Səbətiniz Boşdur!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri insan alverinə qarşı mübarizədə” adlı layihə çərçivəsində seminarlar keçirilib
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Reyhan Məmmədova bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb









Bir cavab yazın