APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, Qəbələdə yaradılacaq yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq. Onun sözlərinə görə, “bp” ilə birlikdə həyata keçirilən “Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması” layihəsi çərçivəsində ilk pilot rayon Qəbələ seçilib: “Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır. Məqsəd Qəbələ şəhərində yenidən tikilən kənd təsərrüfatı peşə təhsil mərkəzində tədris olunan proqramların, kurrikumların, yəni məzmunun hazırlanmasıdır. Yeni məktəb 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq.

 Nazir deyib ki, peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texinkası/aqroxidmətlər kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.