Categories
Xəbərlər

Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, “Əsgərə xatirə” layihəsinin dəstəyi ilə şəhid və qazi ailələrimizə göstərilən dəstək haqqında iştirakçılara məlumat verilmişdir.

Tədbirdə “Əsgərə xatirə” layihəsinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən ezam olunmuş, qarabağ ordeni ilə təltif olunmuş, mayor Qənbərov İdris Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində hərbiçilərimizin göstərdiyi igidlikdən, torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün qəhrəmancasına döyüşdüklərini bildirdi. Müzəffər Ali baş komandan, xalqımızın, ordumuzun birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırdı.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi, 2-ci Qarabağ müharibəsi iştirakçısı İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakı zamanı şahidi olduğu hadisələrdən danışmışdır.

Tədbirdə Şəhid Xeyribəy Səfərçinovun atası Cəlil Səfərçinov da çıxış edərək, şəhid valideynlərinə göstərilən qayğıdan razılığını bildirdi. Zəfər tarixinin yazılmasında payı olan hər bir şəxsə minnətdarlığını ifadə etdi. Şəhid analarının daima qayğıya ehtiyacı olduğunu diqqətə çatdırmaq üçün yazmış olduğu şeiri tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanıldı.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbir keçirilmişdir

lk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlayaraq, Sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışaraq, sözü layihə rəhbəri Anar Məhərrəmova vermişdir.

A.Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat vermişdir.

Bildirib ki, layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində seminarlar, həmçinin, futbol və voleybol yarışları həyata keçirilir.

Layihənin eksperti Saleh Aslanov Sağlam həyat tərzinə sahib olmağın zəruruliyi, zərərli vərdişlərə aludəçiliyin fəsadları, Narkotikdən uzaq durulmasının vacibliyi, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələri, sağlamlığa daimi nəzarətin önəmi, Peyvənd olunmağın zəruriliyi, fiziki aktivliyin əhəmiyyəti, nizamlı yuxunun faydaları və s. haqqında geniş məlumat vermişdir.

Sonra tədbir iştirakçıları sertifikatlarla təltif ediliblər.

Sonda layihənin idman yarışlarının hakimi Sübhan Şeydayevin iştirakı ilə futbol və voleybol yarışları həyata keçirilib.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” əməkdaşlarının Mərkəz tələbələri ilə görüşü keçirilmişdir

Görüşdə Karyera məsləhətçiləri Rufanə Yaralıyeva və Türkan Abdullayeva tərəfindən tələbələrə Karyera Mərkəzinin ümumi fəaliyyəti barədə məlumat verilmiş, Peşə Mərkəzlərində Karyera Mərkəzlərinin yaradılması Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni layihəsi olduğu qeyd edilmişdir.

Karyera Mərkəzində həyata keçiriləcək təlimlər, kurslar və seminarlar haqqında məlumat verilmiş, karyeranın inkişafında bir çox zəruri bilik və bacarıqlara yiyələnməyin əhəmiyyəti vurğulanmışdır.

Karyera Mərkəzi ilə tanış olan tələbələrin ümumi fikirləri və Mərkəzlə əlaqədar təklifləri dinlənilib, sualları cavablandırılıb.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ regional “ASAN xidmət” mərkəzi tərəfindən “ASAN könüllülərinin fəaliyyəti və ümumilikdə könüllü hərəkatı” mövzusunda təlim keçirilmişdir

İlk öncə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlamış, könüllülük fəaliyyətinin gənclərin inkişafında rolundan danışmış, gənclər arasında belə təlimlərin təşkilinin əhəmiyyətini vurğulamışdır.

Qəbələ regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şahlar Eyyubov tərəfindən gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və ASAN könüllülərinin fəaliyyəti haqqında daha ətraflı məlumat vermək məqsədilə, “ASAN könüllülərinin fəaliyyəti və ümumilikdə könüllü hərəkatı” mövzusunda təlim keçirilib.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Tədbirdə Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov, Əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Ceyhun Qurbanov, Qəbələ Rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Yaşar Nəzirov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedoqoji heyəti və tələbələri iştirak etmişlər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov çıxış edərək narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verdilər.

Narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən danışan natiqlər, ölkənin hər yerində narkomaniyaya qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

Categories
Xəbərlər

Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs ilinin ilk günü ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar mühəndis-pedoqoji heyəti və tələbələri təbrik etmişdir.

Q.Nəbiyev Türkiyə peşə təhsil müəssisələrilə əməkdaşlıq, işəgötürən müəssisələrlə imzalanmış memorandomların əhəmiyyətindən, görülmüş digər işlərin tələbələrimizin tədris və təliminə müsbət təsirindən danışmış, yeni dərs ilində pedaqoji heyətə, müəllim və tələbələrə uğurlar arzulamışdır.

Q.Nəbiyev Müzəffər ordumuzun qəhrəmanlıqlarından danışaraq, Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirdiyini bildirmişdir. Xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə yarana biləcək təhdidin aradan qaldırılmasında şanlı ordumuzun şücaət göstərdiyini, yeni bir qəhrəmanlıq səlnaməsi yazdıqlarını vurğulayaraq, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını diləmişdir.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarına və tələbələrə qəbul prosesi, tədris və təlim fəaliyyəti barədə ətraflı məlumat verdi, iştirakçılara bu ilki qəbulla bağlı məlumat verərək bildirdi ki, 2022-2023-ci tədris ilində aqrar, turizm və sanayenin digər sahələri üzrə ümumilikdə 39 qrup üzrə 420 tələbə, 6 qrup üzrə Yüksək Texniki Peşə (Subbakalavr) ixtisasları üzrə 120 tələbə qəbulumuz reallaşıb. Keçid qruplarında isə 289 nəfər tələbəmizin təhsilini davam etdirdiyini bildirmişdir.

Categories
Xəbərlər

Elm və Təhsil Nazirinin müavini İdris İsayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuşlar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlara, Mərkəzin direktoru tərəfindən geniş təqdimat edilmiş, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet istiqamətlərinə uyğun fəaliyyətin qurulduğu bildirilmiş və gələcək fəaliyyətlər ilə bağlı müzakirələr aparılmışdır.

Nazir müavini peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd etmişdir.

İdris İsayev peşə təhsilinin ölkəmizin iqtisadiyyatına, davamlı sosial-iqtisadi inkişafına, səriştəli mütəxəssislərin yetişməsinə töhfə verməsi üçün peşə təhsil müəssisələrinin müasir infrastrukturla təmin olunmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Nazir müavini yeni qəbul olmuş tələbələrə 2022- 2023-cü tədris ilində uğurlar arzulamışdır.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təmayüllü siniflərin məzunlarına sertifikatlar təqdim edilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Vəndam qəsəbə 1 saylı tam orta məktəbin Peşə Təmayüllü sinifinin 2021/2022-ci tədris ilinin məzunlarına, İT mütəxəssisi köməkçisi və Dərzi köməkçisi ixtisasları üzrə ilk peşə təhsilini başa vurduqları üçün sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi Respublikamızda 2019-cu ildən həyata keçirilir. Qəbələ rayonunda isə bu layihə cari ildən fəaliyyətə başlayıb. Layihənin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə təhsil, bilik və bacarıqlara yiyələnməsini təmin etmək, həmçinin peşə ixtisasları barədə təhsilalanları məlumatlandırmaqla onları əmək bazarına, eləcə də peşə təhsilinə hazırlamaqdır.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müdavimlərə dövlət nümunəli sertifikatlar təqdim edilmişdir

Qəbələ Dövlət Peşə Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi Layihə İdarəetmə Ofisinin dəstəyi ilə keçirilən 2 aylıq ödənişsiz qısamüddətli peşə təlimləri başa çatmışdır.

Peşə təlimləri “Qrafik dizayner” və “Sistem və şəbəkə inzibatçılığı” ixtisasları üzrə təşkil olunmuşdur. Qısamüddətli peşə kurslarında hər qrup üzrə 10 nəfər olmaqla ümumilikdə 20 nəfər müdavim təhsil almışdır. Müdavimlər bu qısamüddətli kurslar ərzində “Photoshop”, “Adobe İllustrator”, “Şəbəkə texnologiyaları”, “İP ünvanlar haqqında məlumat”, “Virtual maşın anlayışı”, “Windows server 2016 daxili əməliyyat sistemləri” və s. proqramlar üzrə praktiki və nəzəri biliklərə yiyələnmişdirlər.

Qısamüddətli peşə təlimi kurslarının müdavimləri 29 avqust 2022-ci il tarixində kursun yekununa dair imtahan vermişlər. Sonda müdavimlərə sertifikatların verilməsi üçün imtahan nəticələri protokollaşdırılaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Dual təhsil proqramı üzrə “Aşpaz” ixtisasının məzunu, hal-hazırda “Qafqaz Tufandag Mountain Resort”da barmen kimi çalışan Nurəddin Səlimov proqram haqqında fikirlərini bölüşür

Qeyd edək ki, Qəbələdə bu proqrama cəlb olunan 38 tələbədən 20-si təcrübə keçdikləri hotellərdə iş təklifi alaraq işləməyə başlayıblar.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471