Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatmışdır

Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzin fəaliyyəti, müxtəlif istiqamətlərdə dərnəklərin təşkilinin əhəmiyyətini bildirərək, əməyi keçən hər kəsə təşəkkürünü bildirib, uğurlu nəticə göstərərək sertifikata layiq görülən dərnək iştirakçılarını təbrik etmişdir.

Daha sonra çıxış edənlər Təhsil Mərkəzi tərəfindən ödənişsiz şəkildə həyata keçirilən dərnəkdə iştirakçıların Sanama tikiş növünün incəliklərini öyrənmələrindən, gənc və yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsində əhəmiyyətindən danışıblar, belə fəaliyyətlərin təşkilinin dekorativ-tətbiqi sənətin öyrənilməsi və təbliğində xüsusi rolunu vurğulayıblar.

Sonda dərnəyi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib və dərnək iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Categories
Xəbərlər

Qəbələ regional “ASAN Xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub

Tədbir çərçivəsində “ASAN xidmət“ könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələri ilə yanaşı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əl işlərinin də sərgisi və satışı reallaşdırılıb.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilmişdir

Categories
Xəbərlər

Türkiyənin milli təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Görüş zamanı, 2021-ci il 19 fevral tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsil sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm məsələlər ətraflı müzakirə edilib. Tərəflər müvafiq Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb və yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını qeyd edib.

Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunacaq.

Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin  hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.

Sənədə əsasən, sözügedən peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliklərinə uyğun olaraq iki diplom veriləcək.

Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyacaqlar. 

Görüşün sonunda hər iki tərəfin nümayəndələri qarşılıqlı xatirə hədiyyələri təqdim edib.

Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində tələbələrə və mühəndis-pedaqoji heyətə müxtəlif sahələr üzrə təlimlər keçirilmişdir.

Categories
Tədbirlər

“Qida təhlükəsizliyi, HACCP” mövzusunda təlim keçirilmişdir

19 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində “Qida təhlükəsizliyi, HACCP” mövzusunda təlim keçirilmişdir.

Categories
Tədbirlər

“Hekayələrin təhlili” mövzusunda təlim keçirilib

16-21 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Hekayələrin təhlili: Kukla və uşaqlarla fəlsəfə” mövzusunda təlim keçirilmişdir.

Categories
Tədbirlər

“İnnovativ bizneslərdə yer almaq” mövzusunda təlim keçirilib

16 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində “İnnovativ bizneslərdə yer almaq” mövzusunda təlim keçirilmişdir.

Categories
Tədbirlər

“Kompüter texnologiyaları” mövzusunda təlim keçirilib

18 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində “Kompüter texnologiyalarının əsasları” mövzusunda təlim keçirilmişdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471