

Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dayə ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Digər tərəfdən, qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərirlər.
Mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi günərzi mərkəzinin fəaliyyəti ilə tanış olmuş, uşaqlar üçün yaradılmış şəraiti yaxından izləyərək, mərkəzin fəaliyyətinə tövsiyyələrini vermişdir.
Tərəflər öz üzərlərinə qarşlıqlı öhdəliklər götürmüşlər. “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və öyrədilməsi ”, “İşağaldan azad olunmuş rayonlarımızın tarixi və coğrafiyası” və s. mövzularda tələbələrin məlumatlanması üçün xüsusi proqram tərtib olunmuşdur. Tədbirlər planına əsasən həm Qəbələ rayon Heydər Əliyev Mərkəzində, həm də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 44 günlük müharibə və Zəfər tarixinə həsr olunmuş xüsusi dərslər keçiriləcək, “Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda mühazirələr oxunacaqdır.
Azərbaycanın Qarabağ savaşında qalibiyyətini əks etdirən hər iki məkanda olmaq qəlbimizi qürur hissi ilə doldururdu.
Doğma Bakımızın ən mənzərəli yerində- Yeni Bulvarda yaradılmış Hərbi Qənimətlər Parkı bizə şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır. Qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə düşmənə, dünyaya, hətta özümüzə belə əsl döyüşçü olduğumuzu sübut etdi.
Düzdür, müharibə ölüm, fəlakət, qan-qada, itki deməkdir. Amma o zaman ki yağı tapdağı altında olan torpaqların azadlığı uğrunda mübarizə gedir, ədalətli müharibə etmək müqəddəs bir işə çevrilir.
Hər bir azərbaycanlı kimi biz də Qələbə sevincini bizə yaşadanlara- Vətənin iğid oğullarına, anaların oxşaya- oxşaya böyütdüyü, amma şirin canlarını torpaq uğrunda qorxmadan verən əziz balalara, qayalara dırmanıb Şuşanı alanlara, xalqıyla, ordusuyla bir olub düşmənin başına “dəmir yumruq” endirən Ali Baş Komandana borcluyuq.
Hərbi Qənimətlər Parkında mənfur düşmənin saz və vurulmuş halda ələ keçirilmiş texnikasını izləmək, onlar haqqında məlumatları oxumaq Azərbaycanın Silahlı misilsiz qəhrəmanlıqlarının nəticələrini görmək demək idi.Çünki 5 hektarlıq sahədəki 300-ə qədər eksponat öz-özlüyündə düşmənin arzusunun gözündə qaldığını bir daha göstərdi.
Mərkəzin kollektivinin parka ekskursiyadan sonra Zəfər yarmarkasına gəzintisi və burda YAŞAT Fondunun rəhbəri Elvin Hüseynovla söhbəti xatirələrimizdən silinməyəcək.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 gün davam edən müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Kollektimizdə Azərbaycan xalqının qazandığı Böyük Zəfərdə payı olan və bu Tarixi Qələbənin əldə olunmasında qəhrəmanlıqla iştirak etmiş müəlllim və tələbələrin olması çox qürurvericidir. Onların keçdiyi döyüş yolları barədə xatirələri, ürək sözləri bizim üçün dəyərlidir. Mərkəzin direktoru onu da vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bu kimi tədbirlərin rolu əvəzsizdir.
Daha sonra Mərkəzin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev, Mərkəzin istehsalat təlim ustası Bağıyev Vüqar, Mərkəzin ixtisas fənn müəllimləri Kazımlı Fuad, Mustafayev Cavid öz çıxışlarında bildirdilər ki, 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Onlar həmçinin qeyd etdilər ki, Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə” ixtisası üzrə təhsil alan tələbə Zülfüqarov Səfa, “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbə- qazi Qasımov Bəxtiyar, “Çilingər santexnik” ixtisası üzrə təhsil alan tələbə-qazi Eyvazov Elşən və digər müharibə iştirakçıları öz əsgəri borclarını ləyaqət və şərəflə yerinə yetirdiklərindən söz açdılar. Müharibə iştirakçısı olan tələbələr qeyd etdilər ki, Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanında aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
Tədbirə toplaşan tələbələr Vətən müharibəsi iştirakçılarının çıxışlarından onların qəlblərindəki Vətən sevgisinin, düşmənə qarşı olan intiqam və Qalib Xalqın Qalib əsgəri olmaqdan keçirtdikləri qürur hissinin aliliyi duydular.
İlk öncə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş vətəndaşların xatirəsinin əbədi yaşadılacağı məkan ziyarət edilmiş, onların ruhlarına dualar oxunmuşdur.
Ekuskursiya zamanı Gəncə terroru nəticəsində ziyan dəyən tikililər və tarixi yerlər, zərbənin təsirindən ətrafda ziyan dəymiş və dağılmış binalar ziyarət edilmişdir.
Gəncə terrorunun qurbanlarını – mülki şəhidlərimizi dərin ehtiramla yad edirik!
Təlim səfərinin sonuncu günündə Sultanahmet Mesleki ve Teknik Anadolu Lisesinə ziyarət edilib. İlk öncə tarixi binada yerləşməsi ilə diqqət çəkən təhsil müəssisəsinin rəhbəri Yusuf Atılgan ilə görüş keçirilib. Daha sonra peşə təhsil müəssisəsinin “İKT”, “Elektrik”, “Qrafik” və “Fotoqrafiya”, “Mebel” və “Daxili Məkan” sahələri üzrə istehsalat təlim otaqları, emalatxanalarla tanışlıq olub. Təlim günü çərçivəsində İstanbul Milli Təhsil İdarəsinin müdir müavini Mehmet Nezir Eryarsoy ilə keçirilən görüş zamanı həm Azərbaycan, həm də Türkiyənin peşə təhsil sistemi ilə bağlı müzakirələr, söhbətlər aparılıb.
Səfər zamanı ziyarət edilən peşə təhsil müəssisələri sırasında Cağaloğlu Geleneksel Türk Sanatları Mesleki ve Teknik Anadolu Lisesi də yer alıb. Peşə təhsil müəssisəsinin direktoru Emine Erdönmez ilə keçirilən görüşdə “Ənənəvi Türk sənətləri” ixtisası üzrə emalatxana və istehsalat təlim otaqlarına baxış keçirilib.
Yekunda İstanbul Milli Təhsil Müdürlüyü tərəfindən Sabancı Öğretmen Evində bağlanış mərasimi təşkil olunub. Mərasimdə Milli Təhsil Müdürlüyünün nümayəndələri, təlim səfəri zamanı ziyarət edilən peşə təhsil müəssisələrinin müdirləri iştirak ediblər. Sonda proqram iştirakçıları sertifikat ilə təltif edilib, xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanıblar.