Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda ekskursiyada olmuşlar

Ekskursiya çərçivəsində tələbələr “Azərbaycan tarixi” modulu üzrə öyrəndikləri nəzəri bilikləri əyani olaraq görmə imkanı əldə ediblər. Eyni zamanda Qədim Albaniyanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı informasiyalar öyrənmək imkanı qazanıblar. Ekskursiyada qoruqdakı arxeoloji qazıntılarla tanışlıqla yanaşı muzey kompleksində olan maraqlı tarixi eksponatlara baxış keçirmişlər.

Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Dərzi” peşəsi üzrə təhsil alan tələbələri, tikiş emalatxanasında dual təhsil üzrə təhsil alan tələbələr üçün yeni formalar hazırlamışlar

Mərkəzin emalatxanasında işəgötürənlərlə əməkdaşlıq çərçivəsində sifarişlər qəbul olunaraq, digər məhsulların istehsalına başlanılacaqdır.
Qeyd olunan fəaliyyətlər bu sahə üzrə təhsil alan tələbələrin yerində istehsalat təcrübəsi keçməsinə imkanlar yaratmaqla yanaşı, Mərkəzin gəlir imkanlarını artıracaqdır.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

Tədbirdə Mərkəzin mühəndis-pedoqoji heyəti və tələbələr iştirak ediblər.
İlk öncə işğaldan azad edilən torpaqlarımız haqda video görüntülər izlənilib. Daha sonra Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Q. Nəbiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb. Azərbaycanın Vətən müharibəsini böyük Qələbə ilə başa vurduğunu, hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, ölkəmizin sürətlə inkişaf etdiyini, regionda bütün beynəlxalq layihələrin icrasında ölkəmizin müstəsna rolunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində tələbələr üçün bədii-əyləncəli proqram təşkil olunub, hazırlanmış kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Tədbir boyunca tələbələrin maraqlı və məzmunlu çıxışları bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız tələbələri təbrik ediblər.
Qeyd: Tədbir sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçirilib.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan Günərzi Qayğı Mərkəzində bayram tədbiri keçirilmişdir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Uşaqlar Birliyinin sədri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə Qəbələ Günərzi Qayğı Mərkəzində uşaqların qonağı olmuş, benefisiarlara bayram hədiyyələri paylamışdır.
Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Kəmalə xanım uşaqları və Qayğı Mərkəzinin kollektivini təbrik etmiş, onlara Yeni il arzularını bildirmişlər.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı”nda Zəfər bayramı Naminasiyası üzrə I yeri əldə edib

Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfransda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova və Baş usta Səlim Mehdiyev də iştirak ediblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyi münasibəti ilə keçirilən tələbələrin kulinariya üzrə IV Respublika çempionatı və sərgisində Bakıda və regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda iştirak edib.
Şərtlərə əsasən hər təhsil müəssisəsinin hazırladığı masalar aşağıdakı mövzuları əhatə edib:
Zəfər bayramı, Lənkəran UNESKO – nun Dünya Qastronomiya Şəhəridir, Milli Kulinariya Mərkəzinin – 30illik Yubileyi.
Zəfər bayramı Naminasiyası üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası I yeri əldə edib.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən Aşpaz və qənnadçı, şirniyyatçı ixtisasları üzrə 4 tələbədən ibarət komanda iştirak edib.
Uğurlu nəticəyə görə tələbələrimizi təbrik edir, uğurlarının davamını diləyirik.
Categories
Uncategorized Xəbərlər

Seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera Məsləhətçiləri üçün Təlim Proqram”ının yekunlaşması çərçivəsində iştirakçılarına sertifikatlar təqdim edilib

Proqram çərçivəsində Qəbələ, Bakı, Gəncə, Şəki, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibə mərhələsinə dəvət alıb və nəticədə 22 iştirakçı təlimləri uğurla tamamlayıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Rzayeva öz yüksək göstəriciləri ilə fərqlənmişdir. Əməkdaşımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Peşə Təmayüllü Siniflərin Təşkili layihəsinin birgə təşəbbüsü ilə Qəbələ rayon Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbində Peşə Təmayüllü Siniflərin şagirdləri ilə görüş keçirilmişdir

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində geniş məlumat verilmişdir.
Daha sonra “Peşə seçimi və karyera” mövzusunda təlim təşkil edildi. Təlimdə Peşə təhsili, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, qəbul prosesi, ixtisaslar və gələcək iş imkanları və s. haqqında ətraflı məlumat verilmişdir.
Sonda Peşə Təmayüllü Siniflərin şagirdlərinin sualları cavablandırılmışdir.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Peşə Təmayüllü Siniflərin Təşkili layihəsinin birgə təşəbbüsü ilə Qəbələ rayon Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbində Peşə Təmayüllü Siniflərin şagirdləri ilə görüş keçirilmişdir

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, emalatxanalar, dəzgahlar, sinif otaqları, işəgötürən müəssisələrlə uğurlu əməkdaşlıq, həmçinin Mərkəzin fəaliyyəti istiqamətində qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətlərində geniş məlumat verilmişdir.
Daha sonra “Peşə seçimi və karyera” mövzusunda təlim təşkil edildi. Təlimdə Peşə təhsili, peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri, qəbul prosesi, ixtisaslar və gələcək iş imkanları və s. haqqında ətraflı məlumat verilmişdir.
Sonda Peşə Təmayüllü Siniflərin şagirdlərinin sualları cavablandırılmışdir.
Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri Gəncə iş adamları ilə bir araya gəlmiş, mərkəzin istehsalı olan məhsullar nümayiş etdirilmişdir

Categories
Uncategorized Xəbərlər

Türkiyə nümayəndə heyəti peşə təhsili sahəsində əməkdaşlıq üçün ölkəmizdə səfərdədir

12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.
Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.
Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında qardaşlıq sazişi imzalanmışdır.

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471