Xalqımızın tarixinin ağrılı və unudulmaz səhifələrindən biri olan 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. Bu məqsədlə 31 mart 2016-cı il tarixdə Qəbələ Peşə məktəbində bu qanlı faciənin anım gününə həsr edilmiş tədbir
keçirilmişdir. Tədbirdə məktəbin bütün kollektivi və şagirdləri iştirak etmişdir. İlk olaraq soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan məktəbin direktoru Azad Məmmədov 1918-ci ilin Mart hadisələri haqqında geniş məlumat verdi. O qeyd erti ki, Azərbaycan torpaqlarını ələ keçirərək özlərinə dövlət quran mənfur ermənilər tarixin bütün dövrlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışdır.

Tədbirdə mövzu ətrafında məktəbin Tİİ üzrə direktor müavini Camal Rəsulov, müəllimlərdən Rübabə Məmmədova, Bəxtiyar Qazımov, psixoloqu Zenfira Hüseynova, istehsalat təlimi ustalarından Nazir Qurbanov, mexanik Elşad Bəkirov, şagirdlərdən Sadiq Muradov və digərləri çıxış etmişlər. Tədbir iştirakçıları 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında ümumilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamışlar. Çıxış edənlər bir daha bildirmişlər ki, tədbirin keçirilməsidə əsas məqsədimiz xalqımıza qarşı törədilmiş vəhşilikləri unutmamaq və bu tarixi hadisəni gələcək nəsillərə daima xatırlatmaqdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.