2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul
Əziz tələbələr!
Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyətlər Planı”-na uyğun olaraq, 03 mart 2020-ci il tarixdən Təhsil Mərkəzində də tədris fəaliyyəti dayamdırılmışdır. Tədrisin dayandırılması zamanı tələbələrin elektron və əlçatan vasitələrdən istifadə etməklə, mövcud tədris resurslarından istifadə etmələri lazımdır. Ona görə də mövcud tədris resursları – dərslik və dərs vəsaitləri ixtisaslar üzrə ONE DRİVE-ə yerləşdirilmişdir. ONE DRİVE-nin linki aşağıda verilmişdir. Bundan əlavə saytımızın “Tədris resursları” bölməsində faydalı məlumatlar əldə edə bilərsiniz. Saytımızda faydalı linklər verilmişdir: avel.edu.az, elektron dərslik portalı. Bu resurslardan istifadə etməyi unutmayın.
#Evdəqal!Dərsdənqalma!
19 dekabr 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “maliyyə savadlılığı” mövzusunda tələbələrə təlim keçirilmişdir. Bu təlimdə Mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov master – klass dərs keçmişdir. Dərsin əsas məqsədigənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi və ölkənin aparıcı biznes adamları ilə əlaqənin qurulmasına kömək göstərməkdir.
18 dekabr 2019-cu il tarxdə “Savalan Aspi-Aqro” ASC və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında birgə fəaliyyət müqaviləsi imzalanmışdır. Müqavilə imzalanma mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov, “Aspi Aqro” ASC-nin direktoru Əjdər Şəfizadə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin baş ustası yüksək ixtisaslı mütəxəssis Josef Vatzl və “Aspi Aqro” ASC-nin ixtisaslı texnoloqu Daniel Dandrea iştirak etmişdir.
Dekabr ayının 11-i tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) layihəsinin İdarəetmə Komitəsinin 4-cü görüşü keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Xidmətinin, layihə çərçivəsində seçilmiş pilot peşə təhsili müəssisələrinin, Avropa İttifaqının və EDVET layihəsinin nümayəndələri iştirak edib.
Görüş iştirakçılarına layihə çərçivəsində görülmuş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib, həmçinin növbəti müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər birgə müzakirə olunaraq iştirakçıların rəy və təklifləri toplanılıb.
Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın “dual peşə təhsili və təlimi” yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.
10 dekabr 2019-cu il tarixində Qəbələ rayon Mıxlıqovaq kəndində dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Ağacəkmə” aksiyasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Əgər qəbul qaydalarına dair geniş məlumat almaq istəyirsinizsə aşağıdakı linkə daxil olmaqla istədiyiniz suallara cavab taparsınız.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
2019-2020 – ci dərs ili üçün aşağıdakı peşələr üzrə tələbə qəbulu
ELAN EDİR
ÜMUMİ ORTA TƏHSİL BAZASINDAN (9 – cu sinif)
Dövlət hesabına
TAM ORTA TƏHSİL BAZASINDAN (11– ci sinif), təhsil müddəti 1 il;
Ödənişli əsaslarla
Dövlət hesabına təhsil alanlara hər ay 50 manat təqaüd verilir.
Dövlət hesabına təhsil almaq istəyənlər “ASAN XİDMƏT” mərkəzlərinə müraciət edə bilərlər.
Ödənişli əsaslarla təhsil almaq istəyənlər aşağıdakı sənədləri Təhsil Mərkəzinə təqdim etməlidirlər:
–direktorun adına yazılmış ərizə;
-təhsil haqqında sənədin əsli və surəti;
-tibbi arayış;
-şəkil 3×4 ölçüdə 4 ədəd;
-şəxsiyyət vəsiqəsinin surəti;
-hərbi bilet və ya hərbi qeydiyyat şəhadətnaməsi.
Dərslər sentyabrın 15 – dən başlanır.
Ünvanımız: Qəbələ şəhəri, 28 may küç.–34
Telefonlarımız: 024 205 25 60, 024 205 04 36
055 395 49 62
Yay tanışlıq təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri modulların nəzəri əsaslarının praktik işlərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.
Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisasları üzrə I kurs tələbələrinin bir qismi yay təcrübələrini “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında keçirlər.
Tələbələr yay təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan maşın və mexanizmlərin işini, taxıl biçini üzrə texnoloji prosesləri öyrənir, kombaynın idarə edilməsini, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.
Qeyd edək ki, tələbələrin dualabənzər konsept üzrə təliminin təşkil edilməsi proqramı ötən ildən işəgötürənlərlə müzakirə edilmiş, təcrübə müddətləri razılaşdırılmış və təcrübənin müəyyən bir hissəsinin isə yay mövsümünə salınması dualabənzər peşə təliminin yaradılması konseptinə uyğun olması qeyd edilmişdir. Yay təcrübələrinin işçi proqramları işlənmiş, üçtərəfli müqavilələr imzalanmış və tələb olunan digər təcrübə sənədləri tərtib edilmişdir. Yay təcrübəsi 2 mərhələdə keçirləcəkdir. Tələbələr birinci mərhələdə (08-26 iyul) taxıl biçini, daşınması, ilkin emalı proseslərində iştirak edəcəklər, ikinci mərhələdə (19-30 avqust) maşın – traktor aqreqatlarının işə hazırlanması, şum əməliyyatının aparılması, onun keyfiyyət göstəricilərinin təyini və torpaqşünaslıqla bağlı digər məsələləri öyrənəcəklər. Təcrübənin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilərək təcrübələrin nəticələri haqqında hesabatlar tərtib ediləcəkdir.
Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində həyata keçirilir.
25 iyun 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və Bitkiçilik mütəxəssisi“ ixtisasları üzrə I kurslarda hər bir ixtisasın istiqamətinə uyğun modullar üzrə praktik imtahanlar keçirilmişdir. Imtahanların keçirilməsi üçün əvvəlcədən Təhsil Mərkəzinin daha yaxından əməkdaşlıq etdiyi “Gilan Qəbələ Aqrotexservis” ASC və “Gilan Dairy Farms” MMC ilə razılaşma aparılmış və praktik imtahanların keçirilməsi üçün şərait yaradılmışdır. İmtahanlarda müəssisələrin mütəxəssisləri iştirak etmiş və imtahan prosesini yaxından izləmişlər. Tələbələr praktik imtahanda fəallıq göstərmişlər. İmtahan prosesi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilati dəstəyi ilə keçirilmiş və həmin təşkilatın nümayəndəsi də müşahidə etmişdir.
27 iyun tarixində “Heyvandarlıq mütəxəssisi” ixtisası üzrə praktik imtahanın “Gilan Dairy Farms” südçülük kompleksində keçirilməsi nəzərdə tutulmuşdur.