Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan ll kurs tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub

2021-ci ilin 15 fevral tarixindən tələbələr “iş yerində öyrənmə” təliminə, 29 mart tarixindən isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi “Gilan-Qəbələ Aqroservis” ASC-də təşkil edilib. Təcrübənin davamı olaraq 02.06.2021-ci il tarixində iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahan tərəfdaş müəssisənin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə hazlanması, tarlanın səpinə hazırlanması, eyni zamanda digər işləri yerinə yetiriblər.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan ll kurs tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub

AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir

Bildiririk ki, AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir (1-ci yarımil ərzində bu proses tələbələr və müəssisələr tərəfindən həyata keçirilmişdir)

Continue ReadingAR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar onlayn tədbir keçirildi

Tədbiri giriş sözü ilə açan Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Fatimə çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamına əsasən böyük şair, mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq, ölkəmizdə 2021-ci ilin “ Nizami ili ”elan edilib, o bu sərəncamın ədəbiyyatimiz tariximiz,milli mənəviyyatimizin qorunub saxlanılması üçün əhəmiyyətindən danışıb

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar onlayn tədbir keçirildi

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin gənc əməkdaşlarının və tələbələrinin iştirakı ilə “Gənclərimiz gələcəyimizdir – onları pis vərdişlərdən qoruyaq” adlı onlayn tədbir keçirildi

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Kəmalə Qasımova bəşəriyyətin bəlası olan narkomaniya və onun törətdiyi fəsadlar barəsində danışdı. Daha sonra mərkəzin bələdçisi Mahirə Kərimova, KOBİA - nın könüllüsü Sahilə Mustafayeva, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Rzayeva, UADM - ın direktoru Günel Ağayeva, əməkdaşı Hökümə İsmayılova, Tarix - Diyarşünaslıq Muzeyinin elmi işçisi İlhamə Seyidova çıxış edərək, dövlətin, millətin, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən çox asılı olduğunu, gənc nəslin sağlam ruhda tərbiyəsinin dövlət və cəmiyyət tərəfindən diqqət mərkəzində saxlandığını qeyd etdilər.

Continue ReadingQəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin gənc əməkdaşlarının və tələbələrinin iştirakı ilə “Gənclərimiz gələcəyimizdir – onları pis vərdişlərdən qoruyaq” adlı onlayn tədbir keçirildi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası əleyhinə ikinci doza peyvənd olunublar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası əleyhinə ikinci doza peyvənd olunublar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Sağlam həyat tərzi və təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilmişdir

Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova sağlam həyat tərzi barədə iştirakçılara ətraflı məlumat verdi.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Sağlam həyat tərzi və təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyevi fərəh və qürur hissi ilə anırıq” adlı onlayn tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qalib Nəbiyev Ulu Öndərin tarixi və əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd etdi və iştirakçıların diqqətinə çatdırdı ki, Ümummilli Liderin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın tarixi keçmişi ilə ayrılmaz vəhdəd təşkil edir.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyevi fərəh və qürur hissi ilə anırıq” adlı onlayn tədbir keçirilmişdir

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Bu münasibətlə keçirilən mərasimdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, müəssisələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ixtisaslı kadrların yetişdirilməsi baxımından memorandumun əhəmiyyətini vurğulayıb, əlaqələrin perspektivlərindən söz açıb. Mərasimdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını yüksək qiymətləndirdirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib.

Continue ReadingQəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında “COVID-19” əleyhinə vaksinasiya prosesi baş tutdu

Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstəricilər 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə 61,9 faiz təşkil edir.

Continue ReadingQəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında “COVID-19” əleyhinə vaksinasiya prosesi baş tutdu

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Psixoloq Elnur Rüstəmovla birgə “Psixoloji travmalar və onların aradan qaldırılması”mövzusunda onlayn görüş keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivinin də iştirak etdiyi görüşdə psixoloq Elnur Rüstəmov psixoloji travmalar və onların yaranma səbəbləri haqqında iştirakçılara geniş məlumat verib.

Continue ReadingQəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Psixoloq Elnur Rüstəmovla birgə “Psixoloji travmalar və onların aradan qaldırılması”mövzusunda onlayn görüş keçirilib