Məktəbimizin mühəndis-pedaqoji işçiləri üçün kurslar keçirilmişdir.
Qəbələ Peşə məktəbinin ümumtəhsil fənn müəllimləri və ixtisas fənlərini tədris edən mühəndis-pedaqoji işçiləri üçün kurikulum üzrə təlimlər keçirildi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qəbələ Peşə məktəbinin ümumtəhsil fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə 11-16 sentyabr tarixlərində kurikulum üzrə kurslar keçirilmişdir. Kurslarda məktəbimizin 8 nəfər ümumtəhsil fənn müəllimi iştirak etmişdir.
Bundan əlavə məktəbdə modul tipli təhsil proqramları ilə işləyən müəllim və istehsalat təlimi ustaları üçün British Council təşkilatının dəstəyi ilə 12-14 sentyabr tarixlərində yeni təlim metodlarının öyrənilməsi və tətbiqi üzrə treninq-seminar keçirilmişdir. Treninqlərdə məktəbimizin 6 nəfər əməkdaşı iştirak etmişdir.
Keçirilmiş hər iki treninq və kurslar müəllimlərimizin peşəkarlıq səviyyələrinin yüksəldilməsində çox əhəmiyyətli olmuşdur.