Categories
Uncategorized Xəbərlər

AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir

Bildiririk ki, AR Nazirlət Kabinetinin 04 may 2021-ci il tarixli Qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi 2020/2021-ci tədris ilinin 2-ci yarımilinə də aid edilmişdir (1-ci yarımil ərzində bu proses tələbələr və müəssisələr tərəfindən həyata keçirilmişdir).

 

Məlumat üçün bildiririk ki, 1-ci yarımilin noyabr-dekabr ayları ərzində peşə təhsili müəssisələrində müvafiq sosial həssas qrupa aid olan tələbələr https://e-telebe.edu.az/ informasiya sistemindən qeydiyyatdan keçərək PTM-lər tərəfindən onların müraciətləri təsdiq edilmiş və müvafiq vəsaitlər PTM-ə ödənilmişdir. 2020/2021-ci tədris ilinin 2-ci yarımili üçün müvafiq kateqoriyaya düşən tələbələrin təhsil haqqlarının ödənilməsi üçün https://e-telebe.edu.az/ informasiya sistemi yenidən aktivləşdirilmişdir. 1-ci yarımil ərzində qeydiyyatdan keçən və müraciəti təsdiq olunan tələbələrin müraciətləri sistemdə olduğu üçün həmin tələbələri hazırda sözügedən sistemdə müraciət etmələri tələb olunmur. Bu barədə onlara SMS göndəriləcək (və ya göndərilib). Sosial baxımından həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olmasına baxmayaraq 1-ci yarımildə qeydiyyatdan keçməyən və ya hazırda həmin kateqoriyaya aid olan tələbələr yenidən qeydiyyatdan keçərək müraciət etməlidirlər.

http://gabalaptm.edu.az/upload/Image/ae004bd81ea285cd7c4290352bd203ab.pdf%2011.pdf

 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası əleyhinə ikinci doza peyvənd olunublar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Bu münasibətlə keçirilən mərasimdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, müəssisələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ixtisaslı kadrların yetişdirilməsi baxımından memorandumun əhəmiyyətini vurğulayıb, əlaqələrin perspektivlərindən söz açıb.

Mərasimdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını yüksək qiymətləndirdirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib.

Memorandumda Qoruğun əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı işinin, birgə istehsal və təlimlərin təşkil edilməsi, büdcədənkənar gəlirləri stimullaşdırmaq, təhsilalanlarda sahibkarlıq bacarıqlarının aşılanmasını təşviq etmək, Qoruğun peşəkar mütəxəssislərinin Təhsil Mərkəzində tədris prosesinə cəlb edilməsi, qarşılıqlı maraq doğuran mövzularda konfransların, seminarların keçirilməsini təmin etmək və digər məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filminə baxıblar.

Filmin nümayişindən sonra Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələr Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Məlumat verilib ki, Arxeoloji Mərkəz şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura, eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.

Tədbir iştirakçıları Arxeoloji Mərkəzin sərgi salonunda 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid kitablarla, dövri mətbuatda dərc olunmuş məqalələrlə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu ilə tanış olublar.

Qonaqlar, həmçinin Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları olan Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələrinə də baxıblar.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olan mərd oğulların xatirəsini əbədiləşdirmək üçün ərazidə ağacəkmə aksiyası da keçirilib.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında “COVID-19” əleyhinə vaksinasiya prosesi baş tutdu

    Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəriciləri 62,2 faizə bərabərdir. Bakı üzrə bu göstəricilər 60,6 faiz, Sumqayıt üzrə 73,2 faiz, Abşeron rayonu üzrə 73,2 faiz, regionlar üzrə isə 61,9 faiz təşkil edir.

    Hazırda Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş peşə təhsil müəssisələrinin heyətinin ümumi göstəricisi 46,1 faiz təşkil edir.

    Qeyd edək ki, martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaqdır.

     Təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Mərkəzin həmkarlar təşkilatı tərəfindən, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə VƏTƏN uğrunda medalı ilə təltif olunan (ölümündən sonra) şəhid tələbəmiz Bayramov Coşqun Ənvər oğlunun ailəsi ziyarət edilmiş, yeni il sovqatı çatdırılmışdır. Daha sonra şəhid tələbəmizin məzarı ziyarət olunmuşdur.

Şəhidimizə Allahdan rəhmət diləyirik

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji heyətlə növbəti direktoryanı onlayn müşavirə keçirilmişdir

Müşavirədə tədris ilinin yarısının yekunları və yarımildə qarşıda duran məsələlər, mühəndis-pedaqoji heyət ilə distant tədris zamanı onlayn dərslərin təşkili, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi, yeni dərs ilində tələbə qəbulu aparılması üçün əmək bazarının öyrənilməsi, tələbələrin onlayn dərslərə davamiyyətinin vəziyyəti və cari məsələlər müzakirə olunmuşdur. Mühəndis-pedaqoji heyətin hesabatları dinlənilmiş, fəaliyyəti qiymətləndirilmişdir. Distant tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mühəndis-pedaqoji heyətinin təkmilləşdirilməsi, keyfiyyətli təhsil mühitinin yaradılması istiqamətində müzakirələr aparılmışdır. Mühəndis-pedaqoji heyətə tövsiyə və tapşırıqlar verilmişdir.

Categories
Uncategorized Xəbərlər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin (Qəbələ Gəncləri) təşəbbüsü ilə, “Zoom” platforması üzərindən “Yaxşı CV necə yazılmalıdır?” adlı vebinar keçirilib

 Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin ( Qəbələ Gəncləri) təşəbbüsü ilə, “Zoom” platforması üzərindən “Yaxşı CV necə yazılmalıdır?” adlı vebinar keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tələbələri, Qəbələ GİKM-in Gənc Könüllüləri, Qəbələ regional “ASAN Xidmət” mərkəzinin könüllülərinin (ASAN Könüllüləri / ASAN Volunteers) iştirakı ilə baş tutan görüşdə Qəbələ GİKM-in əməkdaşı Xuraman Həsənzadə tərəfindən, CV, CV-nin məqsədi, CV ilə tərcümeyi-halın fərqi, CV yazarkən ən çox edilən səhvlər, CV-nin tərtib edilməsi prinsipləri haqqında məlumat verilib və müzakirələr aparılıb. 

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ"Qış Yay Turizm Kompleksi MMC və "Qəbələlənd" MMC arasında anlaşma memorandumu imzalanıb

Memorandumda əsas əməkdaşlıq istiqamətləri bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planı və proqramlarını (kurikulumları) birgə hazırlamaq, peşəkar mütəxəssislərin ödənişli əsaslarla ilk peçə-ixtisası təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsini təmin etmək, tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların MMC-rin baza müəssisələrində istehsalat təlimi keçmələrinə şərait yaratmaq, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində BTF-nin iştirakını təmin etmək və digər işgüzar əlaqələrin yaradılmasına imkanlar yaradacaq.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı, təhsilalanların işlə təmin olunması nəzərdə tutulur.

Categories
Uncategorized Xəbərlər

Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Nazirliyinin 08 fevral 2021-ci il tarixli F-41 saylı  “Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi” barədə əmrinə əsasən, 15 fevral tarixində Təhsil Mərkəzində praktik dərslərin, istehsalat təliminin və təcrübəsinin keçirilməsinə start verildi. 

  1. əyani olaraq təşkil ediləcək dərslər:
    1. Bütün ixtisaslar üzrə laboratoriya dərsləri, istehsalat təlimi və istehsalat təcrübəsi dərsləri
  2. distant olaraq davam etdiriləcək dərslər:
    1. Ümumtəhsil fənnləri üzrə dərslər
    2. İxtisas modulları üzrə digər bütün dərslər

Əyani tədris zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun fəaliyyətin həyata keçirilməsi planlaşdırılmışdır. Bu gündən orta sıxlıq gözlənilməklə tədris prosesi başlanmışdır.

 

Categories
Uncategorized Xəbərlər

"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında yaradılan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
        Təhsil Mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, sub-bakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471