29 mart 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin tələbə- müəllim heyəti iştirak etmişdir.

Mərkəzin psixoloqu Z.Hüseynova tədbiri açaraq, əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonra istehsalat təlimi ustası H. Qaçayeva çıxış edərək qeyd etdi ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Mərkəzin direktoru Azad Məmmədov Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bir daha qeyd etmişdir. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Tədbirdə bu hadisələrə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.