Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, Məzunları “Məzun günü” münasibətilə təbrik etdi və xoş arzularını, diləklərini çatdırdı.

Q.Nəbiyev 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışdı.

Mərkəzin direktoru 2020-2021-ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, biznes müəssisələrilə sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etdi, yeni-yeni nailiyətlər arzuladı.

Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Anar Şirinov çıxış edərək, bu gözəl günün hər kəsin həyatında unudulmaz olduğunu qeyd edərək, məzunları təbrik etdi.

 Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi DAK-ın sədri, “Gilan Dairy Farms” direktoru Vüsal Abbasov tələbələrin peşələrinə mükəmməl yiyələnmələri üçün Təhsil Mərkəzi tərəfindən səylə çalışıldığını, uğurlu nəticələrin əldə edildiyini diqqətə çatdırdı.

Sonra Qəbələ Hospitality Qrup-un İnsan Resursları şöbəsinin direktoru Babək Müzəffərov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa verdikləri önəmdən danışdı, qarşılıqlı uğurlu əməkdaşlıq haqda geniş məlumat verdi.

 Daha sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Qəbələ-Oğuz rayonları üzrə nümayəndəsi (KOB Dostu) Ruslan Qarayev Təhsil Mərkəzi ilə əmakdaşlıqda daim maraqlı olduqlarını, regionda ixtisaslı kadrların yetişməsində Mərkəzin rolundan danışdı.  

Sonra Turizm təşkilatçısı ixtisasının məzunu Günay Cumazadə bütün məzunlar adından çıxış edərək minnətdarlığını bildirdi, Təhsil Mərkəzinin gələcək fəaliyyətində uğurlar arzuladı.

Yekunda fərqlənən mühəndis-pedoqoji heyət, tədris və istehsalat təcrübəsində seçilən tələbələr Fəxri fərmanlarla təltif edildilər.

 Qeyd: Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmişdir.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.