Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bursa Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında onlayn əməkdaşlıq görüşü!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Bursa Şehit Erol Olçok Mesleki ve Teknik Anadolu Lisesi arasında birgə təlimlərin təşkili məqsədilə onlayn görüş keçirilib.

🤝 Görüşdə təlim proqramının məzmunu, iştirakçılar və planlaşdırılan fəaliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.

📌 Qarşılıqlı müzakirələrdə əməkdaşlığın müəllim və tələbələrin peşəkar inkişafına töhfə verəcəyi bildirilmiş, turizmin müxtəlif alt sahələrini əhatə edən təlim proqramının hazırlanması təklif olunmuşdur.

Categories
Uncategorized

İşəgötürənlərlə əməkdaşlıq qarşılıqlı fayda verir!

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə ətraf regionlardakı müəssisələrin əməkdaşlığı genişləndirilir. Regionda fəaliyyət göstərən “EDEN AGRO” MMC, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC və “Tufandağ” Qış-Yay Turizm Kompleksi tərəfindən verilən sifariş əsasında “Avtokar sürücüsü” ixtisası üzrə qısamüddətli kurslara start verilib.

📅 Kurs 25 iyun tarixində başlayıb və işəgötürənlərin ehtiyaclarına uyğun sıxlaşdırılmış proqramı ilə, 2 həftəlik tədris müddətindən sonra 5 iyul 2025-ci il tarixində başa çatıb.

👷 3 müəssisədən iştirakçının qatıldığı təlimlər ödənişli əsaslarla təşkil olunub və bu məqsədlə rəsmi müqavilələr imzalanıb.

🎯 Bu təşəbbüs əmək bazarının tələblərinə cavab verən kadr hazırlığına, regionda məşğulluğun artırılmasına və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin büdcədənkənar gəlirlərinin formalaşmasına töhfə verir.

#QəbələDövlətPeşəTəhsilMərkəzi#PeşəTəhsili#İşəgötürənləƏməkdaşlıq#QısamüddətliTəlim#Avtoyükləyici#Məşğulluq

Categories
Tədbirlər Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalında günümüzün aktual mövzusuna dair məqalə dərc olunmuşdur

📌 Məqalədə regionlarda kadr hazırlığı prosesinin təkmilləşdirilməsi — müasir yanaşmalar, mövcud vəziyyət və inkişaf perspektivləri tədqiq olunur. Müəllif Nigar Xəlilova Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bu istiqamətdə apardığı uğurlu təcrübələri nümunə kimi təqdim edir.

🔗 Linkə keçid edərək məqalə ilə tanış ola bilərsiniz:

Səhifə: 107/115

https://jurnal.vet.edu.az/…/WUlzGaJiueboQWl9fPYzJDCQbmH…

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Zinyət Tahirli-Əlibəylinin qələmə aldığı “Qəbələ Alimləri” kitabının təqdimatı keçirilib

ℹ️ Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabda yer alan alimlər, yaxınları, şəhid ailələri, ictimaiyyət nümayəndələrindən ibarət 150-dən çox ziyalı insanlar iştirak ediblər.

Tədbiri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, gələn qonaqları, dəyərli alimləri salamlayıb, “Qəbələ alimləri” kitabı haqqında ürək sözlərini deyərək, kitabın əhəmiyyətini vurğulayıb.

“Qəbələ Yazarlarına Dəstək” ictimai birliyinin sədri Rəna Azaklı, Bakı Avrasiya universitetinin professoru, 50-yə yaxın kitabın müəəlifi, fəlsəfə doktoru, araşdırmaçı alim Ədalət Tahirzadə, kitabda haqqında danışılan ilk alim olan Elşad Abdullayev, ADNSU-nun dosenti, kimya elmləri namizədi Muraday Abdullayevin oğlu Hikmət Abdullayev, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, mərhum Qara Əhmədovun qızı Xuraman Əhmədova və digər alimlər və alimlərin yaxınları kitab haqqında önəmli fikirlərini qeyd ediblər, onun cəmiyyətimizə qatdığı dəyərdən danışıblar.

Müzakirələr və xatirə söhbətləri ilə zəngin olan tədbir iştirakçılarda dərin təəssürat yaradıb və yaddaşlarda iz qoyub.

Təqdimat mərasimi çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi hissə ilə davam edib.

#PeşəTəhsili#EduAz

#QəbələAlimləri#ZinyətTahirli

#QəbələDövlətPeşəTəhsilMərkəzi

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri “Tofiqoğlu” Arıçılıq Təsərrüfatına ekskursiya ediblər.

Səfər zamanı tələbələr arıçılıq fəaliyyəti, balın istehsalı və arıların bitkilərlə qarşılıqlı təsiri barədə praktiki biliklər əldə ediblər.

Bu cür təcrübə yönümlü ekskursiyalar tələbələrin peşə bacarıqlarının inkişafına xidmət edir.

#QəbələDövlətPeşəTəhsilMərkəzi#PeşəTəhsili#Bitkiçilik#Arıçılıq#TəcrübəTəhsildə

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.

ℹ️Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə reallaşan tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə Komissiyanın katibi Pərvin Məmmədov qeyd edib ki, belə tədbirlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Pərvin Məmmədov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi mühüm amildir.

Tədbirdə həmçinin Mərkəzin Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Gültəkin Eyvazlı təqdimatla çıxış edərək, dövlətin Əsas Qanununu – Konstitusiyasının müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını vurğulayıb.

https://www.facebook.com/share/p/1C8hDAjBwK/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunu Elgün Osmanlını tanıyaq.

ℹ️Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Elgün Osmanlı “Aşpaz” ixtisası üzrə təhsil alıb. O, hal-hazırda Qafqaz Tufandağ Hoteldə mətbəxdə “Qrup rəhbəri” (Bölüm şefi) vəzifəsində çalışır. Onun çalışdığı bölümdə əsasən Aralıq dənizi ölkələrinə məxsus yeməklər və milli yeməklər hazırlanır. E. Osmanlı öz ixtisasının nəzəri və praktik biliklərini dərindən mənimsəyərək, yemək bişirmək sənətində geniş təcrübəyə malik olub.

Elgün Osmanlının fəaliyyəti haqqında hazırlanmış video-çarxı təqdim edirik.

https://www.facebook.com/share/v/1F5oUBA8Hm/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi İnkişaf Strategiyası” çərçivəsində keçirilən qısamüddətli kurslara start verildi.

📌Kurslar ödənişsizdir.

🕐 Son müraciət tarixi: 31 mart

🔗Qeydiyyat linki: https://portal.edu.az/

https://www.facebook.com/share/p/18gcveYC4M/

Categories
Uncategorized

Məzunlarımız bizi sevindirməyə davam edir!

📌Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Yüksək Texniki Peşə Təhsili (Subbakalavr) səviyyəsinin “Mühasibat uçotu” ixtisasının məzunu Eyyubova Aytac hal-hazırda Qərbi Kaspi Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr təhsili alır.

Məzunumuzu təbrik edir, ona təhsilində və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!

https://www.facebook.com/share/p/15wpqGx97S/

Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin tədbirində iştirak ediblər.

ℹ️Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən icra edilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatında baş tutub. Layihə üç ay davam edir.

Bu təşəbbüs gənclər arasında narkotik vasitələrin istifadəsinin artması ilə bağlı narahatlıqları ön plana çəkərək, narkotiklərin yaratdığı təhlükələr, onların fiziki, psixoloji və sosial təsirləri barədə maarifləndirmə işləri aparmağı hədəfləyir. Layihə çərçivəsində gənclərə narkotiklərdən uzaq durmağın yolları, sağlam həyat tərzinin üstünlükləri və bu istiqamətdə atıla biləcək düzgün addımlar barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, onları bu təhlükədən qorumaq üçün mədəni-maarifləndirici tədbirlərin həyata keçirilməsi və sağlam, dəstəkləyici sosial mühitin yaradılmasıdır. Layihə çərçivəsində narkotik asılılığının qarşısının alınması, psixoloji dayanıqlığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədilə müxtəlif seminarlar, yaradıcılıq emalatxanaları və interaktiv görüşlər təşkil edilir.

Tədbir zamanı Mərkəzin tələbələri təşkilatın Qəbələ rayon filialının fəaliyyətində aktiv iştirak etdiklərinə görə təltif ediliblər.

https://www.facebook.com/share/p/1BXWqpBFcQ/

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471