Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Xəyal Mahmudov və Cavidan Cabbarlı aşpazlıq, turizm və otelçilik istiqamətində Antalya şəhərində peşə təhsili müəssisələri və müxtəlif otellərdə təcrübə keçməyə başlayıblar.






Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Xəyal Mahmudov və Cavidan Cabbarlı aşpazlıq, turizm və otelçilik istiqamətində Antalya şəhərində peşə təhsili müəssisələri və müxtəlif otellərdə təcrübə keçməyə başlayıblar.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilmişdir.
Qəbələ şəhərinin Gabala Garden Hotelində təşkil olunan tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı, regionda fəaliyyət göstərən işəgötünən nümayəndələr də iştirak edib. Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi, işəgötürənlərin prosesdəki rolu və maraqları barədə təqdimatla çıxış etmişdir.
Agentliyin regiondakı rəsmi tərəfdaşı olan, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışmışdır.
Tədbir zamanı “Baytar texniki” peşə ixtisası üzrə Qiymətləndirmə Komissiyasının üzvü Vüsal Abbasova prosesdəki səmərəli əməkdaşlığına görə təşəkkürnamə təqdim edilib. Əlavə olaraq, Samirə Quliyeva Qəbələ Aqropark MMC-nin direktoru Sərdar Hacıyeva müəssisənin praktiki imtahanda göstərdiyi təşkilati dəstək üçün minnətdarlığını bildirmişdir.
Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində davam etdirilmişdir.
Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində də apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir.
Turnirə Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, təhsil sektoru, Qəbələ Hava Limanı, FHN Şimal-Qərb Regional Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsi, 9 saylı Ərazi Reyest İdarəsi, Qəbələ ASAN Xidmət Mərkəzi, FHN-nin N saylı hərbi hissəsi, 10 saylı Ərazi Vergilər İdarəsi və “Xanlar” istirahət mərkəzinin komandaları qatılıb.
Dairəvi sistem üzrə keçirilən turnirdə 12 komanda 3 qrupda mübarizə aparacaq, hər qrupdan 2 komanda növbəti turda görüşəcəklər.
Çempionatın ikinci günündə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsinə 5-3 hesabı ilə qalib gəlmişdir.
Komandamıza uğurlar arzulayırıq!
Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Qəbələ və Oğuz rayonlarından olan sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda tədbir keçirilmişdir.
Çıxış edənlər tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” izah olunmuş, Fondun prioritet istiqamətləri və sahibkarlardan gözləntiləri barədə məlumat verilmişdir.
Tədbirdə həmçinin Sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələrinin işgüzar münasibətlər qurması və kredit alınması ilə bağlı məsələlər müzakirə edilmiş, eyni zamanda sahibkarların maliyyə əlçatanlığı ilə bağlı çətinliklər öyrənilmiş və bu çətinliklərin aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılacağı izah edilmişdir.
Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qidalanma, xidmət və digər turizm sahələr üzrə xidmət” mövzusunda seminar, master-klass keçirilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz Qəbələ” MMC-nin birgə əməkdaşlığı çərçivəsində “Qidalanma, xidmət və digər turizm sahələr” “Turizm sahəsində iaşə”, “Mehmanxana İnzibatçısı”, “Mehmanxana və restoran işinin təşkil edilməsi” üzrə seminar, master-klass layihəsinə start verilmişdir.
Layihənin əsas məqsədi mərkəzin tələbələrinə mətbəx, qidalanma və digər turizm xidmətləri üzrə biliklərin ötürülməsi və qeyd olunan xidmət sahələri üzrə uyğun ixtisaslarda təhsil alan peşəkarların hazırlanmasıdır.
Layihənin haqqında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, “Qafqaz Riverside Hotel” və “Qafqaz Tufandağ Hotel” ilə əməkdaşlıq çərçivəsində keçirilmiş tədbirlərin, təlimlərin Mərkəz tələbələri üçün faydalarını xüsusi qeyd etmişdir. 2022-2023-cü tədris ili üzrə Dual ixtisaslarda təhsil alan tələbələrimizin həmin otellərdə istehsalat təliminin uğurla davam etdiyini bir daha vurğulayaraq, əgər təcrübə müddətində uğurlu iştirak davam edərsə əvvəlki illərdə olduğu kimi tələbələrin həmin müəssisələr tərəfindən bir başa işə götürüləcəklərini bildirmişdir.
Layihə çərçivəsində “Qafqaz Qəbələ” MMC-nin tərkibində olan “Qafqaz Riverside Hotel” və “Qafqaz Tufandağ Hotel” əməkdaşları – iaşə üzrə klaster menecer Vüsal Mürsəlov, F&B üzrə menecer köməkçisi Xəlilov Rəhman, baş aşpaz Elmar Əliyev, aşpaz köməkçisi Rasim Nəcəfov, aşpaz köməkçisi Kazımov Sadiq tərəfindən Mərkəz tələbələrinə turizm sahəsinin müxtəlif istiqamətləri üzrə nəzəri təlimlər keçirilmişdir.
Layihənin davamlılığnda qonaqların qarşılanması, yeməklərin hazırlanması, təhlükəsizlik tədbirləri və s. bu kimi məsələlər, ümumilikdə xidmət sahəsinin incəlikləri öyrədiləcəkdir.
Sonda müvafiq mövzu ətrafında müzakirələr aparılmış və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
“Qəbələ Qafqaz” MMC tərəfindən xidmət sahəsində çalışacaq gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində IT mütəxəssis Sahil Yusibov onlayn təhsil platformaları, qəbul prosesi və qaydalardan bəhs edib.
Sonda layihə iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.
“Ümumilli Lider Heydər Əliyev”, “Qarabağ”, “Türkiyə və Azərbaycan”, “Tariximiz” və s. mövzular ətrafında səslənən suallardan ibarət olan yarışmada 6 komanda olmaqla toplamda 30 müəllim mübarizə aparmışdır.
Sonda isə “Şuşa” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Yarışmada 6 komanda olmaqla toplamda 36 tələbə mübarizə aparmışdır.
Sonda isə “Zəfər” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.
“Kənd Qadınlarına Qayğı” İctimai Birliyi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyə dəstəyi ilə” Qəbələ Günərzi Qayğı Mərkəzi yaradılmışdır.
Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Dayə” ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Digər tərəfdən, qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərirlər.
Mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və qonaqlar Günərzi Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, uşaqlar üçün yaradılmış şəraiti yaxından izləyərək, mərkəzin fəaliyyətinə tövsiyyələrini vermişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirilmiş “Zəfər günü” adlı bayram tədbiri Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Təhsil Mərkəzinin Tədris İstehsalat işləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, Müzəffər Ordumuzun zəfər çalaraq dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini bir daha göstərdiyini və gənclərin vətənpərvər yetişdirilməsində təhsil ocaqlarının da böyük rolu olduğunu xüsusi qeyd edib.
Tədbirdə Mərkəzdə çalışan II Qarabağ müharibəsi qazisi və veteranları 44 günlük Vətən müharibəsi zamanı öz canından keçmiş şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləklərini çatdıraraq, Şanlı Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “Günərzi Qayğı Mərkəzi”nin uşaqlarının çıxışları maraqla izlənilib. Təhsil Mərkəzinin tələbələrinin ifasında Qarabağa, “Zəfər günü”nə həsr olunmuş şeirlər səslənib. Tədbir boyu 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar nümayiş etdirilib, ölkə Prezidenti cənab İlham Əliyevin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar göstərilib. 30 illik həsrətə son qoyduğumuz günü “Zəfər” bayramını müəllimlər və tələbələr sevinc hissi ilə qeyd ediblər.
Hamının dilində bir şüar vardır.
“Qarabağ Azərbaycandır!”
“Zəfər Azərbaycanındır!”