Layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 17.07.2024, 23-27.09.2024 tarixlərində tədbirlər həyata keçirilib.
Layihə çərçivəsində tədbirlərdə 300 nəfərdən çox şəxslər iştirak ediblər, müraciət əsasında 30 nəfərədək fiziki məhdudiyyətli uşaqlar və valideynləri (qəyyumları) üçün hüquqi yardım göstərilib.
Tədbirlərdə fiziki məhdudiyyətli uşaqlar və valideynləri, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları, Qəbələ DPTM-nin pedoqoji heyəti və tələbələri, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Öncə Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Əlillərə Dəstək” Xeyriyyə İB, layihənin məqsədi və vəzifələri, dövlətimizin fiziki məhdudiyyətli uşaqlara göstərdiyi diqqət və qayğı, regionda fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsinin və hüquqlarının təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.
Layihənin eksperti Ümüdvar Həsənov layihənin önəmi, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatlar, hüquqi bazanın möhkəmləndirilməsi, QHT – lərin bu sahədə gördüyü işlər üzrə geniş təqdimatla çıxış edib.
Layihənin hüquqşünası, vəkil Nadirşah Şirinov tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyi, bu sahədə qəbul olunmuş hüquqi aktlar haqqında geniş məlumat verilib və müraciətlərə müvafiq olaraq hüquqi konsultasiya keçirilib, iştirakçıların sualları cavablandırılıb və müraciətlərə əsasən hüquqi yardım göstərilib