Peşə təhsili üzrə yeni layihə
Britaniya Şurasının (British Counsil) ölkə direktoru Elizabet Vayt Peşə təhsili üzrə yeni layihənin təqdimat mərasiminə hazırlıq məqsədilə Qəbələ rayonunda olmuşdur. Xanım Elizabet Vayt Qəbələ Rayon İcra Hakimiyyətində görüşdən sonra tikilməkdə olan müasir tipli peşə təhsili kompleksi ilə maraqlanmışdır. O, yeni layihənin insan kapitalının inkişaf etdirilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün vacib olduğunu bildirmişdir.