20 YANVAR faciəsinə həsr olunmuş tədbir

18 yanvar tarixində məktəbimizin mühəndis-pedaqoji və şagird kollektivinin iştirakı ilə
20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra şagirdlərimizin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şagirdlər həmin hadisəyə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğu bildirilib, həmçinin 20 Yanvar hadisəsinə ilk siyasi-tarixi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.
Tədbirin sonunda faciəni əks etdirən videogörüntülər nümayiş etdirildi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.