Açıq Qapıda Dr.Aynur Hüseynli – Pediatr, psixoterapevt, Ayna İsazadə – Psixoloq, Mirvari Həşimli – Kliniki psixoloq, Kazım Əliyev – Duyu Bütünləmə mütəxəssisi, MBT iştirak etmişdir.
Mütəxəssislər tərəfindən ailə danışmanlığı, uşaq inkişaf dəyərləndirilməsi, skrininq testlər həyata keçirilmiş və bu istiqamətdə valideynlərə maarifləndrici məlumatlar paylaşılmışdır.
Müqavilə əsasında müvafiq ixtisaslar üzrə müəssisənin istehsalat bazasının icarəsinə, eyni zamanda bu ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislərin sual bazasının hazırlanması prosesinə və qiymətləndirmə komissiyasına ekspert olaraq cəlb edilməsinə başlanılıb.
Sözügedən əməkdaşlıq çərçivəsində bir neçə peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesində iştirak edirlər.
Şəki, Yevlax, Ağcabədi, Beyləqan rayonlarından olan 8 nəfər gənc Baytar texniki sertifikatının əldə edilməsi üzrə Gilan Dairy Farms MMC-də praktiki qiymətləndirmə imtahanı keçirilib.
Uğurlu nəticə göstərəcək şəxslərə sertifkatarın təqim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müvafiq istiqamət üzrə qiymətləndirmə materiallarının hazırlanması üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Heyvandarlıq mütəxəssisi ixtisası üzrə istehsalat təlim ustası Şahsun Abbasbəyli Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən sertifikata layiq görülüb və ekspert kimi cəlb edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “VLM And Partners” hüquq şirkəti tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində təşkil olunacaq silsilə tədbirlərin açılış mərasimi keçirilmişdir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev peşəyönümlü ixtisaslı kadrlar hazırlayan Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində səfər edərək, burada yaradılmış şərait və emalatxanalar, eləcə də KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində keçirilən təlimlərlə tanış olublar.