16 iyul 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2018 – ci ilin məzunlarına diplomların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov, Qəbələ Rayon Təhsil Şöbəsin müdiri Arifə Bayramova, Qəbələ Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov, işəgötürən müəssisələrdən “Aqrokompleks Qəbələ MMC”-nin nümayəndəsi Sərxan Allahverdiyev, Qəbələ Mədəniyyət Mərkəzinin əməkdaşı Xəyal Gəncimov, “Qəbələ” qəzetinin əməkdaşları, ictimaiyyat nümayəndələri, valideynlər Şahismayıl İsmayılov, Emin Ədilli, Müsavər Baxışıov və Təhsil Mərkəzinin mühəndis – pedaqoji kollektivi iştirak edirdi. 

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Azad Məmmədov açdı.O, məzunları diplom almaları münasibəti ilə təbrik etdi və onlara gələcək işlərində uğurlar arzuladı. A.Məmmədov daha sonra tədbir iştirakçılarına dövlətimizin ilk peşə-ixtisas təhsilinə qayğısından danışdı.

Daha sonra tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edərək ən xoş arzularını bildirmiş və onlara gələcək işlərində müvəffəqiyyətlər arzu etmişlər.

Mərkəzin direktor müavini Camal Rəsulov məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik etdi və bildirdi ki, rayonumuzun aqrar, tikinti, emal, nəqliyyat və digər sahələrində ixtisaslı kadrlara olan tələbatın ödənilməsi 40 ildən artıqdır ki, peşə təhsilinin öhdəsinə düşür. Mərkəzimizin mühəndis-pedaqoji işçiləri bu sahədə yüksək təcrübəyə malikdirlər və gələcəkdə də müasir təlim üsulları ilə kadr hazırlığı işinə diqqətimizi daha da artıracağıq. Direktor müavini qeyd etdi ki, 2018 – ci ildə məktəbimizi 11 ixtisas üzrə 185 nəfər məzun bitirmişdir.

Tədbir diplomların təqdim olunma mərasimi ilə davam etmişdir. Sonda məzunlarla xatirə şəkilləri çəkilmişdir.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.