Modul tipli təlim proqramlarına dair seminar

21 oktyabr 2016-cı il tarixdə BMT-ni UNDP fondunun dəstəyi ilə layihənin koordinatoru, ekspert müəllim və UNDP fondunun nümayəndəsi məktəbimizdə olmuşlar. Məktəbdə modul tipli təlim proqrmları üzrə kadr hazırlığının təşkili ilə maraqlanmış və tədris prosesini izləmişlər.

22 oktyabr 2016-cı il tarixdə UNDP fondunun dəstəyi ilə Qəbələ “Qafqazcityhotel”də modul tipli təlim proqramlarının tətbiqi metodikasının öyrənilməsi və tətbiqinə dair məktəbin 21 nəfər mühəndis-pedaqoji işçisinin cəlb edilməsi ilə treninq keçirilmişdir.

Treninqi koordinator Zəhra Əmrahova, ekspert müəllim Əkbər Cabbarov modul tipli təlim proqramlarının tətbiqinin üstünlükləri barədə beynəlxalq təcrübə haqqında məlumat vermişlər. Sonra yeni qiymətləndirmə meyarları, modul təlimi üzrə perspektiv planlaşdırmanın aparılması barədə müəllimlərə məlumat verildi. Treninq dialoq şəklində keçirilmişdir. 

 

 

  

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.