30 mart 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin şagird- müəllim heyəti ilə bərabər Qəbələ rayon Qızıl Aypara Bölməsinin sədri Sədaqət Bayramova və şəhər 2 saylı orta məktəbin müəllimi Nəzakət Neman da iştirak etmişlər.

Mərkəzin direktoru Azad Məmmədov tədbiri açaraq, əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Azad Məmmədov Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bir daha qeyd etmişdir.

Tədbirdə Qəbələ rayon Qızıl Aypara Bölməsinin sədri Sədaqət Bayramova bu mövzu ilə bağlı öz fikirlərini söyləmişdir.

Daha sonra Mərkəzin Tİİ üzrə direktor müavini Camal Rəsulov və psixoloqu Zenfilə Hüseynova da soyqırımla bağlı çıxışlar etmişlər.

Tədbirdə bu hadisələrə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.