18 oktyabr 2018-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Müstəqilliyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kontingenti iştirak edirdi.
Tədbirin əvvəlində dövlət himni səsləndirildi. Giriş sözü ilə çıxış edərək tədbiri açan məktəbin psixoloqu Zemfilə Hüseynova sözü şagirdlərə verdi.
Şagirdlər müstəqillik haqqında ürək sözlərini və şeirlərini təqdim etdilər. Sonra məktəbin hərbi rəhbəri Bəxtiyar Qasımov müstəqilliyin əldə edilməsi yollarının çətinliklərindən danışdı. Daha sonra məktəbin direktoru Azad Məmmədov çixış edərək Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Sonda müstəqilliyə həsr edilmiş videoçarx nümayiş etdirildi.