Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Rəsulova Məleykənin Veb-Dizayner 401-ci qrupda “Zəfər Günü”nə həsr edilmiş Açıq dərs keçirilmişdir.
Açıq dərs Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Dərs zamanı Azərbaycanın iki yerə parçalanmasından 2020-ci il 27 sentyabr II Qarabağ müharibəsinin başlanmasına qədərki dövr nümayiş etdirilmişdir. Dərs gedişatında müasir metodlardan istifadə olunmuşdur. Tələbələrə slaydlar, video-çarxlar təqdim olunaraq I Qarabağ və II Qarabağ müharibəsi haqqında məlumatlar verilmişdir.
44 gün davam edən Vətən müharibəsi, xalqımızın 30 illik Vətən həsrətinə son qoyulması, ərazi bütövlüyünün bərpası ilə nəticələnən, qızıl hərflərlə yazılmış Zəfər tarixi haqqında mühazirə edilib. Eyni zamanda I Qarabağ müharibəsi zamanı törədilmiş faciələr (Xocalı, Ağdaban, Başlıbel faciələri) haqqında tələbələrə məlumat verilmişdir.
Vətən Müharibəsinin həlledici məqamları, rəşadətli ordusunun qəhrəmanlıq nümunələri, böyük qələbəni təmin edən amillərə nəzər salınıb, Azərbaycan Respublikasının prezidenti, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin durmadan inkişaf edəcəyi, Zəfərimizin daimi olacağı vurğulanmışdır.
Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı məlumat almış, mərkəzdə inkiluziv təhsilin təşkili ilə bağlı şəraitlə tanış olmuşlar.
Daha sonra ekskursiya iştirakçılarına Mərkəzin akt zalında əyləncəli səhnəciklər nümayiş etdirilmiş, Mərkəz tələbələrinin əl işlərindən ibarət hədiyyələr təqdim edilmişdir. Qonaqlarla çay süfrəsi ətrafında səmimi söhbətlər aparılmış, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq Reablitasiya Mərkəzinin bundan sonra sıx əməkdaşlıq edəcəyi vurğulanmışdır.
Xatırladaq ki, müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi də ötən ilin dekabr ayında istifadəyə verilmişdir.
Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkdirilmişdir.
Şəhidimizin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti də iştirak etmişlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidimizin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur. Xatırladaq ki, şəhid çavuş Bayramov Coşqun 1991- ci il may ayının 25-də Qəbələ rayonu Qəmərvan kəndində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayonu Kiçik Əmilli kənd məktəbində alıb. 2009-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Beyləqan rayonunda olan N saylı hərbi hissədə çavuş kimi başa vurub. 2020-ci il 21 sentyabrda başlanan hərbi təlimlərə qatılıb, 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində olan döyüşlərdə şücaət göstərir, bir neçə yerlərin düşmən işğalından azad olunmasında yaxından iştirak etmişdir.
Şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra İgidliyə görə, Laçının azad olunmasına görə, Suqovuşanın azad olunmasına görə, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Tələbələrə hotelin şöbə müdirləri və ixtisas fənn müəllimləri tərəfindən ətraflı məlumatlar verilmişdir. Belə ki, Ön büroda qonaqların qarşılaşmasından başlayaraq, check out-dan sonra otağın yığışdırılması da daxil olmaqla hər bir proses tələbələrə əyani şəkildə izah edilmişdir.
Ekskursiya zamanı tələbələr bütün şöbə və bölmələrdə olmuş va onların vəzifə funksiyaları ilə yaxından tanış olmuşlar.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimləri keçirilir. 12 oktyabr 2022-ci il tarixində Böyük Pirəlli kəndində anadan olmuş şəhidimiz Eyyubov Sərvanın anım mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri də iştirak etmişlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhid Eyyubov Sərvanın ruhuna ehtiram məqsədilə onun evində təşkil olunmuş anım mərasimində iştirak edən kollektiv şəhidin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermiş, ona Allahdan rəhmət diləmişlər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə dövlətimizin rəhbərliyinə minnətdarlıqlarınl bildirmişlər.
İlk öncə hər iki qurumun nümayəndələri tərəfindən gənclərə əməkdaşlıq və mərkəzlərin fəaliyyətləri haqqında məlumat verilib.
Daha sonra “Əsas Həyat Bacarıqları” təlim proqramı üzrə fasilitator, təlimçi Nərmin Cabbarlı tərəfindən “Zamanın idarə olunması” təlimi həyata keçirilib.
Təlim zamanı müzakirə olunan mövzular:
Zamanın düzgün şəkildə gündəlik və ya uzunmüddətli fəaliyyətlər üzrə bölünməsi və idarə olunması;
Region gənclərinə gələcək karyeralarında qısa və uzunmüddətli planların tərtibi;
Əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verilib, birgə görüləcək işlər barəsində müzakirələr aparılıb.
Görüşün nəticəsində uzunmüddətli təlim proqramları, tədbirlər və layihələrin təşkil edilməsi qərara alınıb.
Bu istiqamətlərdə gənclər şəxsi inkişaf yönümlü bacarıqları inkişaf etdirə, karyera qurmaq üçün ilkin biliklərə yiyələnə və asudə vaxtlarını səmərəli keçirə bilərlər.
Qeyd edək ki, proqram daxilində təşkil olunan təlimlərə digər regionlardan da təlimçilər dəvət olunacaq.
Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mətkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra kənd təsərrüfatı üzrə təhsil alan tələbələrin Cənubi Almaniyada ailə təsərrüfatlarında işləmək və yaşamaqla təcrübə keçməsi istiqamətində təqdimat edilmişdir.
Proqram çərçivəsində seçilərək yararlanacaq tələbələr 8 ay müddətində Cənubi Almaniyada təcrübə keçəcəklər. Görüşdə seçim meyarları və digər mövzular ətrafında sual və müzakirələr aparılmışdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yanında Karyera Mərkəzinin ilk könüllüsü Aslanova Nuranə Orxan qızı 2 aylıq könüllülük fəaliyyətini uğurla tamamlamışdır.
Xatırladaq ki, könüllümüz hal-hazırda Azərbaycan Texniki Universitetində ” Optimal idarəetmənin riyazi – iqtisadi üsulları” ixtisası üzrə magistr dərəcəsi alır. O, 2 aylıq yay tətilini düzgün qiymətləndirərək Mərkəzimizdə könülü olmuş, həmin müddət ərzində Mərkəzin fəaliyyətində fəal iştirak etmişdir.
Biz inanırıq ki, burada əldə etdiyi bilik və təcrübə həyatının növbəti mərhələlərində yararlı olacaqdır.
Ona Tələbəlik və iş həyatında uğurlar arzulayırıq.
Siz də Karyera Mərkəzinə müraciət edərək könüllü ola bilərsiniz.