Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsininin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual yarış keçirilib.
Yarış Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
14 komanda arasında keçirilən yarışda 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız və Qarabağın tarixinə dair suallar cavablandırılıb. Yarışın nəticələrinə görə “Xocalı” komandası I yeri, “Zəngilan” komandası II yeri, “Polad Həşimov”” komandası III yeri tutub.
Sonda qaliblərə sertifikatlar təqdim edilib