzinin quruculuğunda birgə əməkdaşlıq potensialını nəzərə alaraq, razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Anlaşma Memorandumunu bağlamışlar.

Sonda xatirə fotosu çəkilib və peşə təhsili ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, ictimaiyyətin peşə təhsilinə marağının armasının, peşə təhsilinin inkişafında peşə təhsili müəssisələrinin qarşılıqlı əməkdaşlığının ən böyük uğurlardan olduğunu ifadə edilib.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbir keçirilmişdir

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Mərkəzin müəllimləri ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs ediblər və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıblar.

Onlar həmçinin bildiriblər ki, daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Mərkəzin tələbələri tərəfindən şeirlər səslənmiş, video-çarxlar izlənilmişdir.

Qeyd edək ki, Heydər Əliyevin anım mərasimlərinin keçirildiyi ərəfədə Mərkəzin müəllimləri və tələbələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Categories
Xəbərlər

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertia və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ölkəmizə gəlmiş və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən 30 nəfər Ukraynalı uşaq və gənc Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşlar.

Qonaqlar Mərkəzin emalatxanaları, dəzgahları, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Daha sonra çay süfrəsi arxasında səmimi söhbət aparılmış və Mərkəzin tələbələrinin əl işlərindən ibarət hədiyyələr qonaqlara təqdim edilmişdir.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən Cənubi Almanyada Təcrübə keçəcək seçilmiş tələbələrlə təlim proqramına start verilmişdir

Seçilmiş kənd təsərrüfatı üzrə təhsil alan tələbələr 8 ay müddətində Cənubi Almanyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçəcəklər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzindən bu layihə üzrə seçilmiş tələbələrə, “Fermer biznes oyunu” adlı təlimlər keçirilir.

Təlimlər 4 gün davam edəcək və “Təsərrüfatın davamlı İdarəedilməsi” təlimi ilə yekunlaşacaqdır.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yeni layihəyə start verdi!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “PEŞƏKAR” maarifləndirici YouTube kanalı fəaliyyətə başlamışdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “PEŞƏKAR” maarifləndirici YouTube kanalı vasitəsilə, peşə təhsilinə təşviqin artırılması, bu sahədə cəmiyyətin maarifləndirilməsi, maraqlı layihə və platformalarla çıxış imkanlarının zəruriliyini bildirmişdir.

Kanala abunə olaraq, dəstək ola bilərsiniz.

https://youtube.com/@peshekar


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471