“Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirilmişdir
26 fevral tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Xocalı faciəsi”nə həsr olunmuş “Unutmadıq, unutmarıq” adlı tədbir keçirilmişdir. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbir şagirdlərin hazırladığı kompozisiya ilə davam etdi.
Tədbirdə məktəbin direktoru Azad Məmmədov, direktor müavini Camal Rəsulov çıxış edərək Xocalı soyqırımının baş vermə səbələrindən və nəticələrindən danışdılar. dah sonra həmin hadisələri əks etdirən videoçarx nümayiş etdirildi.
26 fevral tarixdə ilk dərs saatı “Xocalı soyqırımına” həsr olunmuşdur.