Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji kollektivin iştirakı ilə “Əbədi Liderimiz” adlı tədbir keçirilmiş, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən video-çarx nümayiş olunmuşdur

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tələbələrimiz ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri düzmüş, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Xalqa bağışlanan ömür” başlıqlı mühazirə oxunub, tələbələr mərkəzin ekspozisiya zalında Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən ibarət bölmələr haqqında məlumat almışlar.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan Günərzi qayğı mərkəzi öz fəaliyyətini davam etdirir

Mərkəzin benefisiarları ilə pedaqoq-tərbiyəçilər, psixoloq və uşaq inkişaf mütəxəssislərinin hər bir üzvü məşğul olur, onların bütün ehtiyaclarını qarşılayırlar.
Günərzi mərkəzində çalışan hər bir işçi uşaqlara böyük qayğı və mərhəmətlə yanaşır, onların fiziki və əqli qabiliyyətlərinin inkişafı üçün müxtəlif tədbirlər keçirirlər. Birgə keçirilən ad günləri uşaqların xatirəsində dərin iz buraxır, onları bir-birinə daha da doğmalaşdırır.
Digər tərəfdən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dayə” ixtisası üzrə təhsil alan tələbələri mərkəzdə praktiki istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Həmçinin qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanması prosesində iştirak edirlər.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” adlı tədbir keçirilib

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və müəllimləri də iştirak ediblər.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin “Aspi Agro” ( Savalan Wines ) üzüm emalı zavodunda “işə əsaslanan öyrənmə” metodu ilə həyata keçirilən istehsalat təcrübəsi başlamışdır

Əldə olunan razılaşmaya əsasən, mərkəzin tələbələrinin təcrübə keçmələri üçün zavod tərəfindən 2 hektar təsərrüfat sahəsi ayrılmışdır. Tələbələr bu sahədə mövsümi işləri həyata keçirməklə istehsalat ustalarının rəhbərliyi ilə praktiki biliklər əldə edəcəklər.
Yaşıl işlərin başlanmasına qədər olan müddətdə isə tələbələr üçün yerli şərab zavodlarında zavodun işi ilə daha yaxından tanış olmaq məqsədilə zavod ərazisində həftədə 1 dəfə olmaqla istehsalat təcrübəsinin keçirilməsi layihə tərəfindən təşkil edilmişdir.
Categories
Uncategorized Xəbərlər

Cari tədris ilində təmir olunmuş yataqxanada hazırda 40 nəfərdən çox tələbə yerləşdirilib və onların asudə vaxtlarının səmərəli təşkili də daim diqqətdə saxlanılır

Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşqul olurlar.
Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarlna, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır.
Tələbələrimizə uğurlar arzulayırıq!
Categories
Uncategorized Xəbərlər

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

29-30 noyabr tarixlərində “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində Qəbələ Peşə Təhsil Mərkəzində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin dualabənzər peşə təhsili pilotunda iştirak edən mentorlara iki günlük təcrübə mübadiləsi sessiyası keçirilib.

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

Təlim proqramının ilk günündə, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I korpusundan olan mentorlar Qəbələdə yerləşən dualabənzər pilotun tətbiqində peşə təhsil müəssisəsi ilə əməkdaşlıq edən və müəssisənin tələbələrinə şirkətdaxili təlimlər keçən “Riverside Hotel”də turizm sahəsi üzrə ekskursiyada iştirak ediblər. Təlimin növbəti günündə isə, mentorlar İsmayıllıda yerləşən “Aqrolozing” ACS və “İsmayıllı şərab – 2” ASC-ə təşkil olunan ekskursiyada olublar.

Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyəşdirilir və 2017-2023-ci illəri əhatə edir. Layihənin modul hədəfi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişafın şərtlərini təkmilləşdirməkdir. Proqramın məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda rəqabətlilik bacarığını yaxşılaşdırmaq, özəl və dövlət sektorun nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübənin mübadiləsini gücləndirməkdən ibarətdir.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

“Xalçaçılıq” qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər” xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi, Qəbələ rayon Gənclər və İdman idarəsi və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə imzaladığı əməkdaşlıq memorandumuna əsasən Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin idman zalında gənclər arasında voleybol idman növü üzrə

Turnirin keçirilməsində məqsəd idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir.
Gənclər arasında keçirilən voleybol üzrə Qəbələ rayon turnirinin yekununda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin komandası I yerə, Qəbələ şəhər 5 saylı tam orta məktəbinin komandası II yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Qalib komandalara kubok və diplomlar, həmçinin hədiyyələr təqdim olunmuşdur.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir

İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020- 2021- ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etmiş, yeni tədris ilində bu fəlaiyyətlərin geniş formada davam etməsi istiqamətindəki proqramlar barədə məlumat vermişdir.
Daha sonra tədris ilində qəbul olunmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vəziyyəti, tədris-planlaşdırıcı və uçot sənədlərinin aparılması vəziyyəti, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi vəziyyəti, tədris jurnallarının aparılması vəziyyəti, tələbələrin dərsə davamiyyətinin vəziyyəti, TNK və KSQ aparılması barədə, mərkəzin inventar və avadanlıqlarının qorunub saxlanılması vəziyyəti, sinif rəhbərlərinin qruplarda apardığı tərbiyə işlərinə dair hesabatlar, carı məsələlər, təqaüd kartlarının yeni qaydada verilməsi barədə və pandemiya dövründə tədrisin təşkili istiqamətində hesabatlar dinlənilmiş, tapşırıq və tövsiyyələr verilmişdir.
Categories
Uncategorized Xəbərlər

Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

https://vet.edu.gov.az/az/news/2109?fbclid=IwAR1df9_MnRSthzq9oY49LP2FcqdnqC2HB0AXchgE__THmE1hfugOd1uhoTg 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471