Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “27 sentyabr Anım günü və 8 noyabr Zəfər günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində bir qrup tələbə arasında hərbi yarış keçirilib

Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, tələbələrdə hərbi hazırlığın gücləndirilməsi, onlarda yarış təcrübəsini və ustalığı artırmaqdan ibarətdir.

 

 

 

 

 

Categories
Uncategorized Xəbərlər

Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “11 oktyabr Gəncə terror” unun il dönümü ilə bağlı tədbir keçirilmişdir

İlk öncə bir dəqiqəlik sükutla 11 oktyabr 2020-ci ildə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərin ruhu hörmətlə anılıb.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakından, şahidi olduğu hadisələrdən danışıb.
Daha sonra Mərkəzin istehsalat təlim ustası Qaçayeva Hicran general-mayor Polad Həşimovdan danışaraq, xalqımızın Zəfər qazanmasında canından keçən igid oğullarını yad edib. Daha sonra 2-ci Qarabağ müharibəsi ərzində Azərbaycan xalqının və rəşadətli ordumuzun göstərdiyi əzmli mübarizədən bəhs edib.
Mərkəzin psixoloqu Hüseynova Zenfilə də çıxışı zamanı Gəncə terroru zamanı günahsız qanları tökülən dinc əhali və yaralılar haqqında danışıb. Bu terror zamanı ziyan dəyən tikililərin və tarixi yerlərin indi də xaricdən gəlib oranı ziyarət edən şəxslər və bütün dünya üçün erməni vəhşiliyinin daha bir nümunəsi kimi saxlanıldığını diqqətə çatdırıb.
Tədbirdə Mərkəzin Təhsilalanlarla iş şöbəsinin müdir müavini Əhməd Əhmədli də çıxış edərək, Gəncə terroru və 44 günlük müharibə ərzində ermənilərin törətdiyi heçbir vəhşiliyin xalqımızı Zəfər yolundan çəkindirmədiyini və əksinə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sonra 30 illik vətən həsrətinə son qoyulduğunu bir daha vurğulayıb. Sonda Gəncə terroru qurbanlarının ruhu qarşısında baş əyərək, Allahdan onlara rəhmət diləklərini çatdırıb.

 

Categories
Uncategorized Xəbərlər

Seçilmiş peşə təhsil müəssisələri üçün “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib

 “Karyera məsləhətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.

https://vet.edu.gov.az/az/news/2062?fbclid=IwAR1Bqy5tuUo5lxKaj3C53Gx3iwwCaq5uzXDDWBJoqzIBFTuZZBb0MyNR_O0 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Türkiyəyə təlim səfərinə yollanıb

Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri başlayıb.

 

 

 

 

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyətinin Türkiyədə təlim və təcrübə mübadilə səfəri davam edir

Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri davam edir.

 

 

 

 

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu, Bum qəsəbə sakini, 44 günlük Vətən Müharibəsi şəhidi Süleymanov Vasif Akif oğlunun 06 oktyabr 2021-ci il tarixində şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə tədbir keçirilmişdir

Tədbirdə Mərkəzin mühəndis-pedaqoji heyətinin üzvləri, bir qrup tələbələr də iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi Vasif Süleymanovun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin şəhid Süleymanov Vasif Akif oğlunun xatirəsinə Bum qəsəbəsində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur.
Bulaq kompleksinin açılışında şəhid Vasif Süleymanovun təhsil aldığı Aşpaz peşəsi üzrə istehsalat təlim ustası Azər Abdulxalıqov, müəllimi-Vətən Müharibəsi veteranı İlham Əfəndiyev də cıxış etmişlər. Onlar Vasifin intizamlı, məsuliyyətli, vətənpərvər bir gənc kimi yetişdirən valideynlərinə öz dərin minnətdarlıqlaını bildirmiş, bütün şəhidlərin Azərbaycan xalqının qəlbində dünya durduqca yaşayacaqlarını bir daha vurğulamışlar.
Categories
Uncategorized Xəbərlər

Bugün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dərs ilinin ilk günü ilə bağlı tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar təbrik etmiş, ənənəvi dərslərin davamlı keçirilməsində pandemiya qaydalarına əməl etməyin zəruriliyini diqqətə çatdırmışdır.
Q. Nəbiyev 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışmışdır.
Q.Nəbiyev Türkiyə peşə təhsil müəssisələrilə əməkdaşlıq, işəgötürən müəssisələrlə imzalanmış memorandomların əhəmiyyətindən, görülmüş digər işlərin şagirdlərimizin tədris və təliminə müsbət təsirindən danışdı, yeni dərs ilində pedaqoji heyətə, müəllim və tələbələrə uğurlar arzuladı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarına və tələbələrə qəbul prosesi, tədris və təlim fəaliyyəti barədə ətraflı məlumat verdi, iştirakçılara bu ilki qəbulla bağlı məlumat verərək bildirdi ki, 2021-2022-ci tədris ilində aqrar və turizm qrupları üzrə ümumilikdə 23 qrup üzrə 520 tələbə, 5 qrup üzrə Yüksək Texniki Peşə (Subbakalavr) ixtisasları üzrə 100 tələbə qəbulumuz reallaşıb. Keçid qruplarında 179 nəfər tələbəmizin təhsilini davam etdirdiyini bildirdi.
Qeyd: Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmişdir.
Categories
Uncategorized Xəbərlər

Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilmişdir

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, “Əsgərə xatirə” layihəsinin dəstəyi ilə şəhid və qazi ailələrimizə göstərilən dəstək haqqında iştirakçılara məlumat verilmişdir.
Tədbirdə “Əsgərə xatirə” layihəsinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən ezam olunmuş, qarabağ ordeni ilə təltif olunmuş, mayor Qənbərov İdris Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində hərbiçilərimizin göstərdiyi igidlikdən, torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün qəhrəmancasına döyüşdüklərini bildirdi. Müzəffər Ali baş komandan, xalqımızın, ordumuzun birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımızı azad etdiyimizi diqqətə çatdırdı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi, 2-ci Qarabağ müharibəsi iştirakçısı İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakı zamanı şahidi olduğu hadisələrdən danışmışdır.
Tədbirdə Şəhid Xeyribəy Səfərçinovun atası Cəlil Səfərçinov da çıxış edərək, şəhid valideynlərinə göstərilən qayğıdan razılığını bildirdi. Zəfər tarixinin yazılmasında payı olan hər bir şəxsə minnətdarlığını ifadə etdi. Şəhid analarının daima qayğıya ehtiyacı olduğunu diqqətə çatdırmaq üçün yazmış olduğu şeiri tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanıldı.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Cənubi Qafqazda özəl sektorun inkişafı və Peşə təhsili və təlimi” layihəsi çərçivəsində təlimlər keçirilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Cənubi Qafqazda özəl sektorun inkişafı və Peşə təhsili və təlimi” layihəsi çərçivəsində təlimlər keçirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzidən olan mentorlar – Reyhan Məmmədova və Rəşid Mirzəliyev Quba və Xaçmaz Peşə təhsili müəssisələrindən seçilmiş mentorlara 2 gün ərzində təlimlər keçiblər.
Mentorların təcrübə mübadiləsində məqsəd iştirakçıları Dualabənzər tədrisin təşkili və həyata keçirilməsi sahəsində yanaşmalarla tanış etmək, onların bu yanaşmaları öz təcrübələrində tətbiq etmələrinə yardım göstərməkdir.
 
 
Categories
Uncategorized Xəbərlər

"Bacarıqlı Ol" usta yanına öyrənmə layihəsi çərçivəsində “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrimiz üzüm yığımını uğurla başa çatdırıblar

Qəbələdə yerləşən “Aspi Agro” üzüm emalı zavodunda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi üçün ayrılmış 2 ha sahədə tələbələr istehsalat təcrübəsi ustalarının rəhbərliyi ilə bütün mövsümi işləri yekunlayaraq, məhsul yığımını həyata keçiriblər.
Proseslə tanışlıq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil TV-nin nümayəndələri iştirak etmiş, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlığın Peşə Təhsilində əhəmiyyəti vurğulanmışdır.
 
 
 
 
 

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471