Categories
Uncategorized Xəbərlər

Peşə təhsili üzrə elektron tələbə qəbulunun II mərhələsi başlayır

Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start veriləcək.

 

II mərhələdə də müraciətlər “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
 

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.
 

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı  yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Categories
Uncategorized Xəbərlər

Elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslərin sənəd qəbulu başa çatmışdır

Qeyd edək ki, elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər 24 avqust – 30 avqust (saat 18:00-dək) tarixlərində sənədlərini Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təqdim etməklə qeydiyyatdan keçmişdirlər.

Elektron tələbə qəbulunun II mərhələsi sentyabr ayında başlanılması nəzərdə tutulur.

  I mərhələdə qəbul olunanların siyahısı

 

Categories
Uncategorized Xəbərlər

Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinə başlanılır

      27 avqust – 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

      Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

      İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi.

      05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin “Müraciət_forması“nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı verilmişdir.

      Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

  • Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
  • Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
  • Rəqabətə davamlı əmək haqqı
  • Daimi və ya saat hesabı tədrisə cəlb imkanı

      Müsahibə mərhələsinə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 7 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.   Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üzrə aşağıdakı Yüksək texniki peşə təhsil səviyyələri üçün müəllim heyətinin işə qəbulu nəzərdə tutulur:

  • “Mehmanxana və restoran işinin təşkili”
  • “Web dizayn və proqram təminatı”
  • “Baytarlıq və heyvandarlıq işi”  
  • ” Mühasibat uçotu” 
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual Təhsil Proqramına tələbə qəbulu üzrə növbəti müsahibələr həyata keçirilib

Dəvət edilən vətəndaşlar Qəbələ Otellər Qrupunun nümayəndələri tərəfindən aparılan müsahibələrdə iştirak etdilər, fərdi söhbətlər aparıldı, blanklar dolduruldu, yekunda pandemiya qaydalarına uyğun görüşlər keçirildi.

Qeyd edək ki, Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində – nəzəri biliklərə, həftənin digər qismində isə otellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

1 illik tədris müddətinin sonunda tələbələr nəzəri  biliklər, ölkənin qabaqcıl otellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom əldə edəcəklər. Proqram Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.

Categories
Uncategorized Xəbərlər

Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verilib.

20.08.2021 tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil proqramına tələbə qəbulu üzrə müsahibələr həyata keçirildi.

Dəvət edilən vətəndaşlar Qəbələ Otellər Qrupunun nümayəndələri tərəfindən aparılan müsahibələrdə iştirak etdilər, fərdi söhbətlər aparıldı, blanklar dolduruldu, yekunda pandemiya qaydalarına uyğun görüşlər keçirildi.

Qeyd edək ki, Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində – nəzəri biliklərə, həftənin digər qismində isə otellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

1 illik tədris müddətinin sonunda tələbələr nəzəri  biliklər, ölkənin qabaqcıl otellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom əldə edəcəklər. Proqram Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.

Categories
Uncategorized Xəbərlər

Peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir

10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

 

https://portal.edu.az/services 

https://www.youtube.com/watch?v=00mlDR0sNKY 

 

Categories
Uncategorized Xəbərlər

28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günləri təşkil edilib

“Açıq Qapı” günlərində Qəbələ və ətraf rayonlardan olmaqla ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, biznes müəssisələrinin nümayəndələri iştirak ediblər.
Həyata keçirilən infoturların iştirakçılarına peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilib. Həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini veriblər və uğur hekayələrini danışıblar.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.
İnfoturlarda emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi ilə tanışlıq həyata keçirilib, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar təşkil edilib.
Qonaqlar infoturda iştiraklarından məmnunluqlarını, peşə təhsilinə olan maraqlarını, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.
Tədbir mövcud karantin qaydalarına əməl olunmaqla həyata keçirilib.
Categories
Uncategorized Xəbərlər

28-30 iyul 2021- ci il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib

Tədbirdə işəgötürən müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, Qəbələ və ətraf rayonların sakinləri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları iştirak edir.

Mərkəz ərazisində infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq həyata keçirilir, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.

Tədbirdə qonaqlara Təhsil Mərkəzi haqqında ətraflı məlumat verilir. Təhsil Mərkəzində həm turizim, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrlar hazırlanamsı üzrə əyani tanış olurlar.

Tədbir iştirakçılarına peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin mühüm bir addım olduğu, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən info turlarda iştirak edən ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunlarına peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verirlər və uğur hekayələrini danışırlar.

İnfo turlarda iştirakçıları maraqlandıran suallara cavab verilir. Qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olurlar, master-klasslarda iştirak edirlər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olurlar.

 Qeyd: Tədbir mövcud karantin qaydalarına əməl olunmaqla təşkil edilir.

Categories
Uncategorized Xəbərlər

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOB Azərbaycan / SMB Azerbaijan ), “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə, 30 sahibkar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, əməkdaşlıq istiqamətində müzakirələr aparmışlar.

Mərkəzin direktoru Qalib Nəbiyev fəaliyyəti əks etdirən təqdimat etmiş, yerli biznes tərəfdaşlığının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə ixtisaslarının açılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev, KOBİA-nın Qəbələ və Oğuz rayonları üzrə nümayəndəsi Ruslan Qarayev və digər sahibkarlar ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbirin yekununda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin infrasturukturu ilə tanışlıq olub.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ – tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib

Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ – tətbiqi sənədin incəliklərini öyrənəcəklər.
Dərnəyə iyirmiyədək gənc qoşulub və dərnəyi uğurla bitirənlər sertifikatla təltif ediləcək.
Həmçinin yekunda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil ediləcəyi planlaşdırılır.

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471