21 may 2018 – ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə İnsan alverinə “YOX” deyək mövzusunda tədbir keçirildi. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev və Qəbələ Regional QHT – lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məmmədov iştirak edirdilər.

Tədbiri Təhsil Mərkəzinin Tİİ üzrə direktor müavini Camal Rəsulov açaraq, insan alverinin qlobal bir məsələ olduğunu qeyd etdi. İnsan alverinə həsr olunmuş videoçarx nümayiş edildikdən sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyev məlumat verdi ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib: “Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, o cümlədən bununla bağlı beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkədə 2008-2009, 2009-2014, 2014-2018-ci illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Bu səbəbdən beynəlxalq qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksək qiymətləndirilib”. Tədbir sual – cavab şəraitində keçirilmişdir.

Tədbirdə iştirakçılara insan alverinə qarşı mübarizə sahəsinə dair maarifləndirici bukletlər paylanılmışdır.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.