Azərbaycan Respublikası
                           Təhsil Nazirliyi
                        Qəbələ Peşə məktəbi

2016 –2017 –ci dərs ili üçün aşağıdakı peşələr üzrə şagird qəbulu
elan edir

TAM ORTA TƏHSİL BAZASINDAN (11–ci sinif)
• Qaz avadanlıqlarının təmir və istismarı üzrə çilingər – təhsil müddəti 1 ildir

• Çilingər-santexnik – təhsil müddəti 1 ildir

• Traktorçu-maşinist – təhsil müddəti 1 ildir

• Bitkiçilik mütəxəssisi- təhsil müddəti 1 ildir

 

Ödənişli əsaslarla

• Kimyəvi-bakterioloji analiz laborantı – təhsil müddəti 1 ildir
• Bağban – təhsil müddəti 1 ildir

• Elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru – təhsil müddəti 1 ildir

• Dərzi – təhsil müddəti 1 ildir

Məktəbdə ödənişli əsaslarla qısamüddətli kurslar təşkil olunur. Kurslarda təhsil müddəti tam orta təhsil bazasından 3,5 aydır.

ÜMUMİ ORTA TƏHSİL BAZASINDAN (9–cu sinif)
Bu təhsil bazasından təhsil müddəti 2 ildir

-Bitkiçilik mütəxəssisi;

-Heyvandarlıq mütəxəssisi;

-Aqroservis mütəxəssisi. 

Bu ixtisaslar üzrə təhsil alanlar traktorçu peşəsi üzrə sürücülük vəsiqəsi, çilingər, qaynaqçı, inşaatçı ixtisasları üzrə sertifikat alacaqlar.

Qeyd olunan peşələr üzrə təlim modul texnologiyası üzrə apaılacaqdır. İxtisaslar üzrə dərs vəsaitləri British Council, BP şirkətlərinin və BMT-nin İnkişaf fondunun dəstəyi ilə hazırlanır.

Məktəbə qəbul olunmaq istəyənlər direktorun adına yazılmış ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
• təhsil haqqında sənədin əsli və surəti;
• müvafiq formalı tibbi arayış;
• şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
• yaşayış yerindən arayış;
• 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Hərbi mükəlləfiyyət haqqında sənəd şəxsən təqdim olunur.

Məktəbdə büdcə hesabına təhsil alanlara hər ay 38,50 manat təqaüd verilir.
Dərslər sentyabrın 15 – dən başlanır.
Sənədləri hər gün (şənbə və bazar günlərindən başqa) saat 9–dan 16–dək qəbul komissiyasına təqdim edə bilərsiniz.
Ünvanımız:
Qəbələ-2, Muxtar Abduyev küçəsi (keçmiş hərbi şəhərcik)
Telefon: 024 203 52 19, 024 203 52 17
DİREKTORLUQ

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.