1 illik fəaliyyətin xronoloji əks olunduğu təcrübə sahəsinin yaradılması zamanı qeydə alınmış videoçarxı təqdim edirik.
Layihədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri, Qəbələ UADM-in işçiləri iştirak ediblər.
Layihənin keçirilməsində məqsəd “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə əlilliyi olan şəxslərin ailələrini ziyarət etmək olub.
Səfər zamanı dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqət və qayğıdan danışılıb.
Layihə çərçivəsində tənha, əlil, şəhid atası Ağayev Çingiz Tapdıq oğluna və əlil şəhid atası Eyyubov Yusif Seyid oğluna ev və təsərrüfat işlərində köməklik göstərilib.
Sonra əlilliyi olan mərkəz xidmətlərindən bəhrələnən, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlara “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə hədiyyələr təqdim edilib.











Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müasir dövrün, bəşəriyyətin ən qlobal problemlərindən biri olan sağlamlığa geri dönüşü olmayan, bu gün əfsuslar olsun ki, gənclərimizin böyük bir qismini öz təsiri altına almış tütün məhsulları və onların törətdiyi bəlalar haqqında tələbələrin maarifləndirilməsi üçün “Siqaretə yox deyək” adlı tədbir keçirilmişdir.
Tədbirin təşkilində mərkəzin istehsalat təlim ustalarından Məmmədova Nigar, Çələbizadə Turanə, Cavadlı Xədicə və Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi ixtisasında təhsil alan Qarayev Müşviqin böyük rolu olmuşdur.
Tədbirdə çıxış edənlər tələbələri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyir və onları bu maarifləndirmə hərəkatının öncülləri olaraq görmək istədiklərini bildirmişlər. Hər bir gənc ilk növbədə ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan bir daha xilas ola bilmirlər. Siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, Azərbaycanda xüsusilə gənclər arasında siqaretdən istifadə hallarının artmasının hamını ciddi narahat etməsini dönə-dönə vurğulamışlar.
Gənclərin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq.







Tədbir payız fəslinə aid Kukla teatrı ilə başlamışdır. Sonra uşaqlar tərəfindən şeirlər, mahnılar söylənilmişdir. Bununla yanaşı maraqlı səhnəciklər və “çətir” rəqsi nümayiş etdirmişlər.
Tədbirin təşkilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dayə” ixtisasının tələbələri payız fəslinə aid aksesuarlar hazırlamış və Kukla teatrının təşkilində yaxından iştirak etmişdir.
Tədbir “Günərzi Qayğı Mərkəzi”nin uşaqları tərəfindən böyük sevinc və alqışlarla izlənilmişdir.
Tədbirdən qeydə alınmış videoçarxı təqdim edirik.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual Təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Riverside Hotel Gabala və Qafqaz Tufandag Hotel Gabala hotellərində təlimləri davam edir.
Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, Dual Təhsil proqramı əsasında təlimlər davam edir.







Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, kino, sənədli filmlərə baxır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşğul olurlar.
Həmçinin Mərkəzin müəllimləri tərəfindən İKT təlimi, ingilis dilində “Danışıq klubları” təşkil olunmuşdur.
Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır.




Azərbaycan Respublikasının Prezidentinin “Əhməd Cavadın anadan olmasının 130-cu illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli 3222 nömrəli Sərəncamı ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə Mərkəzin Tarix müəllimi Məmmədova Səbinə tərəfindən “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasında təhsil alan tələbələrə keçirilən Açıq dərs Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır.
Dərs zamanı Əhməd Cavadın Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünə məxsus dəst-xətti ilə seçilməsindən, müstəsna mövqeyə malik söz ustalarından biri olmasından ətraflı danışılmışdır.
Tələbələrə təqdimatlar, video-çarxlar nümayiş etdirilərək Əhməd Cavadın bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı haqqında məlumatlar verilmişdir.






Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə 2 qrup “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Aşpaz” qruplarının Qafqaz Riverside Hotel Gabala və Qafqaz Tufandag Hotel Gabala hotellərində təlimləri davam edir.
Qafqaz Riverside və Qafqaz Tufandağ hotellərdə Dual tədris proqramına uyğun fəaliyyətlər çərçivəsində tələbələrə xüsusi olaraq 2 hissədən ibarət nəzəri və praktiki təlim keçirilmişdir.
Həyata keçirilən əməkdaşlıq üzrə tələbələrə nəzəri biliklər tədris olunmaqla yanaşı, dual tədris proqramı əsasında təlimlər davam edir.









Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ixtisas fənn müəllimi Beydiyev İlqar tərəfindən “Elektrik cərəyanından və digər bədbəxt hadisələrdən zədələnənlərə ilk yardım” mövzusunda açıq dərs keçirilmişdir.
Təlimdə “İsitmə, soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Elektrik-qaz qaynaqçısı”, və “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” ixtisasında təhsil alan tələbələr iştirak etmişdirlər.
Təlimin əsas mövzusu tələbələrə elektrik cərəyanı, onun ümumi orqanizmə təsiri və yaratdığı fəsadlar, elektrik cərəyanından zədələnmələr haqqında ümumi məlumat vermək, həmin şəxslərə ilk tibbi yardımın göstərilməsi barəsində təlimatlandırmaqdan ibarətdir.
Açıq dərs zamanı əyani şəkildə tələbələr üzərində ilk tibbi yardım göstərilmiş, hər bir elektrikdən mühafizə vasitələri və cihazları ilə ayrı-ayrılıqda tanış edilmişdir.
Qeyd edək ki, növbəti günlərdə digər istiqamətlərdə də açıq dərslərin keçirilməsi planlaşdırılır.




