Categories
Tədbirlər

“Bağçılıq” mövzusunda təlim keçirilmişdir

18 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə VLM And Partners və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”-çərçivəsində “Bağçılıq (Mövsümü güllər və təbii ot örtümü)” mövzusunda təlim keçirilmişdir.

Categories
Uncategorized Xəbərlər

QƏBƏLƏ DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNİN MALİYYƏ DAYANIQLIĞININ GÜCLƏNDİRİLMƏSİNƏ DAİR LAYİHƏ

 Sayt üçün təqdimat 

 

 

   

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "bağban-dekorator" qrupunun tələbələri, dekorativ bitkilərin əkini və qulluğu ilə praktik tanışlıq məqsədilə lavanda təsərrüfatına təcrübə səfəri etmişlər

Categories
Uncategorized Xəbərlər

Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar

8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.
Mübadilə səfərinin məqsədi Məşvərət Şurasının və onun üzvlərinin funksiyalarını öyrənmək, Qəbələ və İsmayıllı peşə təhsil müəssisələrində dualabənzər peşə kurslarının tətbiqi təcrübəsini öyrənmək, Qəbələ və İsmayıllıda özəl şirkətlərin təcrübə prosesinin təşkili və məktəblərlə əməkdaşlıqla bağlı təcrübələrini bölüşmək olub. Mübadilə səfərində Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin direktor müavinləri, KOBİA-nın Quba və Xaçmaz rayonları üzrə koordinatorları, o cümlədən Qafqaz Konserv Zavodu, Yalama Aqropark, Arktika və Evrokart şirkətlərinin nümayəndələri müvafiq məktəblərin Məşvərət Şurasının üzvləri kimi iştirak ediblər.
3 günlük proqramda Qəbələ Məşvərət Şurası sədrinin Məşvərət Şurası və üzvlərinin funksiyaları haqqında təqdimatı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində səfərlər, Tufandağ otelində, Gilan Aqrotech servisdə, Qəbələdəki Gilan südçülük fermasında, İsmayıllıda Chabiant şərab zavodunda görüşlər və müzakirələr aparılıb. Səfər özəl sektorla peşə məktəbləri arasında uzunmüddətli davamlı əməkdaşlığın qurulmasına dair əldə edilmiş təcrübələrin, təkliflərin və gələcək planların səmərəli müzakirəsi ilə başa çatıb.
PSD TVET layihəsi 2017-2023-cü illər üçün nəzərdə tutulub. Layihənin məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılmasıdır. Proqram məşğulluq üçün müvafiq sektorlarda rəqabət qabiliyyətini gücləndirmək, özəl və dövlət sektorların nümayəndələrinin əməkdaşlığını təkmilləşdirmək və özəl sektorun davamlı inkişafı və dualabənzər peşə təhsili sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirmək məqsədi daşıyır. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, özəl sektor, Qax, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz və Gəncədə fəaliyyət göstərən peşə təhsil müəssisələri ilə sıx əməkdaşlıq nəticəsində 6 uzunmüddətli və 14 qısamüddətli peşələr birgə yaradılmış, dualabənzər PTT-yə uyğun olaraq təsdiq edilmiş və sınaqdan keçirilmişdir.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Kimyəvi- bakterioloji analiz laborantı" ixtisasının tələbəsi Əsgərov Rəhman Sumqayıt şəhərində keçirilən Avropa Kuboku yarışında MMA döyüş növü üzrə l yer tutduğuna görə diplom və medalla təltif olunub

Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Categories
Uncategorized Xəbərlər

“Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasında dual peşə təhsili alan tələbələrlə Mərkəz rəhbərliyinin görüşü keçirilib

Görüşdə tələbələrin “Qafqaz – Qəbələ” MMC-nin otellərində keçdikləri praktiki təcrübələr nəticəsində əldə etdikləri bacarıqları, nəaliyyətləri haqqında danışılıb.
Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər.
Həmçinin tələbələr Mərkəzin tikiş emalatxanasında onlar üçün hazırlanmış yeni formalarla tanış olmuşlar.
Formaların təhciz olunması və tələbələrin layihə müddətində sığortalanması “Bacarıqlı Ol” usta yanında öyrənmə proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm təşkilatçısı” qrupunun tələbələri Qafqaz Tufandag Hotel Gabala hotelinə ekskursiya ediblər

Mərkəzin tələbələri hotellə, onun infrastrukturu ilə yaxından tanış olmuşdur. “Mehmanxanada təhlükəsizlik qaydaları”, “Qonaqlara servis xidməti” haqqında təhsilalanlara geniş məlumat verilmişdir. Tufandağ hotelinə ekskursiya tələbələrin böyük marağına səbəb olmuşdur.

Categories
Uncategorized Xəbərlər

“2 fevral – Gənclər günü” münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib

Tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin “Azərbaycan gəncləri günü” elan edilməsini vurğulayıb, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıraraq, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Daha sonra Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov “Peşəni sevmək uğurun yarısıdır” mövzusunda təlim keçmişdir. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, peşə və ixtisas, peşəni sevərək seçməyin əhəmiyyəti, peşələrin növləri, Karyeranın inkişafında düzgün peşə seçiminin vacibliyi və s. haqqında geniş məlumat vermişdir.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili alan tələbələrin semestr imtahanları davam edir

Sessiya müddətində imtahanlar Təhsil Nazirliyinin Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 N-li qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydalarına və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Təhsil Nazirliyinin 11.09.2008-ci il 1060 N-li əmri ilə təsdiq edilmiş Əsasnaməyə uyğun həyata keçirilir.
İlk dəfə olaraq “Veb dizayn və proqram təminatı” ixtisası üzrə I kursda “Komputer əməliyyat sistemi” modulu üzrə imtahan elektron qaydada keçirildi. İmtahanın keçirilməsi üçün əvvəlcədən bir sıra hazırlıq işləri aparılmış, platforma müəyyən olunmuş, imtahan materialları yerləşdirilmiş, Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən test edilmişdir. 02.02.2022-ci il tarixdə imtahan təşkil edildi və imtahana buraxılmış 17 nəfər tələbə iştirak etmişdir. İmtahan üçün 90 dəqiq vaxt verilmiş və elektron imtahanın sonunda tələbələr topladığı balları öz ekranlarında izləyə bilmişlər və hətta buraxdıqları səhvləri yenidən gözdən keçirmək imkanları olmuşdur. Növbəti ixtisas imtahanlarının da elektron keçirilməsi nəzərdə tutulmuşdur.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün "Özünüməşğulluğumuz üçün ömür boyu öyrənək" layihəsi çərçivəsində təlimlər keçirilib

Təlimlər təcrübəli təlimçilər tərəfindən interaktiv qaydada keçirilib və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə şəxsi səriştələrin artırılması, peşəyönümü, peşə hazırlığı, ömürboyu təhsil, özünüməşğulluq proqramı və müraciət prosedurları, eləcədə gənclərin məşğulluğunun təmin olunması ilə peşə mərkəzləri tərəfindən yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Həmçinin karyera planlanması və işə qəbul qaydaları haqqında gənclərlə fikir mübadiləsi aparılıb.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471