Categories
Uncategorized Xəbərlər

İşəgötürən təşkilatlara səfər

Almaniya Beynəlxalq Cəmiyyətinin (GIZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsili və Təlim Pilotların yaradılması (Dual PTT)” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” ixtisası üzrə I kurs tələbələri dualabənzər peşə təhsilinə və təliminə hazırlıq mərhələsində işəgötürən müəssisələrin fəaliyyəti ilə tanışlıq məqsədi ilə “Gilan Qəbələ Aqrotexservis” ASC-yə və “Özəl aqroservis” müəssisəsinə səfər etmişlər. Tələbələr bu müəssisələrdə kənd təsərrüfatı texnikasının saxlanması, təmir və texniki xidmət işləri və texnikanın istismarı ilə yaxından tanış olmuşlar. Tələbələr bu müəssisələrdə kənd təsərrüfatı texnikasının saxlanması, təmir və texniki xidmət işləri və texnikanın istismarı ilə yaxından tanış olmuşlar. “Gilan Qəbələ Aqrotexservis” ASC-nin  mütəxəssisləri tələbələri müəssisə ilə tanış etdikdən sonra, tələbələr təmir və xidmət emalatxanalarındakı iş prosesini yaxından izləmişlər.

Səfər zamanı I kurs tələbələri  “Gilan Qəbələ Aqrotexservis” ASC-də istehsalat təcrübəsi keçən buraxılış qruplarının tələbələrinin iş fəaliyyəti ilə tanış olmuşlar.

Bundan əlavə, tələbələrimiz özəl aqroservis müəssisəsinin əkin sahələrini gəzmiş, regionda ilk dəfə əkilmiş bitki növləri barədə məlumatlar almışlar.

“Bitkiçilik mütəxəssisi” və “heyvandarlıq mütəxəssisi” ixtisasları üzrə də belə səfərlərin təşkil olunması planlaşdırılmışdır.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ rayon Məşğulluq Mərkəzi "Əmək yarnarkası" keçirdi.

 

16 may 2018-ci il tarixdə Təhsil Mərkəzində əmək yarmarkası keçirildi. Yarmarkada müxtəlif sahələr üzrə iş yerləri təklif olundu. Təhsil Mərkəzinin buraxılış qruplarının şagirdləri də həmin yarmarkada iştirak edirdilər. Onlar əsasən Kənd təsərrüfatı sahələri üzrə, çilingərlik, xalçaçılıq və digər sahələr üzrə iş yerləri maraqlandırırdı. Mərkəzin şagirdləri müxtəlif iş yerləri ilə maraqlanmış, CV dolduraraq müəssisə nümayəndələrinə təqdim etmişlər. Şagirdlərimiz əsasən Aqrokompleks Qəbələ MMC, Azərxalça MMC-nin Qəbələ filialı və başqa müəssilərə müraciət etmişlər.

Yarmarkada 2018 – 2019 – cu tədris ilində şagird qəbulu aparılacaq ixtisasların proqnoz siyahısı iştirakçılara təqdim edilmişdir. Əmək yarmarkasında Mərkəzin direktoru Azad Məmmədov çıxış edərək rayon Məşğulluq Mərkəzi ilə birgə fəaliyyətimiz, Təhsil Mərkəzində hazırlanan ixtisaslar, məzunlarımızın işlə təminatı, istehsalat təcrübəsinin gedişi barədə ətraflı məlumat vermişdir.

Categories
Uncategorized Xəbərlər

Kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsinin Qəbələ Rayon İcra Hakimiyyəti, Qəbələ Rayon Təhsil Şöbəsi, özəl sektor və ümumtəhsil məktəb direktorlarının iştirakı ilə təşviqat tədbiri

“Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsinin Qəbələ Rayon İcra Hakimiyyəti, Qəbələ Rayon Təhsil Şöbəsi, özəl sektor və ümumtəhsil məktəb direktorlarının iştirakı ilə təşviqat tədbiri keçirilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Avropa İttifaqı tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsi çərçivəsində 3 may tarixində Qəbələ Rayon İcra Hakimiyyəti ilə birlikdə özəl sektoru və orta məktəb direktorları, həmçinin Qəbələ Rayon Məşğulluq Mərkəzini və digər regional maraqlı tərəfləri gələcək 2018-2019-ci tədris ili barədə məlumatlandırmaq, pilot ED VET layihəsini təqdim etmək, və özəl sektorun yeni təlim proqramları çərçivəsində rolu haqqında məlumatlılığını artırmaq məqsədilə təşviqat tədbiri təşkil edilmişdir.
Görüşün əsas məqsədi şagirdləri və özəl sektoru (kiçik və orta sahibkarları) cəlb etmək, Peşə Təhsilinin imkanlarını təsvir etmək, özəl sektorun tələbləri haqqında məlumat əldə etmək və əməkdaşları Dual Peşə Təhsili və Təlimi barədə məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Allahverdiyev açdı və bu günkü tədbirin məqsədi barədə məlumat verdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov, Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Azad Məmmədov peşə təhsilinin inkişafı, peşəyönümü işlərinin aparılması və kadr hazırlığı məsələləri haqqında fikirlərini bölüşdülər.

GIZ ED VET layihəsinin eksperti Şəlalə Kamilova, həmin layihənin əməkdaşları Səbinə Adilova və Məhəmməd Məmişzadə Qəbələdə Dual təhsil layihəsinin tətbiq edilməsinin konsepsiyası barədə məlumat verdilər.

Sonra özəl sektorun nümayəndələri – Mustafa Əliyev-(Gilan Agrotexservice MMC), Sübhan Dadaşov -(Aqrokompleks Qəbələ MMC) və Famil Salahov – (Aspi-Aqro MMC) çıxış edərək Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq, şagirdlərin istehsalat təcrübələrinin təşkili barədə geniş məlumat verdilər.

Tədbirin sonunda müzakirə və sual – cavab sessiyası keçirildi.

Categories
Uncategorized Xəbərlər

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.

Konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb olunması və bu prosesin təşviq edilməsidir.

Öncə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş olunub.

Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun  inkişafının  Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini diqqətə çatdırıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev  ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq  Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların,  iri sahibkarlıq subyektlərinin nümayəndələri, yerli iş adamları iştirak edib və öz fikirlərini bildiriblər.

Konfransda peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar arasında sorğu keçirilib.

Tədbir iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.

Təlim Təhsil Nazirliyi yanında  Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü – Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən  keçirilib.

“Gilan Agriculture” portfelinə daxil olan “Gilan Aqrotek” şirkətində keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 nəfər əməkdaşı iştirak etmişdir.

Layihənin məqsədi “CLAAS” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı  modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiqidir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471