” İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası və Aİ-nin Azərbaycanda Təhsilə Dəstək Proqramı çərçivəsində peşə təhsili və təlimi müəssisələrinin müasirləşdirilməsi üzrə Fəaliyyət Qrantları” mövzusunda seminar
Seminar Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Seminarın davamı Qəbələdə keçirilmişdir.
Aİ Təhsilə Dəstək Proqramına aşağıdakılar daxildir:
– PTT islahatlarının həyata keçirilməsinə dəstək üzrə texniki yardım;
– Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) inkişafı və həyata keçirilməsi üzrə texniki dəstək;
– Azərbaycanda PTT üzrə Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədilə çoxfunksiyalı PTT mərkəzləri üçün fəaliyyət qrantı;
Tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə şəhərində, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdə rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm, eləcə də digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.