Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2024-cü ildə də 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan olunması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Təhsil Sektorunun, Qəbələ “ASAN xidmət” Mərkəzinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələrinin, Qəbələ rayonunda yaşayan əcnəbi şəxslərin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Görüş müddətində mövzuya uyğun və Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər barədə Şəki regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Eyni zamanda, qeyd olunan dövlət qrumlarının rəhbər şəxsləri və nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının uşaqların taleyində əhəmiyyətli roluna dair çıxışlar olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaqlara qayğı göstərilməsinin əhəmiyyətindən bəhs edən video-çarx nümayiş olunub

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.